"Bir yanımda şəhidlik zirvəsi, bir yanımda övlad acısı"
YAP Nərimanov rayon təşkilatı qadınlar
şurasının üzvləri şəhid anaları
ilə görüşü keçirildi
Dünən Yeni Azərbaycan Partiyasının
Nərimanov rayon təşkilatı qadınlar
şurası şəhid
anaları ilə görüş keçirdi.
Arif Vəliyev adına 258 saylı orta məktəbdə keçirilən
toplantı "Bir
yanımda şəhidlik
zirvəsi, bir yanımda övlad acısı" mövzusuna
həsr olunmuşdu. Tədbirdə torpaqlarımız uğrunda
şəhid olmuş insanların, o cümlədən, Xocalı
soyqırımının qurbanlarının
xatirəsi yad edildi.
258 saylı məktəbin direktoru, YAP Nərimanov rayon təşkilatı qadınlar şurasının
idarə heyətinin üzvü Sədaqət Hüseynova çıxış
edərək, xalqımızın
zaman-zaman xarici təcavüzlərə məruz
qaldığını bildirdi.
S.Hüseynova ötən
əsrdə də Azərbaycanın Ermənistan
tərəfindən təcavüzə
məruz qaldığını
söyləyərək, onu
da vurğuladı ki, azadlıq yolunda şəhid olan oğul və qızlarımız
heç vaxt unudulmayacaq.
"Torpaqlarımızın azadlığı
uğrunda minlərlə
şəhid vermişik.
Vətən uğrunda
canından keçənlər
ölməyib, şəhidlik
zirvəsinə yüksəlib.
Bu gün şəhidlərin ruhu bizimlədir. Yalnız qələbə əldə
etdikdən sonra onların ruhu şad olacaq" deyən S.Hüseynovanın
sözlərinə görə,
məktəbin adını
daşıdığı Arif
Vəliyev də öz həyatını torpaqlarımızın azadlığı
uğrunda qurban verib. Onun xatirəsi
şəhid olduğu
gün- 17 fevral tarixi hər il məktəbdə anılır. Qeyd edib ki, dövlətimiz
torpaqlarımızın sülh
yolu yolu ilə azad olunması
üçün bütün
imkanlardan istifadə edir.
YAP Nərimanov
rayon təşkilatı
qadınlar şurasının
sədri Məhəbbət
İbrahimova tədbirdə
çıxış edərək,
Ermənistanın Azərbaycana
qarşı işğalçılıq
siyasətinin ağır
nəticələrindən danışdı. O bildirdi
ki, işğalçı
siyasətin nəticəsində
xalqımız minlərlə şəhid verib, torpaqlarımızın
20 faizi qəsb olunub, bir milyondan
çox insan öz yurdlarından didərgin düşərək,
məcburi köçkün
vəziyyətinə düşüb.
"Ermənistan xarici
havadarlarına arxalanaraq,
ölkəmizin bir hissəsini işğal edib. Amma bu,
o demək deyil ki, biz müharibəni uduzmuşuq.
Azərbaycanda
o zaman daxili hərc-mərclik nəticəsində ermənilər
öz istəklərini,
müvəqqəti də
olsa, reallaşdıra
biliblər. Amma bu gün Azərbaycan
çox güclü dövlətdir. Ölkəmizin
başçısı İlham
Əliyev problemin sülh yolu ilə həllinə tərəfdardır. Ermənistan
isə hər vəchlə münaqişənin
həllini uzatmağa çalışır. Təbii ki,
sülh danışıqları
nəticə verməsə,
dövlətimiz digər
variantlardan istifadə
edəcək" deyən
M.İbrahimovanın sözlərinə
görə, dövlət
tərəfindən şəhid
ailələrinə, Qarabağ
əlillərinə, müharibə
veteranlarına qayğı
göstərilir.
YAP Siyasi Şurasının
üzvü, partiyanın
Nəsimi rayon təşkilatının sədri,
millət vəkili Məlahət İbrahimqızı
da çıxışında
Azərbaycanın məruz
qaldığı təcavüzdən
danışdı. O, qeyd
etdi ki, ölkəmizin mühüm
geostrateji məkanda yerləşməsi, zəngin
təbii sərvətlərə
malik olması bəzi xarici qüvvələri narahat edir. Baş verən təcavüz də bu narahatlığın
nəticəsidir. Millət
vəkilinin sözlərinə
görə, Azərbaycanın
inkişaf etməsi nəticəsində bir çox problemlər həll edilib. Yeganə problem isə Dağlıq Qarabağ məsələsidir.
"Uzun müddətdir
ki, münaqişənin
həlli istiqamətində
sülh danışıqları
aparılır. Ermənistanın
qeyri-konstruktivliyi nəticəsində
problem hələ də həllini tapmayıb. Eyni zamanda, beynəlxalq müstəvidə işğalçı
Ermənistana təzyiqlər
göstərilmir. Bunula
belə, Azərbaycan bu məsələni də həll etmək iqtidarındadır"
deyə M.İbrahimqızı
qeyd etdi ki, təcavüzə məruz qalmasına baxmayaraq, ölkəmiz inkişaf etməkdədir.
Onun sözlərinə
görə, əhalinin
sosial rifahının gücləndirilməsi istiqamətində
dövlət tərəfindən
ciddi addımlar atılır. Bu mənada, şəhid ailələrinə də
qayğı daim diqqət mərkəzindədir.
Şəhid Arif Vəliyevin anası Sona Vəliyeva çıxış edərək,
göstərilən qayğıya
görə dövlət
rəhbərliyinə minnətdarlığını
bildirdi.
Görüşdə daha sonra Həsən Abışov,
Elmira Əliqızı
və digər çıxış edənlər
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində torpaqlarımızın
işğaldan azad olunacağına, şəhidlərimizin
qanının yerdə
qalmayacağına əminlik
ifadə etdilər.
Sonda məktəblilərin
iştirakı ilə
ədəbi-bədii kompozisiya
təqdim olundu.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 18 fevral.- S. 6.