Xocalı soyqırımı
- ənənəvi erməni
siyasəti
İ.Əbilov adına Mədəniyyət Mərkəzində
Xocalı faciəsinin
18-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirildi. Tədbirdə
ilk olaraq Azərbaycan Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan mərkəzin bədii rəhbəri Mirəhməd
Əsgərov 1992-ci il
fevralın 25-dən 26-na keçən
gecə Ermənistanın
işğalçı ordusunun
Azərbaycanın qədim
Xocalı şəhərinə
təcavüz etməsi,
yüzlərlə günahsız
insanın qətlə yetirilməsi haqqında danışdı.
O, xalqımızın ən
böyük faciələrindən
biri olan Xocalı soyqırımını
xarakterizə edib,
1992-ci il fevralın
25-dən 26-na keçən gecənin dəhşətlərindən
danışdı. Qeyd
etdi ki, Xocalı faciəsi XX əsrdə ermənilər
tərəfindən xalqımıza
qarşı törədilmiş
növbəti kütləvi
qırğın olmaqla
bərabər, həm
də Azərbaycanın
ərazi bütövlüyünə
və dövlət müstəqilliyinə qarşı
yönəlmiş ənənəvi
terror siyasətinin əyani təzahürüdür.
Mərkəzin direktoru qeyd etdi ki,
Xocalı faciəsi, Xocalı soyqırımı
işğalçı Ermənistanın
Azərbaycana qarşı
hərbi təcavüzünün
əsil mahiyyətini və erməni vəhşiliyinin dəhşətlərini
bütün çılpaqlığı
ilə üzə çıxardı:"Bu
dəhşətli hadisə
həm də Azərbaycanın Qarabağ
müharibəsində aldığı
ən böyük zərbə idi. Bu ağır zərbənin
və hərbi uğursuzluğun ən böyük səbəbləri
isə, təbii ki, həmin dövrdə Azərbaycanın
rəhbərliyində təmsil
olunan şəxslərin
məsuliyyətsizliyi, səriştəsizliyi
və ən başlıcası isə,
xalqımızın milli
maraqlarına xəyanət etmələri
olmuşdur. Xocalının
erməni hərbi birləşmələri tərəfindən
mühasirəsi, faktiki
olaraq, 1991-ci ilin oktyabrından başlanmışdı."
Tədbirdə çıxış edən respublikanın əməkdar müəllimi
Məlahət Həsənova
Xocalı faciəsinin
dünya ictimaiyyətinə
çatdırılmasında, ona verilən siyasi qiymətdən danışdı. O bildirdi
ki, "Genosid cinayətlərinin qarşısının
alınması və cəzalandırılması haqqında"
Konvensiyasının şərtlərinə görə Xocalı faciəsini məhz soyqırımı adlandırmağa
imkan yaradırdı. Belə ki, həmin
sənəddə milli,
etnik, yaxud dini qrupun tam
və ya qismən məhv edilməsilə törədilən
bir sıra hərəkətlər genosid
cinayətinin mahiyyətini
təşkil edir.
Xocalıda ermənilər
tərəfindən vəhşicəsinə
törədilmiş hərəkətlər
bu faciənin genosid olmasını sübut etmək üçün kifayət
qədər əsas verirdi.
Tədbirdə Ü.Hacıbəylinin
ev-muzeyinin direktoru, əməkdar incəsənət
xadimi Sərdar Fərəcov bəstəkarlarımızın
Xocalı faciəsinə
həsr olunmuş əsərlərindən söz
açdı. Şair
Sevinc Nuruqızı bu mövzuda şeirlərini oxudu.
Tədbirdə çıxış
edənlər Xocalı
soyqırımından, onun
törətdiyi dəhşətlərdən
söz açdılar.
Qeyd olundu ki, bu soyqırımı
bəşəriyyətə və insanlığa qarşı yönəlmiş
ən qəddar cinayətlərdən biridir.
Beynəlxalq hüququn norma
və prinsiplərinə
əsla məhəl qoyulmadan həyata keçirilmiş bu soyqırımı aktı
xalqımızın azadlıq
və müstəqillik
istəyini məhv etməyə yönəldilmişdi.
Çıxış edənlər
bir daha Xocalı faciəsi zamanı, eləcə də, Azərbaycanın ərazi bütövlüyü və dövlət
müstəqilliyi uğrunda
şəhid olmuş bütün soydaşlarımıza
"Allah rəhmət
eləsin!" deyərək,
onların ailə üzvlərinə, doğmalarına
və yaxınlarına
səbr və dözüm dilədilər.
Sonda mərkəzin nəzdindəki "Mədəniyyət
inciləri" uşaq
teatrının ifasında
Racu Şıxlının
"366-cı" əsəri əsasında hazırlanmış
birhissəli, eyniadlı
tamaşa göstərildi.
Murad İSMAYILZADƏ
Səs.- 2010.- 27 fevral.- S. 13.