2010-cu il üçün möhkəm
iqtisadi baza yaradılıb
2009-cu il dünyada maliyyə böhranı ili kimi tarixdə
qalacaq və demək olar ki, bütün ölkələr böhrandan
bu və ya digər formada
əziyyət çəkdi.
Lakin buna baxmayaraq, Azərbaycan dünya iqtisadiyyatının
bir parçası kimi, bu böhranlı
vəziyyətdən minimum
itkilərlə çıxdı.
Bunun səbəbi isə, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti illərində ümumi milli mənafeyi üstün tutması olubdur. Bu gün
isə ulu öndərin layiqli siyasi davamçısı
Prezident İlham Əliyev bünövrəsi
Heydər Əliyev tərəfindən qoyulmuş
milli dövlətçilik
təməlinə əsaslanaraq,
Azərbaycanı uğurla
siyasi və iqtisadi modernləşməyə
doğru aparır. Azərbaycanın beynəlxalq aləmdə
geosiyasi və geoiqtisadi çəkisinin
artması, sosial-iqtisadi
və siyasi sabitliyin təmin edilməsi, vətəndaş-dövlət
birliyinə nail olunması və s. müstəqil Azərbaycanın yüksələn
xətlə dirçəlişinə
səbəb olub. Ən əsası odur ki, dövlət
başçısının sosial-iqtisadi siyasəti inflyasiyanın artmasının
qarşısını aldı,
xalqımız böhranın
yaratdığı çətinlikləri
öz həyatında
hiss etmədi, əhalinin güzəranının
yaxşılaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən göstərilən
fəaliyyət davam etdirildi. İqtisadiyyatın
əsas göstəricisi
olan ümumi daxili məhsulun ilin sonunda 9 faizi ötməsi ölkəmizin nəyə
qadir olduğunu ortaya qoydu.
Son 6 il ərzində 800 min, o cümlədən,
yalnız 2009-cu il ərzində 74 min yeni iş yeri
yaradıldı. Məhz
bunun nəticəsidir
ki, altı il əvvəl Azərbaycan vətəndaşlarının
təxminən 50 faizə
yaxını yoxsulluq səviyyəsində yaşayırdısa,
bu gün bu göstərici 11 faizdir. Eyni zamanda,
2008-ci ilin yekunları
ilə müqayisə
etsək, görərik
ki, keçən il ərzində yoxsulluq 13,2 faizdən 11 faizə enibdir. Yalnız
2009-cu il ərzində
Azərbaycanda 64 məktəb,
59 səhiyyə müəssisəsi
tikilmiş və ya qurulmuş, o cümlədən, beş böyük olimpiya kompleksi istifadəyə verilib ki, bütün bunlar da dünyada
böhran olmasına baxmayaraq, Azərbaycanda nəzərdə tutulan layihələrin uğurla
icrası davam etdirilibdir. Əlbəttə, bütün
bunlar vaxtında və düşünülmüş
şəkildə ardıcıl
surətdə həyata
keçirilən layihələrin
bariz nəticəsidir.
Ötən il, hər şeydən
əvvəl, Prezident İlham Əliyevin söz sahibi olduğunu sübut etdi. 2008-ci il oktyabrın 15-də keçirilən
prezident seçkilərində
xalqın böyük
dəstəyi ilə qalib gələn İlham Əliyevin növbəti illərdə
Azərbaycanda davamlı
inkişafa nail olunacağı, insanların həyat səviyyəsinin daha da yüksəldiləcəyi
barədə verdiyi vədlərin uğurla yerinə yetirilməsi dövlət başçısına
inam və etimadı daha da möhkəmləndirdi.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə
xalqa müraciətində,
həmçinin, xarici
informasiya agentliklərinə
müsahibəsində ifadə
etdiyi fikirləri xatırlamamaq olmur. "Biz öz
xalqımıza arxalanırıq,
apardığımız islahatlara
arxalanırıq, Azərbaycan
xalqının iradəsinə
arxalanırıq" deyən
dövlətimizin başçısı,
xüsusi olaraq vurğuladı ki, 2009-cu ildə bütün planlar, nəzərdə tutulmuş bütün tədbirlər icra edildi. Regionların inkişafı sürətlə
davam etdirildi: "Son 6 ildə Azərbaycanda 800 mindən
çox iş yeri açılmış,
bütün bölgələrdə
abadlıq-quruculuq işləri
aparılmışdır."
Prezident İlham Əliyevin diqqətə çatdırdığı daha
bir əhəmiyyətli
fakt budur ki, ötən il Azərbaycanda 50 milyon ton neft,
25 milyard kubmetr qaz hasil edildi.
Azərbaycan təkcə
özünün deyil,
yaxın-uzaq bir sıra ölkələrin
də enerji təhlükəsizliyini təmin
edir. 2010-cu ildə Azərbaycan mavi yanacağının ixrac coğrafiyasının daha
da artacağı nəzərdə tutulub. Yeri gəlmişkən, qeyd edək ki, əldə olunan razılaşmaya əsasən, bu il yanvarın 1-dən Rusiyaya ölkəmizdən
qaz ixracına başlandı. Gündəlik
ixrac 1,5 milyon kubmetrdir. Bu rəqəmin ilin sonuna qədər bir neçə dəfə artırılacağı
nəzərdə tutulmuşdur.
Qeyd edək ki, qaz ixracı
ilə bağlı İranla da danışıqlar aparılır.
Beləliklə, Azərbaycanın
qaz idxal edən ölkədən ixracatçı ölkəyə
çevrilməsi artıq
reallıqdır.
Onu
da vurğulamaq lazımdır ki, ölkə Prezidenti İlham Əliyev bütün çıxışlarında
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
həll olunacağının
vurğulayır: "Əsas
məsələ budur
ki, Azərbaycanın müdafiə etdiyi mövqe danışıqlar prosesində
üstünlük təşkil
edir. ...Azərbaycanın
ərazi bütövlüyü
danışıqlar mövzusu
deyil, olmayıb və heç vaxt olmayacaqdır." Bu gün Azərbaycanın
hərbi potensialının
günbəgün güclənməsi,
bunu deməyə əsas verir ki, münaqişənin həlli üçün bütün imkanlar var. Prezident İlham Əliyevin Rusiyanın "Vesti" televiziya proqramına müsahibəsində dediyi
"Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin
həlli üçün
bütün imkanlardan
istifadə edə bilər" sözləri
Ermənistanda böyük
vahimə yaradıb. Politoloqlar bütün situasiyaları, o cümlədən, son vaxtlar Rusiyanın Azərbaycana yaxınlaşmasını
nəzərdə tutaraq,
belə proqnoz verirlər ki, 2010-cu ildə münaqişənin
həllində əsaslı
dönüş olacaq.
Hələliksə, Azərbaycan
hərbi potensialını
artırır, iqtisadiyyatını
inkişaf etdirir, xalqın həyat səviyyəsinin daha da yüksəldilməsi üçün dövlət
başçısı tərəfindən
mühüm sərəncamlar
verilir.
Məlumdur ki,
2010-cu il "Ekologiya ili" elan olunub. Bu proqrama uyğun olaraq, ölkədə 3 milyon ağac əkilməsi, məişət
tullantılarının emalı
üçün zavod
tikilməsi, Bakı buxtasının təmizlənməsi,
bəzi sənaye müəssisələrinin şəhərdən
kənara çıxarılması
və s. nəzərdə
tutulub. 2010-cu ildə tamamlanmamış
bir sıra layihələr başa çatdırılacaq. Qəbələ-Bakı su kəməri işə salınacaq, metronun yeni stansiyalarının
tikintisi davam etdiriləcək. Qeyri-neft sektorunun
inkişafı dövlətin
yenə də diqqət yetirdiyi əsas məsələlərdən
biri olacaq. 2010-cu ildə Bakıda
Koroğluya və Dədə Qorquda abidə qoyulacaq, yeni parklar salınacaq,
paytaxtın gözəlliyinin
artırılması üçün
mühüm işlər
görüləcək, regionların
sürətli inkişafı
davam etdiriləcək.
Ölkədə görüləcək
bu işləri, hər il olduğu
kimi, yenə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsləri
ilə həyata keçiriləcək yeni
proqramlar, layihələr
tamamlayacaq.
RƏFİQƏ
Səs.- 2010.- 18 fevral.- S. 4.