Xocalı əsrin faciəsidir
Bu faciəni dünyaya qəbul etdirmək hər bir
vətəndaşın ən başlıca vəzifəsidir
Xocalı faciəsinin 18 illiyi ilə bağlı respublikamızın
və dünyanın bir çox yerlərində tədbirlər
keçirilməkdədir. Qeyri-hökumət
təşkilatları, ictimai
qurumlar, millət vəkillərinin iştirak
etdiyi tədbirdə çıxış edənlər
ermənilərin azərbaycanlılara
qarşı törətdiyi
soyqırımı aktlarının
hamısının qeyd
olunmasını tələb
etdilər.
Dünən Azərbaycan Tibb Universitetinin "Azərbaycan tarixi" kafedrasında Xocalı soyqırımına həsr
olunmuş elmi-praktiki konfrans keçirildi. Tədbir iştirakçıları
Xocalı faciəsi qurbanlarının xatirəsini
bir dəqiqəlik sükutla yad etdilər. Sonra kafedranın müdiri,
professor Fəxrəddin
Məmmədov "Xocalı
tarixin qan yaddaşında" mövzusunda
çıxış edərək, bildirdi ki, 1988-ci ildən
1993-cü ilə qədər
Ermənistanın hərbi
birləşmələrinin Xankəndində yerləşən
Rusiya ordusuna məxsus 366-cı alayın
şəxsi heyətinin
və texnikasının
köməyi ilə onlarla
azərbaycanlı kəndində
soyqırımı aktları
törətməyə başladılar:
"1992-ci il fevralın
17-də Xocavənd rayonunun
Qaradağlı, həmin
il aprelin 7-də isə Kəlbəcər rayonunun Ağdaban kəndlərində kütləvi
qırğınlar törədilib.
Hər iki kənddə əhalinin 70
faizi qətlə yetirilib. Ermənilərin yalnız Xocalıda soyqırımı törətməsi
faktını dünya
ictimaiyyətinə təqdim
etməklə, nə isə əldə etmək mümkün deyil. Bütün soyqırımı aktlarını
dünya ictimaiyyətinin
diqqətinə çatdırmaqla,
ermənilərin simasını
daha da aça
bilərik. O zaman ermənilərin məqsədyönlü
şəkildə azərbaycanlılara
qarşı soyqırımı
aktları törətdikləri
bəlli olar".
F.Məmmədov, onu
da vurğuladı ki, işğal zamanı 613 nəfər, o cümlədən, 106 qadın, 63 uşaq, 70 qoca öldürüldü,
1275 nəfər girov götürülüb. 487 nəfər
yaralanıb, 150 nəfər
itkin düşüb.
F.Məmmədov ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi
ilə bu faciəyə siyasi qiyməti verildiyini vurğuladı. Bildirdi ki, 1994-cü il fevralın
24-də Milli Məclis
"Xocalı Soyqırımı
Günü haqqında"
qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə
bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq
ictimaiyyəti erməni
terrorizminə qarşı
tədbirlər görməyə
çağıran müraciət
edildi. Ötən 18 ildə Xocalı gerçəyinin dünyaya
tanıdılması, Ermənistanın
sovet hərbi dairələrinin dəstəyi
ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin
beynəlxalq miqyasda
ifşası istiqamətində
xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc
olunub. Bu gün də bu işlər görülməkdədir.
"Qarabağa tarixi
baxış" mövzusunda
çıxış edən
tarix elmləri doktoru, professor Həcər Verdiyeva çıxış edərək,
bildirdi ki, hər il Xocalı
faciəsi və 31 Mart Azərbaycanlıların
Soyqırımı ilə
bağlı, anma günləri yaxınlaşdıqca,
ermənilərin həm
əsrin əvvəllərində, həm də 1988-ci ildən başlayaraq, başımıza
gətirdikləri olaylar
yada düşür. Düşmənimizə qarşı
kin və nifrətimiz bir daha artır. Hadisələri ardıcılıqla izləsək, başımıza
gətirilən olaylar,
tarixdə, demək olar ki, eyni
ssenari üzrə cərəyan edir. Şükürlər olsun
ki, bizlər hələ də tam sınmamış, milli genafonumuzu, adət-ənənələrimizi qoruyub saxlaya bilmişik. Biz anlamalıyıq ki, ermənilər tarixən təkcə bizlərə
qarşı deyil, bütün türk dünyasına qarşı
torpaq iddiaları ilə, çıxış
etmiş və indi də etməkdədirlər.
H.Verdiyeva qeyd etdi ki, ötən
əsrin ən böyük faciələrindən
biri kimi tariximizdə iz salan Xocalı soyqırımı bəşəriyyətin
ən amansız vəhşiliyidir: "Hər il faciələrimizin
ildönümləri ilə,
bağlı istər vətəndə, istərsə
də, xarici ölkələrdəki cəmiyyətlərimiz
və milli təşkilatlarımız tərəfindən
anma tədbirləri keçirilməkdədir. Əgər
bizlər faciələrimizin
dünya ictimaiyyətinə
çatdırılmasını istəyiriksə,
onda bu məsələlərlə
ilboyu məşğul
olmalıyıq.
Biz
bu sahədə milli həmrəylik nümayiş etdirərək,
Xocalı faciəsinin
beynəlxalq aləmdə
hüquqi və siyasi cəhətdən qiymət alması, onun təşkilatçıları
və icraçılarının
cəzalındırılması, gələcəkdə də
bəşəriyyətə yönəldiləcək belə
qəddar aktların təkrarlanmaması
üçün ilboyu
ardıcıl işlər
aparmalıyıq".
Tədbirdə iqtisadi siyasət
kafedrasının müdiri,
fakültə həmkarlar
komitəsinin sədri
Yavər Vəliyev, profilaktika fakültəsinin
tələbəsi Səxavət
Hüseynov və başqaları çıxış
edərək, bildirdilər
ki, XX əsrin ən qanlı hadisələrdən biri olan Xocalı hadisəsi təkcə bir şəhərin
faciəsi deyil, bu, xalqımızın tarixində qanla yazılmış ən müdhiş səhifələrdən
biridir. Ona görə də, bu sahədə daha geniş təbliğat işlərimizi
aparmalıyıq.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 25 fevral.- S. 5.