Xocalı faciəsindən 18 il ötür
Azərbaycan xalqı bu tarixi soyqırım
günü kimi qeyd edir
Xocalı
soyqırımından 18 il ötür. Bu faciə ermənilərin
xalqımıza qarşı törətdikləri növbəti
soyqırım aktıdır. Məsələyə münasibətini
öyrəndiyimiz ölkə ictimaiyyətinin nümayəndələri,
partiya sədrləri qeyd etdilər ki, bu cinayətdə əli
olan şəxslər mütləq cinayət məsuliyyətinə
cəlb olunmalı və cəzalarını
almalıdırlar.
Aydın Hüseynov,
YAP Siyasi Şurasının üzvü, partiyanın
Qaradağ rayon təşkilatının sədri:
- İki əsrdən
artıqdır ki, xalqımız erməni terrorundan əziyyət
çəkir. Bununda nəticəsində yüzlərlə
soydaşımız həlak olub, itkin düşüb, əsir
alınıb. Dünyada heç bir xalq azərbaycanlılar qədər
soyqırıma məruz qalmayıb. Yəni hər zaman erməni
vəhşiliyini hiss etmişik. Hazırda 20 faiz
torpağımız Ermənistanın işğalı
altındadır. Təəssüf ki, hələ də bu
işğal aradan qaldırılmayıb. Heç şübhəsiz
ki, bu, işğalçı ölkə olan Ermənistanın
qeyri-konustruktiv mövqeyindən
irəli gəlir.
Ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ermənilərin nəzarəti altında olan Dağlıq Qarabağ işğaldan azad olunacaq. Əgər bu münaqişə sülh yolu ilə öz həllini tapmasa, biz hərbi yolla biz buna nail olacağıq. Çünki Azərbaycanın güclü ordusu var və xalqımız hər zaman düşmənə cavab verməyə hazırdır. Heç şübhəsiz ki, ermənilər layiqli cavablarını alacaqlar.
Ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin bir istiqaməti də ondan ibarət oldu ki, xaricdə yaşayan soydaşlarımız diaspora şəklində bir araya gətirildi. İndi əminliklə deyə bilərik ki, Azərbaycanın xaricdə güclü diasporası formalaşıb. Xaricdə fəaliyyət göstərən diaspora təşkilatlarımız son illər ərzində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində uğurlu işlər görməkdədir. Bu, Azərbaycan dövlətinin və bütövlükdə ölkəmizin əldə etdiyi qələbədir. Yəni biz informasiya müharibəsində erməniləri qabaqlamışıq. İstərdim ki, dünya ictimaiyyəti də Ermənistanın ədalətsiz hərəkətlərinə göz yummasın.
Kamil Seyidov,
Azad Respublikaçılar Partiyasının sədri:
- Xocalı
faciəsini törədən
şəxslər hələ
öz cəzalarını
almayıblar. Həmin şəxslərin
cinayət məsuliyyətinə
cəlb olunmalarının
zamanı çoxdan yetişib. Müsbət
haldır ki, Prezident Administrasiyasının
rəhbəri, akademik
Ramiz Mehdiyev tərəfindən Xocalı
soyqırımının keçirilməsinə
dair tədbirlər planı təsdiq edilib. Gərək ölkə gəncləri
bu faciəni unutmasınlar. Ötən əsrin
əvvələrində də
ermənilər ölkəmizə,
xalqımıza qarşı
faciələr törədiblər.
XX əsrin 90-ci illərində düşmənlərimiz
növbəti dəfə
soydaşlarımıza qarşı
amansızlıq törətdilər.
Sevindirici haldır ki,
müasir gənclik, gənclər təşkilatı
Azərbaycan xalqının
başına gətirilən
bu faciəni dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında
uğurlu fəaliyyət
göstərir. Məlumdur ki,
Ermənistan tərəfindən
torpaqlarımız işğal
olunub. Bir milyondan artıq
soydaşımız qaçqın
və məcburi köçkün şəraitində
yaşayır. Beynəlxalq təşkilatların,
o cümlədən, BMT və
AŞPA-nın bununla bağlı qətnamələri
mövcuddur. Lakin dəfələrlə
qeyd olunduğu kimi, beynəlxalq təşkilatlar ikili standartlardan çıxış
etməkdədirlər. Hesab edirəm ki, beynəlxalq qurumlar ermənilərin Azərbaycan
xalqına qarşı
törətdikləri soyqırım
aktlarına və işğal faktına laqeyd münasibət göstərməməlidirlər. Təcavüzkarla təcavüzə məruz qalan ölkəyə münasibət
eyni olmamalıdır.
Mais Səfərli,
"Yurddaş" partiyasının
sədri:
- Xocalı
soyqırımı XX əsrdə
dünyada baş vermiş ən dəhşətli cinayətlərdən
biridir. Bu faciə
ermənilərin soydaşlarımıza,
bütövlükdə, türklərə
qarşı apardığı
soyıqırım siyasətinin
bariz nümunələrindəndir.
Ermənilər zaman-zaman torpaqlarımıza
yiyələnib və
bizim dədə-baba torpaqlarımızda öz
ölkələrini qurublar.
Bizim yurddaşlarımızı məhv
ediblər, öz torpaqlarından didərgin
salıblar. Azərbaycan dövlətinin,
ölkə rəhbərliyinin
apardığı siyasət
nəticəsində Xocalı
faciəsi ilə bağlı dünya ictimaiyyəti geniş məlumata malikdir. Son illər ərzində
Xocalının soyqırım
kimi tanıdılması
ilə bağlı çox böyük işlər görülür.
Heydər Əliyev Fonduunun
Rusiya təmsilçisi
Leyla Əliyevanın
"Xocalıya ədalət"
kampaniyası çox
böyük əks-səda
yaradıbdır. Düşünürəm ki, çox vaxt çəkməyəcək
ki, dünya ölkələrinin parlamenti
Xocalı faciəsini soyqırım kimi tanıyacaq.
Mütəllim Rəhimov,
Ədalət Partiyasının sədr müavini:
- Xocalı
faciəsinin dünya ictimaiyyətinin diqqətinə
yetərincə çatdıra
bilsək, ermənilərin
hansı əqidəyə
xidmət etdiklərini
göstərmiş olarıq.
Son zamanlar Xocalı
soyqırımının dünya
ictimaiyyətinin diqqətinə
çatdırılması istiqamətində tədqirəlayiq
işlər görülməkdədir.
Beynəlxalq ictimaiyyətin diqqətini
Xocalı soyqırımına
yönəldə bilmişik.
Azərbaycan diasporasının bu istiqamətdə xarici ölkələrdə
gördüyü işlər,
onu deməyə əsas verir ki, bu məsələyə
artıq xüsusi diqqət ayrılıb.
Azərbaycan xalqı hər zaman bu məsələni diqqət mərkəzində
saxlamalıdır. Çünki Xocalı faciəsi insanlıq əleyhinə yönəlmiş soyqırımdır.
Hesab edirəm ki, bu faciəni törədənlər mütləq
öz cəzalarını
almalıdırlar. Çox təəssüf
ki, beynəlxalq aləmdə ermənilər
daha çox müdafiə olunur. Yəqin ki, bu da
xristian amili ilə əlaqədardır.
Ənvər Ağayev, "Ümid"
partiyasının sədr
müavini:
- Xocalı
soyqırımı insanlığa
qarşı törədilən
ən ağır cinayətlərdən biridir.
Xalqımız hər
zaman bu soyqırımı dərin
hüznlə yad edir və çalışır
ki, bu faciəni
dünya ictimaiyyətinə
olduğu kimi çatdırsın. Xocalı
soyqırımının beynəlxalq
aləmə olduğu
kimi çatdırılmasında
son dövrlərdə görülən
işlər çox mühüm əhəmiyyət
kəsb edir. Bu istiqamətdə aparılan
işləri yüksək
qiymətləndiririk. Dünya
dövlətləri bilməlidirlər
ki, ermənilər insanlıqdan, humanizmdən
qətiyyən uzaq olan millətdirlər və heç bir ölkə Ermənistanın yürütdüyü
bu vəhşi siyasəti dəstəkləməməlidir.
Mikayıl Rəhimov, BAXCP Ali Məclisinin
sədri:
- Xocalı
soyqırımı bəşər
tarixində ən dəhşətli faciələrdən
biridir. Bu faciənin
dünya ictimaiyyətinə
olduğu kimi çatdırılması hər
bir kəsin vətəndaşlıq borcudur.
Azərbaycanda bu istiqamətdə
aparılan işlər
müsbət yöndədir.
Çünki beynəlxalq ictimaiyyət
ermənilərin hansı
vəhşilikləri törətdiklərini
bilməlidir. Dünya bilməlidir
ki, erməni xalqı ən qəddar və amansız bir xalqdır. Mütləq Xocalı soyqırımı
törədən şəxslər
öz cəzalarını
almalıdırlar.
Elman Nəsirov, politoloq:
- Əslində,
bu hadisənin faciə adlandırılması
doğru olmazdı. Bu
hadisə ermənilərin
soydaşlarımıza qarşı
törətdikləri növbəti
soyqırım hadisəsidir.
Biz 26 fevral hadisələrini
dünya ictimaiyyətinin
diqqətinə soyqırım
kimi çatdırmalıyıq.
Ermənistan işğalçı
və terrorçu bir dövlətdir. Adıçəkilən ölkənin
hakimiyyətdə təmsil
olunan şəxsləri
- prezident Serj Sarksiyan, indiki müdafiə naziri Seyran Oqanyan və digərləri soydaşlarımıza qarşı
aparılan soyqırım
hadisələrində əli
olan şəxslərdir.
Bu gün Azərbaycan
həqiqətlərinin beynəlxalq
ictimaiyyətin diqqətinə
çatdırılmasında böyük işlər görülməkdədir. Heydər
Əliyev Fondu və bu fondun
Moskva nümayəndəliyinin
rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə
"Xocalıya ədalət"
kampaniyası həyata
keçirilməkdədir. Bu da, onu göstərir
ki, Azərbaycan dövləti erməni vəhşiliyinin dünya
ictimaiyyətnin diqqətinə
çatdırılmasında uğurlu işlər görməkdədir.
Müəllif: Cahid SÜLEYMANOV,
Anar MƏCİDZADƏ
Səs.- 2010.- 26 fevral.- S. 10.