İnsanlığın öldürüldüyü gün
1992-ci ilin 26 fevralında vəhşi ermənilər bəşəriyyətə
qarşı ən dəhşətli cinayəti- Xocalı
soyqırımını törətdilər
Bu tarix heç bir
sözün ifadə edə bilmədiyi bir anlama şahidlik edən
bir gündür. Bu tarix bəşəriyyətin zamanın
sonunadək ən böyük utanc duyacağı dəhşətlərin,
foto və video lentlərini görənlərin baş verdiyinə
inanmaq istəmədiyi faciənin tarixin yaddaşına qara hərflərlə
yazdığı bir gündür. Bu tarix insanlığın
tamamilə öldüyü gündür. Nəhayət bu
tarix 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan
müharibəsi zamanı baş vermiş ən müdhiş,
ən faciəvi, tarixdə analoqu olmayan hadisələrdən
birinin- ermənilərin Azərbaycanın Qarabağdakı ən
qədim insan məskənlərindən olan Xocalıda törətdiyi
Əsrin Soyqırımı Günüdür.
Bu tarix 26 fevraldır...
Bəşər tarixi
çox faciələrə, çox soyqırımlara,
çox dəhşətlərə şahidlik edib. XX əsrdə
isə yəhudi "holokost"u, Xirosima və Naqasaki faciəsi
kimi qanlı qətliamlar insanlığın üz qarasına
çevrilib. II Dünya savaşı zamanı baş verən
böyük faciələr insanlığın bir daha belə
hallara şahidlik etməməsi üçün kiyafət qədər
böyük nümunələr yaratmışdı. XX əsrin
sonunda isə soyqırımların təkrar olunacağına
heç kim inanmazdı. Lakin genetik erməni xəstəliyi
tibb elmində və beynəlxalq siyasi sistemdə rəsmən
qeydə alınmadığı və tədqiq edilmədiyi
üçün daha bir dəhşətli
soyqırımının baş tutmaması üçün
heç bir maneə yox idi...
Terrorizm və vandalizmin ən
böyük nümunəsi
Hələ XIX əsrin əvvəllərindən
başlayaraq böyük qüvvələrin dəstəyinə
arxalanan ermənilər tərəfindən tüklərə
qarşı soyqırım siyasəti həyata keçirilib.
XIX əsrin başlanğıcında Şərqi Anadoluda erməni
məsələsinin yaranması, onun təkamülü, sonra
isə bu problemin Qafqaza ixrac olunması xalqımıza
qarşı dünyada analoqu olmayan vəhşiliklərin
törədilməsinə səbəb olub
Azərbaycan xalqı son
200 il ərzində onlarla dəfə erməni millətçi-şovinistlərinin
davamlı olaraq etnik təmizləmə, soyqırımı
siyasətinə məruz qalıb, öz tarixi torpaqlarından
qovulub, qaçqına, məcburi köçkünə
çevrilib və ermənilər tərəfindən kütləvi
qırğınlara düçar olub. Azərbaycanlıların
öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə
də davam edib.
Bu proses üst-üstə
2 milyon qaçqın və köçkünü öz
doğma torpaqlarından didərgin salıb. Səbəb ermənilərin
torpaq iddialarıdır. Bütün beynəlxalq hüquq
normalarına zidd olaraq Ermənistan böyük dövlətlərin
yardımı ilə Qarabağı özünə birləşdirmək
istəyir, bu yolda bütün cinayət və vəhşiliyə
hazır olduğunu nümayiş etdirir.
...1992-ci ildə Ermənistan
ordusu Azərbaycanın Qarabağ bölgəsində yerləşmiş
rus ordusunun (366-cı alay) köməyi ilə Xocalı şəhərində
tarixdə misli olmayan dəhşətli soyqırım aktı
həyata keçirdilər. XX əsrin sonunda baş vermiş
bu qətliam təkcə Azərbaycan xalqına deyil,
bütün insanlığa, bəşəriyyətə
qarşı yönəlmiş ən ağır cinayətlərdən
biridir.
Xocalı Xankəndi
şəhərindən 14 km
şimal-şərqdə yerləşirdi. 1992-ci ilin qanlı faciəsinə kimi
Xocalıda 7 min əhali
yaşayırdı. Məlum hadisələr dövründə
Ermənistandan, qonşu Xankəndindən
ermənilər tərəfindən didərgin
salınmış xeyli azərbaycanlı
və 1989-cu ildə Fərqanədən qovulmuş
Axısxa türkləri də burada məskunlaşmışdılar.
1992-ci il fevralın 25-dən
26-a keçən gecə erməni silahlı dəstələri
Rusiyanın Xankəndi şəhərində yerləşdirilmiş
366-cı motoatıcı hərbi alayının köməyi
ilə silahsız və köməksiz Xocalı şəhərinə
hücum etdilər. Dörd tərəfdən erməni
terrorçu dəstələri tərəfindən əhatə
olunan şəhər artilleriya və ağır hərbi
texnikadan güclü və fasiləsiz atəşə tutuldu.
Az bir vaxt ərzində şəhərdə böyük
miqyaslı yanğınlar baş verdi, şəhər tamamilə
alova büründü.
Fevralın 26-sı səhər
saat 5-ə kimi rus ordusunun yardımı ilə şəhər
erməni işğalçıları tərəfindən zəbt
edildi. Bəşəriyyətin ən qədim
yaşayış məskənlərindən olan Xocalı bir
gecənin içərisində yerlə yeksan edildi. Qanlı
qırğından sağ qalan əhali dağlara, meşələrə
qaçdı. Dinc əhalini təqib edən silahlı ermənilər
onları güllələyir, ələ keçənlərə
amansız işgəncələrlə divan tuturdular. Soyuq, qarlı fevral gecəsində
minlərlə dinc sakin
girov götürüldü.
Erməni
terrorçularından yayınıb meşələrə,
dağlara qaçan insanların çoxu soyuqdan, şaxtadan məhv
oldular. Xocalı şəhəri isə yer üzündən
silindi. Soyqırımı aktı zamanı baş verən əsas
hadisələrdən biri də vəhşi erməni
terorçularının buradakı qiymətləri tarixi-mədəni
və təbiət abidələrini məhv etməsi, bununla
da bütün bəşəriyyətə qarşı
bağışlanılmaz cinayət törətməsidir.
Tarixdə baş
vermiş müharibələr zamanı qaliblər
işğal etdikləri ərazilərdə heç vaxt
mülki əhalini öldürmür, maddi-mədəniyyət
abidələrini dağıtmırdılar. Erməni
faşistləri isə, həm mülki əhalini- qocaları,
körpələri, qadınları vəhşi işgəncələrlə
qətlə yetirib, həm də bəşəriyyətin ən
qədim abidələrini dağıdıblar.
Tarixin ən böyük
vəhşiliyi
Xocalı
soyqırımının nəticələri çox dəhşətli
idi. Rəqəmlər belə prosesin miqyasını və həyata
keçirilmə formasını ifadə etmək acizdir. Cinayətkar
erməni qoşunlarının vəhşiliyi nəticəsində
Xocalı əhalisindən 613 nəfər həlak olub. Həlak
olanların cins və yaş tərkibi adamı dəhşətə
gətirir- 63 nəfər uşaq, 106 nəfər qadın, 70
nəfər qoca. 8 ailə tamamilə məhv edilib, 25 uşaq
hər iki valideynini, 130 uşaq valideynlərindən birini
itirib. 487 nəfər şikəst olub, onların 76 nəfəri
uşaq idi. 150 nəfər isə itkin düşüb.1275 nəfər
dinc sakin- qocalar, uşaqlar, qadınlar əsir
götürülərək ağlasığmaz işgəncələrə,
təhqir və həqarətlərinə məruz qalıb.
Xocalı soyırımı zamanı şəhər əhalisinin
bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən
öncədən düzəldilmiş pusqularda qətlə
yetirilib.
Rusiyanın
"Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına
əsasən, 4 gün ərzində Ağdama Xocalıda qətlə
yetirilmiş 200 azərbaycanlının meyiti gətirilib,
onlarla meyitin təhqirə məruz qalması faktı aşkar
edilib. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o
cümlədən 13 uşaq) məhkəmə-tibbi
ekspertizasından keçirilib. Ekspertiza zamanı müəyyən
edilib ki, 151 nəfərin ölümünə güllə
yaraları, 20 nəfərin ölümünə qəlpə
yaraları səbəb olub, 10 nəfər küt alətlə
vurularaq öldürülüb.
Hücum zamanı
Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli
patronlardan və kimyəvi silahlardan istifadə edilib. Bu cinayətdə
56 nəfər xüsusi qəddarlıqla və
amansızlıqla qətlə yetirilib. Onlar diri-diri
yandırılıb, başları kəsilib, üzlərinin
dərisi soyulub, körpə uşaqların gözləri
çıxarılıb, süngü ilə hamilə
qadınların qarınları yarılıb. Ermənilər
hətta meyitləri də təhqir ediblər.
Hüquq-müdafiə mərkəzi
diri adamın baş dərisinin soyulması faktını da
qeydə alıb. Xocalı soyqırımının
epizodları insanı dəhşətə gətirir. Girov
götürülmüş Xocalı sakinlərindən bəziləri
(onların arasında Əntiqə adlı qadın da var idi)
erməni hərbçilərinin tələb etdiyi "bu yerlər
böyük Ermənistanın bir hissəsidir" sözlərini
dilinə gətirmədiklərinə görə ermənilər
tərəfindən diri-diri yandırıldı. Xocalı
sakinləri deyirdilər ki, onlarla Azərbaycan və Axısxa
türkünün erməni qəbirinin üzərində
başını kəsiblər.
Onlarla azərbaycanlının
gözlərini çıxarıblar. Ermənilər sağ
qalmış insanlar üzərində bəşər tarixində
misli-bərabəri olamayan vəhşi işgəncələr
həyata keçiriblər. Onların başının dərisini
soyub, başlarını və bədəninin digər
orqanlarını kəsib, uşaqların gözlərini
çıxarıb, hamilə qadınların qarnını
yarıblar. Xocalı soyqırımı zamanı həyata
keçirilmiş vəhşiliklər haqda Azərbaycan
hüquq-mühafizə orqanlarının arxivlərində və
mətbuatda yer almış yüzlərlə materal var.
Faciənin dəhşətlərinin
təsəvvürə gətirmək üçün
onlardan, sadəcə, birini- onlarla azərbaycanlı səirin
gözləri qarşısında baş vermiş bir faktı
qısaca nəzərinizə çatdırmaq istəyirik. Əsir
götürülmüş azərbaycanlı qadının
bir neçə aylıq körpəsini zorla əlindən
alıb öldürmək istəyən zaman ana vəhşicəsinə
zərbələr altında dişi-dırnağı ilə
körpəsini müdafiə edir. Nəhayət, ermənilər
uşağı anadan alırlar və onun gözləri
önündə iki yerə parçalayırlar. Sonra bu
parçalarla ananın başına zərbələr
vururlar. Bircə dəqiqə ərzində güclü psixi
sarsıntıdan dəli olan ana körpəsinin
parçalarını qucağına alıb gülməyə
və oynamağa başlayır...
Sözün ifadə etməyə
aciz qaldığı yalnız bir məqam varsa, o da bu
olmalıdır. Xocalı soyqırımı Xatın, Xirosima,
Naqasaki və Sonqmi kimi dəhşətli faciələrlə
bir sırada dayanır. Lakin soyqırımının dəhşəti
təkcə qurbanlarının sayı ilə yox, həm də
həyata keçirilmə üsulları ilə
ölçülür. Xocalıda baş verənlər
ağlasığmaz, inanılmaz və... sadəcə
qeyri-mümkündür. Təbii ki, cinayəti həyata
keçirənlər insan olduğu halda..
Nədən Xocalı?
Ermənilərin belə
bir dəhşətli soyqırımı həyata keçirmək
üçün nədən Xocalı şəhərini hədəfə
aldıqlarını necə izah etmək olar? Burada fikrimizcə,
3 əsas səbəb var idi. Bu bir tərəfdən
Qarabağın dağlıq hissəsində azərbaycanlılardan
ibarət olan, strateji önəm daşıyan şəhəri
aradan qaldırmaq idisə, digər tərəfdən
ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik
silərək Azərbaycan xalqının gözünü
qorxutmaq idi.
Sonuncu səbəb isə,
Azərbaycan türklərinin çox minillər öncədən
burada məskunlaşdıqlarını sübut edən
Xocalı mədəniyyətini məhv etmək idi. Xocalı
elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan
tarixinin qədim dövrlərindən müasir dövrə qədər
tarix və mədəniyyət ənənələrini
özündə əks etdirirdi. Bəşəriyyətin ən
qiymətli irsinə məxsus bu xüsusi mədəniyyət
tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi
düşüb.
Xocalının kromlexləri,
dolmenləri, siklopları, kurqanları və digər abidələri,
həmçinin, müxtəlif növ məişət əşyaları
insan cəmiyyətinin inkişaf dinamikasını
özündə əks etdirən maddi mədəniyyət
nümunələridir. Erməni işğalından sonra
bütün bu maddi mədəniyyət abidələrinin məhv
ediliməsi və dünyanın ən qədim məzarlıqlarından
sayılan Xocalı qəbiristanlığının texnika
vasitəsiylə darmadağın edilməsi erməni
vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə,
bəşər sivilizasiyasına qarşı ən
böyük cinayətdir.
Bütün bunlar Ermənistanın
Cenevrə konvesiyasının protokollarını pozaraq,
müharibə qaydalarına zidd olaraq dinc sakinlərə
qarşı xüsusi amansızlıqla həyata keçirilən
soyqırım olduğunu təsdiqləyir. Xocalı
soyqırımının xüsusi amansızlıqla törədilməsi
rus, ingilis, fransız, gürcü, alman, amerikalı və digər
ölkələrin vətəndaşı olan jurnalist və
publisistləri dəhşətə gətirmişdi. Bu, əsil
soyqırım idi...
Xocalı
qaçqınlarının BMT, Aİ və ATƏT-ə
müraciətində deyilir: "...Sizdən xahiş edirik,
erməni hərbi təcavüzü nəticəsində bizim
başımıza gələn bəlaya laqeyd
qalmayasınız. Biz inanırıq ki, dünyanın BMT,
Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq
təşkilatları, sülhsevər ölkələri Ermənistan
kimi dövlətin belə təcavüzkarlığına və
özbaşınalığına qarşı tədbir
görəcəklər. Dünyada qəbul olunmuş beynəlxalq
konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi
kimi soyqırımları pisləyir, yolverilməz olduğunu
bildirirlər
Azərbaycan xalqı
1948-ci il 9 dekabr "Soyqırımı cinayətinin xəbərdarlıq
edilməsi və cəzalandırılması"
konvensiyasını rəhbər tutaraq, Ermənistan
Respublikasına qarşı BMT-nin Beynəlxalq Məhkəməsində
iddia qaldırmaq üçün bütün hüquqi əsaslara
malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan
xalqına qarşı deyil, həm də bütün
sivilizasiyalı dünyaya, bəşəriyyətə
qarşı yönəldilib.
Ermənistanda
mühüm dövlət postları tutan Serj Sarkisyan, Robert
Köçəryan və digərləri baş vermiş
soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə
qarşısında cavab verməlidir. Cinayət cəzasız
qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü
dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir.
Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin
parlamentləri Ermənistan Respublikasının Azərbaycan
torpaqlarında törətdiyi hərbi cinayətə-
Xocalı soyqırımına, əsil soyqırım hadisəsi
kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər".
...Xocalı
soyqırımı Azərbaycan xalqına qarşı 200 ildən
bəri davam edən təcavüzün son akkordu, Rusiyanın
Qafqaz siyasətinin tərkib hissəsi idi. Xocalı faciəsi
Azərbaycanın müstəqillik yolunda verdiyi qurbanlardan biri
idi. Bu kimi hadisələr xalqımızın öz
azadlığına hansı qurbanlar bahasına nail olduğunu
göstərir. Bu həm də, ona görə şərəfli
tarixdir ki, bu soyqırımı ilə düşmənlərimiz
bizi sındıra, əzə bilmədi və xalqımız
daha böyük qüvvə ilə birləşdi, müstəqilliyimizi
qorudu.
Sonda təəssüflə
qeyd etməliyik ki, Xocalı soyqırımının müəllifləri
hələ də öz layiqli cəzalarını
almayıblar. Beynəlxalq aləmdə ikili standartlar hələ
də davam edir. Ermənilər isə yaxşı
anlayırlar ki, Azərbaycan gec-tez bütün digər hadisələrlə
yanaşı Xocalı soyqırımının da
hesabını soracaq.
Elçin Bayramlı
Səs.- 2010.- 25 fevral.- S. 11.