"Səs"
İnformasya Agentliyi növbəti mükafatını
aldı
Dünən Gənclər Mərkəzi İctimai Birliyi gənclərə qayğı göstərən, onlara fəaliyyətlərində dəstək olan qurumlara, təşkilatlara ayrı-ayrı sahələr üzrə mükafatlar təqdim edib.
SİA-nın məlumatına görə, mükafatlandırma mərasimini giriş sözü ilə açan təşkilatın sədri Ramiz Alıyev Azərbaycanda gənclərə olan xüsusi diqqət və qayğıdan söhbət açıb. O bildirib ki, gənclərə ən böyük qayğı prezident İlham Əliyev tərəfindən göstərilir, onun gənclərə diqqət və qayğısı hər bir gəncin uğur qazanmasında böyük rol oynayır.
"İnanırıq ki, təşkilatın bu addımı gənclərimizə daha da ruh verəcək, onların daha səmərəli işləməsində, inkişafında müəyən rol oynayacaq. Mükafata layiq olan hər bir kəs gənclərin layiqli dostlarıdır", - deyə Ramiz Alıyev bilidirib.
Tədbirin davamında millət vəkilləri Yaqub Mahmudov, Aydın Mirzəzadə, Zahid Oruc, Qənirə Paşayeva gənclərə göstərilən hərtərəfli dövlət qayğısından, onlara yaradılan şəraitdən söhbət açıblar. Qeyd olunub ki, bütün bunların nəticəsidir ki, gənclərimizin bütün sahələrdə uğurları ildən-ilə artır.
Mükafat alanlar arasında media nümayəndələri də
olub. Belə ki,
"Yeni Azərbaycan"
qəzetinin Baş redaktoru Hikmət Babaoğlu, "Səs"
qəzetinin Baş redaktoru Bəhruz Quliyev, eyniadlı qəzetinin əməkdaşı
Sevinc Nəzərova və "Səs" İnformasiya Agentliyi
(SİA) gənclərə göstərdiyi dəstəyə
görə mükafata
layiq görülüblər.
Mərasimdə həmçinin ölkəmizdə
gənclər sahəsində
səmərəli fəaliyyət
göstərən bir
sıra qurum və təşkilatlara mükafatlar təqdim olunub. Qeyd edək ki, tədbirdə iştirak edən incəsənət
nümayəndələrindən Lalə Məmmədova, Sevda Yəhyayeva, Bilal Əliyev də mükafata layiq görülüb.
Səs.- 2010.- 18 fevral.-
S. 5.