Yeni Azərbaycan Partiyası ölkənin ən güclü partiyasıdır
Bu nüfuz partiyanın 17 ildə əldə etdiyi
uğurlar sayəsində qazanılıb
Ölkənin ictimai-siyasi həyatında mühüm
rol oynayan YAP-ın Masallı rayon təşkilatının
yaranmasının 17-ci ildönümü
ilə əlaqədar rayon icra hakimiyyətinin akt zalında tədbir keçirildi.
Tədbir iştirakçıları
ilk öncə rayonun mərkəzində
ucaldılan ümummilli
liderimiz Heydər Əliyevin abidəsi önünə əklil qoydular. Sonra YAP Masallı rayon
təşkilatının qərargahında
keçirilən tədbiri
rayon təşkilatının
sədri Əmanət
Əzizov açaraq partiyanın respublikanın
çox gərgin bir dövrdə ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradıldığını
və tarixi bir partiya olduğunu
bildirdi. Partiyanın
keçdiyi yoldan danışan Ə.Əzizov onu da vurğuladı ki, müstəqillik əldə etdikdən sonra 1990-cı illərin əvvələrində Azərbaycan
çoxsaylı problemlərlə
üzləşmişdir. Bu
da o vaxtkı rəhbərliyin
yarıtmaz fəaliyyətinin
bilavasitə nəticəsi
idi: "Azərbaycanı
belə dəhşətli
vəziyyətdən Heydər
Əliyev dühası
xilas etdi. Yeni Azərbaycan Partiyasının yaranması
və inkişafı Azərbaycanın siyasi həyatında ümid çırağı yandırdı.
Xalq əmin oldu ki, Azərbaycanı
nicat yoluna çıxaracaq, möhtəşəm
siyasi qüvvə artıq mövcuddur. Bu siyasi qüvvəyə
görkəmli dövlət
xadimi Heydər Əliyev rəhbərlik edirdi".
1992-ci il noyabr ayının
21-i tarixinin ulu öndərimiz Heydər Əliyevin xalqımıza
bəxş etdiyi gün olduğunu deyən Ə.Əzizov Yeni Azərbaycan Partiyasının Naxçıvanda
çox ağır şəraitdə yaradıldığını
qeyd etdi. Belə bir ağır
vəziyyətdə 1992-ci ilin oktyabrında 91 nəfər
ziyalı "Səs"
qəzeti vasitəsi ilə ulu öndərimizə
müraciət etdi. Bu müraciətə cavab olaraq ümummilli
liderimiz "Səs"
qəzetində "91-lər"ə cavab verdi.
Beləliklə, Yeni Azərbaycan Partiyası böyük əzab-əziyyətlər
nəticəsində, müxtəlif
təzyiqlərə məruz
qalmasına baxmayaraq yaradıldı.
YAP Masallı rayon təşkilatının ilk
təsis konfransını
1993-cü il fevralın
26-da keçirildiyini qeyd
edən Ə.Əzizov
bu gün partiyanın sırasının
getdikcə sıxlaşdığını
və 7 mindən çox üzvünün
olduğunu vurğuladı:
"Təsis konfransından
keçən müddət
ərzində, rayon təşkilatının üzvlərinin
sayı getdikcə artdı. Bu gün 7 mindən
çox partiya üzvündən 1740 nəfəri
qadınlar, 1444 nəfəri
isə gənclərdir".
YAP Masallı rayon təşkilatının sədri
onu da bildirdi
ki, bu gün
ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası böyük sınaqlardan uğurla çıxıb, cəmiyyətin,
dövlətin aparıcı
siyasi qüvvəsinə
çevrilib. Yeni Azərbaycan Partiyası bu gün Prezident
İlham Əliyevin Sədrliyi ilə öz fəaliyyətini yüksək səviyyədə
davam etdirir. Partiyamızın sıraları gündən-günə
daha da genişlənir,
YAP üzvlərinin sayının
durmadan sürətlə
artmasını və
500 mindən çox üzvünün olmasını
Azərbaycanın siyasi
lideri, Prezident İlham Əliyevin sosial-siyasi tərəqqi və davamlı islahatlar kursuna göstərilən böyük
etimadın göstəricisi olduğundan
irəli gəldiyini söylədi: "Başqa sözlə, məhz Heydər Əliyevin partiyası kimi yaranan, formalaşan,
iqtidara gələn Yeni Azərbaycan Partiyası siyasi varislik prinsipinə uyğun olaraq, bu gün məhz
Prezident İlham Əliyevin partiyası kimi böyük nüfuz, rəğbət
qazanır, öz fəaliyyətini, nailiyyətlərini
daha da genişləndirir.
Bir faktı da qeyd
etmək lazımdır
ki, bu gün
bəzi qüvvələr
YAP-ın fəaliyyətinin
getdikcə gücləndiyindən
narahatçılıq hissi
keçirsələr də,
bu gün xalq dağıdıcı
müxalifət partiyalarının
fəaliyyətinin tamamilə
dayandırılması tələbi ilə çıxış edir.
Hakim partiya olan Yeni
Azərbaycan Partiyası
güclü iqtisadi göstəricilər nümayiş
etdirməklə yanaşı,
həm də güclü siyasi partiyadır. Çünki
bu partiyanın yaradıcısı ümummilli
liderimiz Heydər Əliyev və bu siyasətin davamçısı olan ölkə Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının Sədridir.
Ulu öndərimiz Heydər Əliyevin bu fikri vətənini,
xalqını, millətini
sevənlərin qəlbində
əbədi olaraq qalır: " Heç bir siyasi qüvvə YAP ilə rəqabət aparmaq iqtidarında deyil." Məhz bunun nəticəsidir ki, Azərbaycan xalqı, o cümlədən, Masallı rayon ictimaiyyəti Yeni Azərbaycan Partiyasına,
onun siyasi qüvvəsinə, partiyanın
yaradıcısı ulu
öndərimiz Heydər
Əliyevə və bu yolu davam
etdirən ölkə
Prezidenti, Yeni Azərbaycan Partiyasının
Sədri İlham Əliyev cənablarına
inanır və Onun ətrafında sıx birləşəcəklərini
nümayiş etdirir."
Tədbirdə YAP Siyasi Şurasının
üzvü Şirvan Əbilov bütün partiya üzvlərini təşkilatın 17 illik
yubileyi ilə əlaqədar təbrik etdi və ən
nüfuzlu, eyni zamanda, öz fəaliyyət prinsipi ilə seçilən Yeni Azərbaycan Partiyası ətrafında
onların daha sıx birləşmələrini
tövsiyə etdi. Qeyd etdi ki,
ulu öndərimiz Heydər Əliyevin dövlətimiz üçün
etdikləri əvəzsizdir.
O, Azərbaycançılıq ideyasının, sözün
həqiqi mənasında,
təbliğatçısı olmuşdur.
Ş.Əbilov ulu öndərin apardığı
siyasətin davamçısı
olan ölkə Prezidenti İlham Əliyevin son illər ərzində uğurlu inkişafa nail olduğunu qeyd edərək, Onun bütün regionların inkişafına böyük
diqqət yetirdiyini vurğuladı: "Bu işlər bundan sonra da davam
etdiriləcəkdir. Hansı
millətin lideri varsa, o dövlət
basılmazdır. Məhz
bu baxımdan, Azərbaycan xalqı fəxr edir ki, ümummilli liderimiz Heydər Əliyev kimi lideri və bu kursunun uğurlu
davamçısı alternativi
olmayan Prezidenti var. Yeni Azərbaycan Partiyasının
Sədri İlham Əliyevin Azərbaycanı
çiçəklənən bir ölkəyə çevirməsi və Yeni Azərbaycan Partiyasını dünyanın
siyasi partiyaları cərgəsində birinci
etməsi danılmaz faktdır. Çünki Yeni Azərbaycan Partiyası sınaqlardan çıxmış, böyük
və şərəfli
yol keçmiş, indi isə Azərbaycan cəmiyyətində
özünəməxsus yol
tutmuş bir partiyadır".
Tədbirdə YAP Masallı
rayon təşkilatının
üzvü Elman Rəhimov, Aslan İbişov, Qumru Rəhimova və başqaları çıxış
edərək Yeni Azərbaycan Partiyasının
üzvü olduqları
üçün fəxr
etdiklərini bildirdilər.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 26 fevral.- S. 4.