Prezident Kitabxanasının
"XX əsrin faciəsi
- Xocalı soyqırımı"
tammətnli elektron nəşri yenilənib
1992-ci il fevralın 26-na keçən gecə misli görünməmiş
faciə törədildi.
Erməni silahlı birləşmələri
keçmiş SSRİ-nin
Dağlıq Qarabağda
yerləşən 366-cı motoatıcı alayının
əsgər və zabitləri ilə birlikdə Xocalı soyqırımını törətdilər.
7 min nəfərə
yaxın əhalisi olan Xocalı şəhəri topların
və zirehli texnikanın köməyi ilə yerlə-yeksan edildi.
Mühasirədə olan şəhərin
bütün əhalisi
- körpə uşaqdan
tutmuş, əlsiz-ayaqsız
qocalaradək ucdantutma
məhv edildi, bir çoxu isə əsir götürüldü. Günahsız,
əliyalın insanlar
təqib edilərək
çöllərdə və
meşələrdə güllələndilər.
Meyitlərin dərisini
soydular, bədən üzvlərini doğradılar.
Dünya mətbuatı Xocalı adlı bir şəhərin
erməni vandalları
tərəfindən yer
üzündən silinməsi,
əhalisinin soyqırıma
məruz qoyulması haqqında xəbərlər
və hadisə yerindən reportajlar yaydı. Çox təəssüf ki, sonradan yenə də Azərbaycan xalqının bu faciəsinə də biganəlik göstərildi,
fəryadımızı özümüzdən
başqa kimsə eşitmək istəmədi.
Təqdirəlayiqdir ki, son illərdə istər ölkəmizdə, istərsə
də xarici ölkələrdə bir
çox kitablar yazılmış, Xocalı
soyqırımı qurbanlarının
xatirəsinə abidələr
ucaldılmış, dünya
dövlətlərinə, xalqlarına
və beynəlxalq təşkilatlara müraciətlər
ünvanlanmış, xarici
ölkələrdəki səfirliklərimizdə, nümayəndəliklərimizdə
və diaspor təşkilatlarında bu
dəhşətli hadisə
ilə bağlı mətbuat konfransları, anma mərasimləri keçirilmiş, xarici mətbuat və teleradio kanallarında materiallar yayınlanıb.
SİA-nın məlumatna görə, Xocalı soyqırımının ildönümü
ərəfəsində Azərbaycan
Respublikası Prezidenti
Administrasiyası rəhbərinin
sərəncamı ilə
təsdiqlənmiş tədbirlər
planına uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
Prezident Kitabxanasında
2007-ci ildə Azərbaycan,
ingilis və rus dillərində hazırlanmış "XX əsrin
faciəsi - Xocalı soyqırımı" adlı
tammətnli elektron nəşr yeni materiallar hesabına əsaslı surətdə
yenilənib.
Elektron nəşrə daxil olan materiallar 6 bölmədə qruplaşdırılıb.
"Xocalı
soyqırımı" adlanan
bölmədə Dağlıq
Qarabağ münaqişəsinin
qısa tarixçəsi,
Xocalı soyqırımının
miqyası haqqında istintaq materialları, zərərçəkənlərin ifadələri, tibbi ekspertiza rəyləri, xocalı şəhidlərinin
ümumi siyahısı
və s. materiallar toplanıb.
"Rəsmi
materiallar" adlanan bölmədə Xocalı
soyqırımının tanıdılması
istiqamətində dövlət
səviyyəsində atılan
addımlar, qəbul edilən qərarlar, beynəlxalq təşkilatlara
edilən müraciətlər,
Xocalı faciəsinin
beynəlxalq hüquq normaları baxımından
soyqırım kimi tövsif edilməsi haqqında rəsmi sənədlər toplanıb.
"Xocalı soyqırımının
əks-sədası" adlanan
bölmədə isə
bu günədək Xocalı soyqırımı
ilə bağlı yerli və xarici
mətbuatda dərc olunan, elektron kütləvi informasiya vasitələrində əksini
tapan seçmə materiallar yerləşdirilmişdir. Bu bölmədə həmçinin
Heydər Əliyev Fondunun Azərbaycan tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımının
dünya ictimaiyyətinin
diqqətinə çatdırılması
istiqamətində həyata
keçirdiyi məqsədyönlü
işlər, müxtəlf
dillərdə çap
etdirdiyi nəşrlər
haqqında məlumatlar
toplanıb.
İslam Konfransı
Gənclər Forumunun
(İKGF) mədəniyyətlərarası
dialoq üzrə baş əlaqələndiricisi
və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin
rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə
2008-ci ilin may ayından
etibarən "Xocalıya
ədalət" devizi
altında beynəlxalq
kampaniya çərçivəsində
həyata keçirilən
tədbirlər haqqında
materiallar xronoloji ardıcıllıqla toplanaraq
ayrıca bölmə
şəklində istifadəçilərin
diqqətinə çatdırılır.
"Elektron kitablar" bölməsində isə
xalqımızın qan
yaddaşına çevrilmiş
bu faciədən bəhs edən seçilmiş kitabların
elektron versiyaları toplanıb. Burada Həvva Məmmədovanın
"Xocalı - səhidlər
və şahidlər"
(üç dildə),
Səriyyə Müslümqızının
"Ölümdən o yandakı
Xocalı", "Ümid
olmasa ölərəm"
(ingilis dilində), Əsli Xəlilqızının
"Güllələnmiş uşaqlıq" (üç
dildə), Yuri Pompeyevin
"Qarabağ qan içində" (Azərbaycan
və rus dillərində), Feliks Sersvadzenin "Unudulmuş
soyqırım" (rus
dilində), Akif Aşırlının "Türkün
Xocalı soyqırımı",
Allahyar Xocalının
"Vətən ağrısı,
torpaq yanğısı",
Elmira Axundovanın tərtib
etdiyi "Xocalı - soyqırımın xronikası"
(rus dilində) kitablarının elektron versiyaları hazırlanaraq
oxucuların istifadəsinə
təqdim edilir. "Xocalı soyqırımı
saytlarda" bölməsində
istfadəçilər mövzi
ilə bağlı faydalı saytlara yönləndirilir.
Səs .- 2010.- 24 fevral.- S. 5.