“Kamal Abdullanın əsərləri
Türkiyə türkcəsində"
Hər bir tarixi
dönəm, həm də yeni ədəbi-mədəni
hadisələrin meydana
çıxması ilə
yaddaşlarda qalır.
Son illərin ədəbi hadisəsi isə, mübaliğəsiz olaraq,
qələmə aldığı
əsərləri ilə
təkcə Azərbaycanda
deyil, onun hüdudlarından çox-çox
kənarlarda əks-səda
doğurmuş görkəmli
yazıçı Kamal
Abdullanın yaradıcılığı
ilə bağlıdır.
Bu gün Kamal
Abdullanın əsərlərinin
sorağı dünyanın
zəngin ədəbi
ənənələrinə malik müxtəlif ölkələrindən gəlir.
Xatırladaq ki, yazıçının təkcə
"Yarımçıq əlyazma"
romanı Fransada, Rusiyada, Türkiyədə,
Polşada, uzaq Braziliyada tərcümə
edilərək, nəşr
olunmuşdur. Əsərin
yapon, ərəb və digər dillərə tərcüməsi
də gözlənilir.
Azərbaycan ədəbiyyatının
tarixində, ilk dəfə olaraq, Nobel mükafatı komitəsinin də diqqətini çəkmiş
bu əsərin xarici ölkələrin mətbuat səhifələrində
geniş müzakirəsi
aparılır. Rusiyanın məşhur
"İnostrannaya literatura"
jurnalı öz tarixində ilk dəfə postsovet ölkəsindən olan yazıçının əsərinin
dəyirmi masa arxasında müzakirəsini
təşkil etmiş,
əsər haqqında
Fransanın nüfuzlu
İNALKO, Polşanın Varşava
və sair universitetlərində diskussiyalar
keçirilmişdir. Rusiya PEN mərkəzi,
istisna kimi (PEN-klublar, bildiyimiz kimi, milli mənsubiyyət
əsasında formalaşır)
Kamal Abdullanı öz sıralarına qəbul etmişdir. Əsərin Türkiyə
nəşri ilə bağlı bu ölkənin mətbuat səhifələrində də
fikir adamlarının
bir sıra məqalələri dərc
edilmişdir.
Yaxşı haldır ki, yazıçının
əsərləri müxtəlif
ölkələrdə elmi-filoloji
tədqiqat obyektinə
çevrilmişdir. Bunların sırasında,
Qazi Universitetinin ədəbiyyat fakültəsi
çağdaş türk
ləhcələri və
ədəbiyyatları bölümünün
müəllimi, dilçi-türkoloq
və tərcüməçi
professor Mehman Musaoğlunun "Kamal Abdullanın əsərləri
Türkiyə türkcəsində"
adlı əsəri xüsusi maraq doğurur. Ankarada Kültür Ajansı tərəfindən
nəşr olunmuş
bu kitabda tərcümə nəzəriyyəsi,
çevirmə və
ya ədəbi mətnin uyğunlaşdırılması,
bunun lüğətçiliklə
bağlı istiqamətləri
konseptual olaraq açıqlanır. Belə
ki, kitabın üçüncü bölümündə
Azərbaycan dilindən
Türkiyə türkcəsinə
və əksinə çevrilmiş ədəbi
mətn təcrübələri
kontekstində türkcə-Azərbaycanca
və Azərbaycanca-türkcə
lüğət tərtib
edilmişdir. Bu lüğətlərin tərtib
olunmasında Kamal Abdullanın Azərbaycan dilindən Türkiyə türkcəsinə çevrilmiş
mifoloji, folklor və bədii səciyyəli mətn parçalarından istifadə
olunmuşdur.
Kitabın birinci bölümündə
Kamal Abdullanın türk dilinə çevrilmiş əsərləri,
xüsusilə də,
"Tarixsiz gündəlik"
romanının orijinal
və tərcümə
mətnləri ədəbi-linqvistik
yeniliklər kontekstində,
türk dillərinin leksikası, sintaksisi baxımından təhlil olunur. Kitabın ikinci bölümündə
yazıçının "Tarixsiz gündəlik"
romanının orijinal
mətnindən bir parça və həmin əsərin türk dilinə çevrilmiş bütöv
mətni yer alır.
"Kamal Abdullanın əsərləri Türkiyə
türkcəsində" elmi-tədqiqat
əsərindən qardaş
ölkənin universitetlərində
istifadə edilməsi
nəzərdə tutulur.
Zümrüd
Səs.- 2010.- 17 fevral.-S. 12.