“Dünya birliyi ermənilərin Xocalı qətliamına hüquqi qiymət verməlidir"
Bütün Qafqazın Şeyxi dünya ölkələrinə müraciət
ünvanladı
Qafqaz
Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadə Xocalı
soyqırımının 18-ci ildönümü ilə
bağlı dünya xalqlarına, dövlət
başçılarına, parlamentlərə və
beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
QMİ-nin müraciətində deyilir ki, cahanda
elə bir xalq, elə bir din ola
bilməz ki, ümumbəşəri mənəvi
dəyərləri inkar
etsin, zor, qətl, təcavüz kimi qeyri-humanist əməllərə haqq
qazandırsın, qanlı
cinayətlərə bəraət
versin. Bəşəriyyət
insanlığa qarşı
cinayətləri daima
nifrətlə damğalamış,
insan sifətini itirmiş qatillərin əməllərini həmişə
lənətləmişdir. Müraciətdə dünya tarixinin
qanlı səhifələrindən
birini təşkil edən və Xatın, Lidise kimi bəşəri müsibətlərlə bir
sırada duran Azərbaycanın Xocalı
şəhərində törədilən
soyqırımın hələ
də tarixin mühakiməsinə verilməməsi
təəssüf hissi
ilə qeyd olunur. Bu misli
görünməmiş soyqırımı
faktının bugünədək
öz layiqli siyasi qiymətini almadığı diqqətə
çatdırılır.
Bəşəriyyətin qan
yaddaşında ikili standartlar yolverilməzdir, lakin artıq on səkkiz ildir ki, barəsində
aləmə car çəkdiyimiz Xocalı
faciəsi bugünədək
dünya səviyəsində
qınaq obyektinə çevrilməmiş, onun
baiskarları lənətlənməmişdir.
QMİ-nin müraciətində
bir sıra tarixi faktlara diqqət yönəldilir.
Bildirilir
ki, 1992-ci il fevralın 26-da Xocalının
10 mindən artıq dinc, silahsız, müdafiəsiz əhalisinin
erməni quldurlarının
amansız basqınına
məruz qalması,
613 nəfərin qətlə
yetirilməsi, qocalara,
uşaqlara, hamilə qadınlara belə rəhm olunmaması, 1275 nəfərin əsir götürülərək
ağır işgəncələrə
məruz qalması, meyidlərin üzərində
təhqiramiz həqarətlər
edilməsi kimi vəhşiliklərə biganə
qalmaq bəşəriyyətə
baş ucalığı
gətirə bilməz.
Bütün dünya sözdə etiraf edir ki, hər
bir cinayətkar və terrorçu, milli və dini
mənsubiyyətindən asılı
olmayaraq, məsuliyyətə
cəlb olunmalı və beynəlxalq hüquq qarşısında
cavab verməlidir. Lakin acı reallıq ondan ibarətdir ki, erməni ekstremistləri törətdikləri
cinayətlərə görə
hələ də cəza almamış, heç bir beynəlxalq qurumun, hətta BMT-nin qətnamələrinə məhəl
qoymadıqları halda,
onlara qarşı heç bir sanksiya tətbiq olunmamışdır. Ermənilərin Azərbaycana qarşı zaman-zaman törətdiyi vəhşiliklərin cəzasız
qaldığını vurğulayan
QMİ, bu səbəbdən
ərazimizin 20 faizinin
onlar tərəfindən
işğal edildiyini və milyonlarla azərbaycanlının doğma
yurdlarından didərgin
salındığını qeyd edir. Belə olan halda, erməni
ekstremistləri öz
təcavüzkarlıq planlarından
əl çəkməmiş,
qəsb etdiyi torpaqlarda vandalizm aktları həyata keçirərək mədəniyyət
abidələrini, məscid
və qəbiristanlıqları
xarabalığa çevirmiş,
maddi və mənəvi terroru gerçəkləşdirmiş, tarixi sənəd və əşyaları mənimsəyərək
özününküləşdirmişdir.
Müraciətdə o da vurğulanır ki, qəsbkar siyasət yeridən erməni ekstremistləri
cəzasız qalmalarından ruhlanaraq, qəsb etdikləri torpaqları işğal altında saxlayır, atəşkəsi,
mütəmadi olaraq, pozmağa cəhd edir, sülh danışıqları prosesində
konstruktivlik görüntüsü
yaradaraq, beynəlxalq ictimai rəyi aldadır və problemin həllini bilərəkdən
yubadır: "Mən, din xadimi
olaraq, bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyirəm. Üzümü dünya ölkələrinin dövlət
başçılarına, parlamentlərinə, xalqlarına
və beynəlxalq təşkilatlarına tutaraq,
Azərbaycana qarşı
erməni ekstremistlərinin
təcavüzünə və vəhşiliklərinə
prinsipial hüquqi qiymət verməyə, xalqımızın faciəsinə
biganə qalmamağa,
Xocalı müsibətini
insanlığa qarşı
soyqırımı aktı
kimi tanımağa çağırıram".
Müraciətin sonunda qeyd olunur ki,
O bir olan Allah müqəddəs dəyər olan insan həyatına edilən qəsdə göz yumulmasını heç zaman bağışlamaz. Rəbbimiz
qarşısında, bəşəriyyət
qarşısında vicdan
naminə müqəddəs
borcumuz ədalətin
zəfər çalmasına
nail olmaqdır.
KÜBRA ƏLİYARLI
Səs.- 2010.- 24 fevral.- S. 6.