Xocalı faciəsi
xalqımıza qarşı analoqu olmayan soyqırımıdır
Xocalı soyqırımının baş verməsindən artıq 18 il ötür. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağ ərazisindəki ermənilərin qeyri-qanuni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Azərbaycanın ayrılmaz hissəsi olan qədim Xocalı şəhərini zəbt edərək, xalqımıza qarşı analoqu olmayan soyqırım aktı həyata keçirib.
YAP Səbail rayon
təşkilatının aparat rəhbəri
Həsən Tağıyev:
- Xocalı faciəsi Azərbaycan xalqının tarixində qara bir ləkədir. Müstəqilliyimizi bərpa etdiyimiz dövrdən Azərbaycan cəmiyyətində böyük çaşqınlıq əhval-ruhiyyəsinin olması, bu faciənin baş verməsinə gətirib çıxarıb. Həmin dövrdə Azərbaycanın dövlət rəsmilərinin və eyni zamanda, siyasi hakimiyyətə can atan müxalifətin mənəvi təqsiri də az deyil. Torpaqlarımızın böyük bir hissəsinə iddia edən Ermənistan tərəfi xalqı qorxutmaq üçün, eyni zamanda, işğal siyasətini daha rahat həyata keçirmək üçün məqsədli şəkildə bu faciəni həyata keçirdi. Bir gecə ərzində kiçicik dinc şəhərə soxuldu, ilk növbədə, əlsiz-ayaqsız əhalini, qocaları, qadınları, uşaqları qətlə yetirdilər. Bir qismini isə şikəst hala salaraq, həmin vəziyyətdə Azərbaycanın digər rayonlarına keçməsinə şərait yaratdılar ki, bu, bir əsas yaratsın. Qeyd edim ki, həmin faciənin lentə alınmış foto və videoçəkilişləri çox böyük dəhşət yaradır. Nə qədər insansevməz bir xalq olmalısan ki, dinc əhaliyə qarşı belə bir qətliamı törətməkdə maraqlı olasan. Bu, düşünülmüş bir siyasət idi. Təsadüfi deyil ki, bu yaxınlarda ermənilərin milli ideoloqlarından sayılan Z.Balayan öz kitabında Xocalı soyqırımında bilavasitə iştirak etdiyini, 13 yaşlı oğlan uşağının zülmlə öldürdüyünü etiraf edib və bundan da həzz aldığını bildirir.
Faciə böyükdür, həmin çəkiliş və şəkillərə sakit, emosiyasız baxmaq mümkün deyil.
Ancaq ermənilər bir
məsələdə yanılırlar ki,
bu qətliam Azərbaycan xalqını
qorxutmadı, erməni amili qarşısında
geri çəkilməyə məcbur etmədi,
əksinə, xalqımızı daha da mətinləşdirdi. Xalq
bu faciəni törədənlərdən
və bu siyasəti yeridənlərdən
qisas almaq ruhu ilə doldu. Məhz həmin
dövrdən başlayaraq, bu faciə Azərbaycanda dövlət səviyyəsində
qəbul edildi. Bu, tariximizin, təqvimimizin qara
bir günüdür,
Fevralın 26-na bir müddət
qalmış ölkə, ayrı-ayrı şəhər və
yaşayış məntəqələrində bu faciənin keçirilməsi ilə
bağlı geniş tədbirlər keçirilir. Bu gün Xocalı faciəsini tanımıram deyən,
ona biganə qalan azərbaycanlı
yoxdur. Qeyd etmək
lazımdır ki, bu,
təkcə 9 milyon əhali tərəfindən
deyil, Azərbaycandan kənarda da kifayət qədər anılır. Azərbaycan
diasporunun, xaricdəki səfirliklərin, diplomatik nümayəndələrimizin köməyi
ilə ayrı-ayrı xarici ölkələrdə
tədbirlər keçirilir. Universitetlərdə məlumatlar yayılır,
KİV-lərdə bu faciə ilə əlaqədar
materiallar verilir, faciənin
tanıdılması, bu faktın baş verməsi istiqamətində, bu faciəni törədənlər barəsində
beynəlxalq aləmdə rəy yaradılmasına səy
göstərilir. Azərbaycan parlamenti
xarici ölkələrin parlamentlərinə
müraciətlər göndərir, həmin faciə ilə
bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırır.
Yəqin ki, bu dəfə
də belə olacaq. Biz
həmin faciəni bütün
dünyanın tanımasına gətirib
çıxaracağıq.
YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı:
- Düz
18 il əvvəl -
1992-ci il fevralın
26-da erməni işğalçıları
xalqımıza qarşı
misli görünməmiş
cinayətə əl atdılar. Soyuq qış günündə
Xocalıya hücum edən ermənilər əliyalın, heç bir silah-sursatı olmayan əhaliyə divan tutdular. Yüzlərlə soydaşımızı - qadınları, qocaları,
uşaqları amansızcasına
qətlə yetirdilər.
Bu, azmış kimi, qəddar düşmən qətlə
yetirilən soydaşlarımızın
cəsədləri ilə
insanlığa sığmayan
bir şəkildə rəftar etdi - körpələrin, qocaların
gözləri çıxarıldı,
sifətləri tanınmaz
hala salındı.
Faicənin ildönümü
ilə bağlı hər il
respublikamızın bütün
regionlarında, eyni zamanda, dünyanın hər yerində geniş tədbirlər keçirilir, bəyanatlar,
müraciətlər qəbul
edilir, erməni işğalçılarının xalqımıza qarşı
edilən cinayətləri
bütün dünya ictimaiyyətinə çatdırılması
üçün yeni-yeni
saytlar açılır.
Çünki bəşər tarixində
ən dəhşətli
soyqırım olan Xocalı faciəsi xalqımızın tarixinə
qanlı hərflərlə
yazılmış bu olayı heç zaman unudula bilməz. Ermənilərin uzun əsrlər boyunca türklərin başına gətirdikləri
dəhşətli faciələri
xarici tədiqatçılar
da təsdiq edirlər. Xocalıda baş verənlər
isə, şahidlərin
sözlərinə görə,
misli görünməyən
insan qırğını
idi. Rusiyanın 366-cı motoatıcı diviziyasının iştirakı
ilə həyata keçirilən bu qırğın ermənilərin
etnik təmizləmə
siyasətinin aşkar
göstəricisidir. Buna
görə də xalqımız tarix boyunca başımıza gətirilənlərdən xəbərdar
olmalı, tarixi gerçəklikləri bilməlidir.
Çünki tarix heç
nəyi gizlətmir, gec-tez hər şey aşkara çıxır. Xocalı soyqırımı
özünün dəhşətləri
ilə yaddaşlarda qalacaq və qalmalıdır da. Azərbaycanda yetişməkdə olan gənc nəsil xalqımızın
başına gətirilən
faciələrdən xəbərdar
olmalıdır. Qətliamın şahidləri indi də yaşamaqdadır.
Onlar xatirələrini danışarkən,
dəhşətdən insanın
damarlarında qanı
donur. Bunları unutmağa bizim
haqqımız varmı?
Bu bir həqiqətdir
ki, Azərbaycan xalqının başına
gətirilən Xocalı
faciəsi bəşəri
dəyərlər və
beynəlxalq hüquq normaları ilə daban-dabana ziddiyyət təşkil edir. Hesab edirəm ki, bu faciənin dəhşətlərini unutmaq
mümkün deyil.
Qətliamın köçürüldüyü
lentlər saxlanılır.
Bu kadrlara baxdıqca
ermənilərin türk
qanına necə susadığının şahidi
oluruq. Həqiqətən də, ermənilər
türk qövmünə
qarşı düşmənçilik
mövqeyindədirlər. Bunun isə tarixi kökləri olduqca qədimdir. Ümumiyyətlə, türk dünyasının
inkişafını istəməyən
ermənilər bizə
qarşı informasiya
müharibəsində əllərindən
gələni edirlər.
Lakin bizim imkanlarımız da məhdud deyil. Biz təbliğatı
gücləndirməklə erməni lobbisinin yalan və iftiralarının
qarşısını ala bilərik.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 24 fevral.-
S. 6.