Bakı neftinə həsr olunmuş sərgi açılıb
Avropa Komissiyasının Brüsseldəki mənzil-qərargahında
məşhur İsveç
sənayeçiləri ailəsi
Nobellərin XIX əsrin
sonu və XX əsrin əvvəllərində
Bakı neftinin hasil olunmasında iştirakına həsr olunmuş sərgi açılmışdır.
Sərgi Azərbaycanın
Avropa Birliyi yanında nümayəndəliyi,
Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti, Norveçin
"Statoyl" şirkəti,
Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi və Bakı Nobel İrsi Bakı Fondunun dəstəyi ilə təşkil edilmişdir.
Avropa Komissiyasının Prezidentlər Zalında keçirilmiş təntənəli
mərasimdə Azərbaycanın
Belçika Krallığında
və Lüksemburq Hersoqluğundakı səfiri,
ölkəmizin Avropa Birliyi yanındakı daimi nümayəndəliyinin
rəhbəri Emin Eyyubov, ARDNŞ prezidentinin
müşaviri Murad Heydərov, enerji üzrə Avropa Komissarı Günter Ottinger və İnkişaf məsələləri
üzrə Avropa komissarı Andris Pibalqs açılış
nitqi söyləmişlər.
Çıxış edənlər ümummilli
lider Heydər Əliyevin neft strategiyası sayəsində
Azərbaycanın Avropanın
enerji təhlükəsizliyinin
təmin edilməsi, regional əməkdaşlıq
və inkişafda qazandığı strateji
əhəmiyyəti xüsusi
qeyd etmiş, Azərbaycan rəhbərliyinin
həyatın müxtəlif
sahələrinin hərtərəfli
müasirləşdirilməsi üzrə genişmiqyaslı
strateji islahatların aparılmasına yönəlmiş
səylərini yüksək
qiymətlətləndirmiş və diqqəti Nobel ailəsinin Bakıda olduğu dövrlə dünyanın
ən böyük enerji korporasiyalarının
ölkəmizdə yenidən
fəal surətdə
işlədikləri
hazırkı dövr
arasındakı çoxsaylı
aydın paralellərə
diqqət yönəltmişlər.
Mərasimdə Nobel ailəsinin
təmsilçiləri - Filip
və Qustav Nobellər, ARDNŞ-ın
vitse-prezidenti Xaliq Məmmədov, İsveçin
xarici işlər naziri Karl Bildt,
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, Avropa Birliyinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi
Pyer Morel, ABŞ-ın Avrasiya enerji
məsələləri üzrə
xüsusi elçisi Riçard Morninqstar, Avropa Birliyi Şurası, Avropa Komissiyası və parlamenti katibliklərinin rəsmiləri, Belçikada
akkreditə olunmuş
diplomatik korpusun təmsilçiləri, elmi-tədqiqat
mərkəzlərinin əməkdaşları
və jurnalistlər iştirak etmişlər.
Açılışın
ardınca keçirilmiş
ziyafət zamanı qonaqlar Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
hazırlanmış sərgi
eksponatları, o cümlədən, fotoşəkillər,
reproduksiyalar və audio-video təqdimatlarla tanış olmuşlar. Bir ay müddətində
davam edəcək sərgi Avropa ictimaiyyəti təmsilçilərinin
marağına səbəb
olmuşdur.
Zümrüd
Səs.- 2010.- 25 fevral.- S. 12.