"Xocalı simfoniyası"
"- Xocalım!... Məğlubum!
Necəsən?
Yoxsa dağ çəkdi
sinənə, tarixi dilənçi?
Xocalı faciəsi tarixin amansız soyqırımı kimi Azərbaycanın XX əsr salnaməsinin silinməz bir hissəsidir. Bu soyqırımı ifadəsinin arxasındakı böyük məna yükü onun bəşəriyyət üçün nə qədər amansız və təhlükəli olduğunu göstərir. Dünya tarixində az sayda yaşanılan soyqırımı insanlığa qarşı bir siyasət olduğundan, irqindən-dinindən asılı olmayaraq, birmənalı qəbul edilir və bunu törədənlərə yüzilliklərin məsafəsində lənətlər yağdırıb, siyasi toqquşmalarda psixoloji anları yaşadanlar tarixin tribunasında cavab verməli olurlar. Ötən əsrdə milyonlarla insana qarşı dəhşətlər yaşadanlar haqq-hesab verməyə belə cəsarətli deyillər. Ölümə hökm verməyə "cəsarətli" olanlar haqq-ədalət tribunasında aciz və müti görünürlər.
Erməni
xislətinin daxilində qorxaqlıq rəzillik, cinayət
törətmək kimi psixoloji
xüsusiyyətlər dayanır. Onların bəşəriyyət
üçün törətdikləri
cinayətlər Azərbaycan ədəbiyyatında bədiiləşir,
zamanın ixtiyarına verilərək, oxucu
mühakiməsində bir daha
lənətlənirlər. Dünyada yaşanılan tarixi həqiqətlər
obrazlaşdırılaraq, bədii təxəyyülün məhsulu
kimi tarixi dövrlərdə
yaşanılacaq əsrlərə köçürülür.
Çağdaş poeziyamızda bədii
həqiqətlərin məcmusundan misralar
yaradan Nurəngiz Günün
"Xocalı simfoniyası" da zaman həqiqətlərinin əks-sədasıdır.
Onun bu
simfoniyası ingilis
və rus dillərinə tərcümə
olunaraq, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılmasında bir körpüdür. Yeri-göyü lərzəyə
gətirən, haray qopararaq,
insanlığa qarşı çevrilən cinayəti ürəyindən
qopan nalələrlə nəzmə
çəkən Nurəngiz Gün həyatın
rəngini simfoniyaya əlavə edib zamanla insan
arasında yaranmış məsafəni göstərməyə
çalışmışdır. Xocalı faciəsinin
qurbanlarına çevrilən insanlara
" İlahi! Sən onlara
rahatlıq ver..." deyərək, dərd-kədərdən
üzü cadar-cadar olmuş varlıqların simasına bir rahatlıq gətirir:
İlahi, təskin et!..
Sən onlara
səma
nəğmələri göndər,
Təsəlli səp...
Yox, ruzgar!
O cürə əsmə
sən!
Torpaqda...
Torpağın altında dip-diri
ölülər var
Diksinə bilər Onlar...
Alt-üst etmə
torpağı,
ey ruzigar,
Onlar onsuz
da yazıq!
Tələf olubdur, Onlar.
Nurəngiz Gün bu rekviyemində faciənin günahsız qurbanlarına çevrilmiş
insanların ruhunun narahat yaşamasından, onların hansısa kiçik bir pıçıltıdan hürkərək,
rahatlıqlarının pozulmasından
ehtiyatlanaraq, çox incə bir şəkildə
Onlara yanaşır və bütün dünyanı bürümüş
rəzalətin nəticəsi
olaraq, uşaqların,
qocaların faciəli
şəkildə qətlə
yetirilməsini də heç cür həzm edə bilməyib, üzünü
uca varlığa tutub imdad diləyir
ki, bu faciənin
ağrısını yaşamağa
dözüm tapa bilsin. Şair dünyası ilə tək qalıb danışaraq, ali
hisslərin məxrəcində
dünyanı ittiham etməyə, rəzaləti
törətmiş insanların
əməlinin qiymətini
verməyə cəhd
göstərir. Ruhu bədənindən
ayrılan insanın qələmə aldığı
misraların bədiiliyində
insan idrakının qəbul etmədiyi məqamlara rast gəlirik. Şair bu "Xocalı simfoniyası"nı yazarkən, özü də tərki-dünya olmuşdur:
"- Xocalım!...
Məğlubum!.
Necəsən?
Yoxsa dağ
çəkdi sinənə,
tarixi dilənçi -
Bəd qonşu? - dramatik
"Yazıq erməni"
ilə
Məşhur qırmızı
qospodin?" -
O, Qospodi! Nə nazik
əndişədə olmuşdur
Köhnə sovet humanisti? -
Motoatıcı daşıyan
kütləvi qırğın maşını?
-
"Möhtəşəm" bir alay!!!
Tanrı yaradanı bir gecədə məhv edib, onu torpağa
qarışdıran, bu
dünya ilə əlaqəsini kəsib maddi və mənəvi
aləmi ilə vidalaşdıran erməni
vəhşilərinin törətdiyi
əməllər qarşısında
bütün dünya lərzəyə gəlir. Bir gecənin
içərisində bir
şəhəri məhv
etmək, əhalisini vəhşicəsinə qətlə
yetirmək, dünyanın
tarixində analoqu olmayan bir vəhşilik
kimi qiymətləndirilir.
Bəli,
bu vəhşiliyin müəllifi ermənidir.
Xirosimo dəhşəti Xocalı
faciəsinin yanında
arxada qalmış olur. Hadisələrin hansı zamanda
törədilməsinə baxmayaraq,
hər nəsil onları lənətləyir.
Müəllif Xocalı facisində
əsir-yesir düşən
insanların taleyinə
acıyır. "Xocalı simfoniyası"nda
şair torpaq üstə inləyən uşaqların, anaların,
ah-nələsini özünəməxsus
bədii lövhələrlə
qələmə almışdır.
Bədiiliyin əsasında həyat
hadisələri dayanır.
Müəllif əlini
göylərə tutaraq:
İlahi! Kömək ol!
O Təkdir!...
Anadır...
Tək qalıb...
Torpağın üstündə...
Biçarədir...
O, o cür köməksiz,
o cür
mühti ki!..
O, Ruhdur!..
Güc gəlib
torpağa...
Lağımlar, yarğanlar, incidib...
O, necə də
sinirli, sehirli
gəlibmiş...
Gəlmiş ki, laylasını
üst
qatda oxusun!..
Müəllif son nəqarət, epiloq kimi dünyasını nakam dəyişmiş balacaların ana sevgisini yaşamaq istəyinə, valideynlərin
övlad həsrətinə
incə məqamlarına
ustalıqla yanaşaraq,
bu cahanda öz həyatlarını
istədiyi kimi qura bilməyib, erməni təcavüzkarlarının
caynağına keçmiş
varlıqların qəzəb
və kinini ifadə edir.
Və son nəqarət, epiloq kimi O,
Elə hey hayqırsın:
Cavabdehsiz!
Cavabdehsiz, Cavabdehsiz,
Cavabdehsiz belində hərb
əzdirən
Cahanşümul Şümürlər!
Nurəngiz Günün "Xocalı
simfoniyası" Xocalı
soyqırımının insanların
həyatına gətirdiyi
acı ruzigardan söz açır, bəşər tarixində
insanlığa qarşı
yönəlmiş olan
cinayətin törətdiyi
vəhşilikləri göz
önündə bir daha işıqlandırır. Bu, bir müəllifin daxilindən keçən
hisslərin təzahürü,
vəhşiliklərə qarşı
ana etirazıdır.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2010.- 27 fevral.- S. 10.