Torpaq uğrunda
ölən varsa, Vətəndir
15 saylı orta
məktəbdə şəhid Elçin Cavadov anıldı
Dünən Elçin
Cavadov adına
Bakı şəhəri
15 saylı orta məktəbdə Azərbaycanın
ərazi bütövlüyü
uğrunda şəhid
olan Elçin Cavadovun anım mərasimi keçirildi. İlk öncə, şəhid E.Cavadovun və Xocalı şəhidlərinin
xatirəsi 1 dəqiqəlik
sükutla yad edildi. Sonra mərasimi giriş sözü ilə açan məktəbin direktoru Şəhla Əmrahova qeyd etdi ki, vətənimizin
ərazi bütövlüyü,
azadlığı uğrunda
həlak olan şəhidlərimiz hər
birimiz üçün
əzizdir: "Biz hər
zaman şəhidlərimizlə
qürur duyuruq. Qürur duyduğumuz şəhidlərimizdən biri
də E.Cavadovdur.
O, Azərbaycanın ərazi
bütövlüyü uğrunda
qəhrəmancasına həlak
olub. Bu gün
biz onun anım mərasiminə toplaşmışıq.
Bundan əlavə, burada Xocalı faciəsində həlak olan soydaşlarımız da yad edilir. Tanrıdan vətənimizin azadlığı
uğrunda şəhid
olan hər bir Azərbaycan övladına, o cümlədən,
məktəbimizin adını
daşıyan qəhrəman
E.Cavadova rəhmət
diləyirəm və
mərhumun ailəsinə
səbr diləyirəm."
Çıxış edən
şəhid E.Cavadovun
anası Humayın Cavadova mərasimi təşkil etdiyi üçün məktəbin
rəhbərliyinə öz
minnətdarlığını bildirdi: "Mən bir şəhid anası olaraq, qürur duyuram ki, övladım Azərbaycanın ərazi
bütövlüyü uğrunda
şəhid olub. Düzdür,
övlad itkisi valideyn üçün ağırdır. Lakin təsəllimiz
ondan ibarətdir ki, E.Cavadov torpaqlarımızın
azadlığı uğrunda
həlak olub".
H. Cavadova şəhid
E.Cavadov haqqında məlumat verərək, qeyd edib ki,
oğlu 1963-cü ildə
Bakıda dünyaya göz açıb. "E.Cavadov hazırda
adını daşıdığı
15 saylı orta məktəbin nümunəvi
məzunu olub. Məktəbi bitirdikdən sonra
ordu sıralarına gedib. Hərbi xidmətdən sonra
isə E.Cavadov polis məktəbini bitirərək,
daxili işlər orqanlarında çalışıb.
Qarabağ müharibəsi dövründə
hamı kimi o da, könüllü olaraq, 1993-cü ilin avqustunda Azərbaycan torpaqlarının erməni
faşistlərindən azad
edilməsi uğrunda vuruşub. Ağdərə və Xankəndi
uğrunda gedən döyüşlərdə qəhrəmanlıq
nümayiş etdirib.
E.Cavadov 1994-cü ildə
Ağdamın Xındırıstan
kəndində qəhrəmancasına
həlak olub", - deyə şəhidin anası H.Cavadova bildirdi.
Daha sonra isə şəhid E.Cavadov və Xocalı şəhidlərinin xatirəsinə
həsr olunmuş bədii hissə ilə davam etdirildi.
ANAR MƏCİDZADƏ
Səs.- 2010.- 24 fevral.- S. 7.