Böyük Füzulinin yadigarı Əliağa
Vahid-116
Müasir dövrümüzdə
Azərbaycanda və Yaxın Şərqdə qəzəlxan-şair
kimi şöhrət tapmış Əliağa
Vahidin anadan olmasının 116-cı ili
tamam oldu. İlkin olaraq, şairin ad günü Vahid adına Kitabxana-Muzeydə
qeyd olundu.
Tədbiri giriş sözü ilə Kitabxana-muzeyin müdiri Sədaqət Seyidzadə açaraq, şairin həyat və yaradıcılığına
nəzər saldı.
Tədbirdə çıxış
edən Ramiz Vahidoğlu atasının,
oxucu ictimaiyyətinə
hələ məlum olmayan məqamlardan söhbət açaraq, ona həsr etdiyi
qəzəlini oxudu.
O, çıxışının sonunda respublika Prezidenti İlham Əliyev cənablarına və YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevaya ona və ailəsinə
göstərdiyi diqqət
və qayğıya görə minnətdarlığını
bildirdi.
Vahid Poeziya Məclisinin sədri Hacı Rafiq Əliyev, Məcməüs-Şüəra
ədəbi məclisinin
sədri, tarix elmlər doktoru Şahin Fazil, Nizami Muzeyinin
əməkdaşı Əkrəm
Şamxalov və başqaları çıxış
edərək,
şairin keçdiyi
acılı-şirinli həyat
yolundan və eyni zamanda, yaradıcılığından
söhbət açdılar. Sonda şairlər İlqar Bizəban, Ağasəlim Səlimov, Elman Qasid şairin qəzəllərini ifa etdilər.
Günün ikinci yarısında isə
"Vahid Evi" nəzdində fəaliyyət
göstərən "Şəms"
Qadınsevərlər Məclisinin
təşəbbüsü ilə Əliağa Vahidə həsr edilmiş ikinci tədbir baş tutdu. Tədbiri giriş sözü ilə məclisin sədri Elnarə Şəms açaraq, sözü məclisin üzvü şair Dilşad Araza verdi.
Tədbirdə çıxış edən şair-pedaqoq Ənvər Nəzərli,
Hacı Ələmdar
Mahir, "Vahid Evi"nin direktoru
Vüqar Ağayev çıxış edərək,
Əliağa Vahidin lirik və satirik
şeirlərindən, onun
musiqi dünyasından,
vətənpərvərlik mövzusunda qələmə
aldığı mövzulardan
ətraflı söhbət
açdılar.
Qeyd olundu ki, şairin mayası musiqi ilə yoğrulmuş qəzəlləri, lirik şeirləri xanəndələrimizin
şirin avazlarında,
xalqımızın zümzüməsində daim yaşayır və yaşayacaqdır. Onun yaradıcılığına diqqət
yetirdikcə, iki xüsusiyyət özünü
göstərir: lirik Vahid dahi Füzuli
məktəbinin, satirik
Vahid isə böyük Sabirin yetirməsidir.
Sonra müğənni Alim Əliyevin rəhbərliyi
ilə "Vahid" İnstrumental Ansamblının
solistləri İsmayıl
Abasov, Sevda Bəxtiyarova və başqaları şairin lirik şeirlərinə və qəzəllərinə
bəstələnmiş mahnıları
və eyni zamanda, bədii qiraət ustası Həsən Əsədullaoğlu,
Əşrəf Hacızadə
və başqaları musiqinin müşayiəti ilə
şairin qəzəllərini
ifa etdilər.
Tədbirin sonunda Elnarə Şəms tədbirin təşkilatçılarına
minnətdarlığını bildirdi.
Zümrüd
Səs.- 2010.- 17 fevral.- S. 12.