Nəriman Nərimanovun anadan olmasının 140 illiyinə həsr edilmiş tədbir keçirilib

 

Yasamal rayonundakı 53 nömrəli orta məktəbdə görkəmli dövlət xadimi, maarifçi yazıçı Nəriman Nərimanovun anadan olmasının 140 illiyinə həsr edilmiş tədbir keçirilib. Orta məktəbin Nəriman Nərimanovun ev-muzeyinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə "N.Nərimanov-140" adlı fotosərgi, ədibin tədqiqat bədii əsərləri nümayiş etdirilmişdir. Məktəbin direktoru Firəngiz Həsənova alovlu vətənpərvər, görkəmli dövlət xadimi, yazıçı-dramaturq publisist Nəriman Nərimanovun həyat fəaliyyətindən danışmışdır. Xalqımızın maarifləndirilməsində, ədəbiyyatımızın mədəniyyətimizin inkişafında N.Nərimanovun əvəzsiz xidmətlərini xatırladan natiq, onun istər dram, istərsə , nəsr əsərlərinin, publisistikasının, məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırmışdır. F.Həsənova Nəriman Nərimanovun milli-mənəvi dəyərlərimizin qorunması inkişafı sahəsində gördüyü işlərdən, xeyirxah əməllərindən söz açmışdır. Tədbirdə tarix elmləri namizədi Firdövsiyə Əhmədova "N.Nərimanovun həyatı siyasi fəaliyyəti", filologiya elmləri namizədi Mənzər İbrahimova "Nərimanov rus ədəbiyyatı", muzeyin direktoru Kamilə Hüseynova "Nərimanov irsinin əhəmiyyəti" mövzularında çıxış etmişlər. Natiqlər onun ədəbi yaradıcılığından siyasi fəaliyyətindən geniş söz açmış, vurğulamışlar ki, 55 il ömür sürmüş bu böyük insanın gördüyü əvəzsiz işlər sovet dövründə düzgün araşdırılmamışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra, bu istiqamətdə ciddi işlər görülmüş arxivlərdə böyük ədiblə bağlı materiallar aşkar edilərək, araşdırılmışdır. Tədbirdə şagirdlərin çoxsaylı sualları cavablandırılmışdır. Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya göstərilmişdir.

 

 

Zümrüd

 

Səs.- 2010.- 18 fevral.- S. 12.