"Yeni media erasının dəyərləri"
Bakıda Avropa Yayımçılar Birliyinin
dəstəyi ilə bu mövzuda konfrans keçirilir
Dünən Bakıda Avropa Yayımçılar Birliyi
və Norveç İctimai Yayımçılarının
maliyyə dəstəyi
və Azərbaycan Media Mərkəzinin əməkdaşlığı ilə Azərbaycan jurnalistləri və jurnalist təşkilatlarının
əməkdaşları üçün
"Yeni media erasının dəyərləri"
mövzusunda konfrans işə başlayıb.
Konfransda Avropa Yayımçılar Birliyinin
baş direktoru İnqrid Deltant çıxış edərək,
söz azadlığı
prinsipinin vacibliyindən
və ölkə daxilində bu prinsiplərin geniş vüsət alması üçün görülən
tədbirlərdən danışıb:
"Azad cəmiyyətin
aparıcı elementidir.
Bunun üçün
plüralizm elementləri
minumuma enməli və söz azadlığı prinsipləri
daha da inkişaf
etdirilməlidir".
Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi
məsələlər şöbəsinin
müdiri Əli Həsənov məsələyə
düzgün yanaşılmadığını
və Azərbaycan mətbuatını azad olmayan mətbuat kimi dəyərləndirməyin
düzgün olmadığını
deyib: "Bu, əsil ədalətsizlikdir.
Hər gün
300-dən çox mətbuat
vasitələri dərc
olunur yayımlanır,
jurnalistlərin məlumat
toplamaq baxımından
heç bir çətinliyi yoxdur. Azərbaycanda kütləvi
informasiya vasitələri
senzuraya məruz qalmır, informasiya əldə etmək üçün heç bir maneə yoxdur. Əlbəttə, deyə bilmərik ki, Azərbaycan mətbuatı problemlərdən
tam azaddır".
"Reket jurnalistika", jurnalist etikası məsələlərinə toxunan
Əli Həsənov jurnalist peşəkarlığının
artırılmasının, reketçilikdən və
KİV-in insanların
şəxsi həyatına
qarışmaq praktikasından
azad olunmasının vacibliyini qeyd edib: "Azərbaycan qlobal dünyanın qanunlarını bilir. Kənardan uzadılan barmağın kəsilməsini
də bilir".
Daha sonra çıxış
edən ATƏT-in media üzrə keçmiş nümayəndəsi
Mikloş Haraşti Azərbaycanda media sahəsində baş verən son hadisələri müsbət
hal kimi dəyərləndirib. İctimai
Televiziyanın yaradılmasını
və Milli Məclisdə "Jurnalist
fəaliyyətinin dekriminalizasiyası
və diffamasiyası haqqında" qanun layihəsinin müzakirə olunmasını
uğurlu addım hesab edib.
Debatlar zamanı beynəlxalq təşkilatların
hesabatları da müzakirə obyekti olub. Hesabatların tam formada təşkil olunmadığını
bildirən "Səs"
qəzetinin baş redaktoru və SİA-nın baş direktoru Bəhruz Quliyev Avropa nümayəndələri tərəfindən
məruzələr və
fikirlərin yalnız
müxalifət yönümlü
mətbuatın siyasi sifarişləri ilə dərc olunan məlumatları əsasında
formalaşdığını bildirib: "Çox təəssüflər olsun
ki, indiyə qədər hansısa bir müstəqil mətbuatdan məlumat alınmır. Yaxşı
olardı ki, indiyə kimi aparılan araşdırmalar
və yaxud formalaşan fikirlər həm də müstəqil qəzetlər
vasitəsilə gerçəkləşdirilsin.
Barmaqlarınızı qatlayın
ki, neçə dəfə "Səs"
qəzetində məlumatı
dəqiqləşdirmisiz? Təəssüflər
olsun ki, bu gün dünyada
baş verən qlobal hadisələr, digər dövlətlərlə
müqayisədə Azərbaycan
mikroskopla izlənilir.
Bunu səbəbi nədir? Niyə Azərbaycan söz azadlığına görə,
sıralamada geriləməlidir?
Əslində isə,
bu gün Azərbaycanda mətbuat bir çox dövlətlərlə müqayisədə
kifayət qədər
inkişaf edib".
Daha sonra jurnalistlərin
suallarını cavablandıran
Prezident Administrasiyasının
ictimai-siyasi məsələlər
şöbəsinin müdiri
Əli Həsənov bugünkü tədbiri çox önəmli hesab etdiyini qeyd edib: "Jurnalistlərin, jurnalist təşkilatlarının, yayım
ittifaqlarının nümayəndələrinin
iştirakı ilə,
Azərbaycanda medianın,
xüsusən də elektron medianın, internetin fəaliyyətinin
bugünkü vəziyyəti,
gələcək perspektivləri
dövlətin, ictimaiyyətin
bu məsələlərdə
münasibəti yerindəcə
öyrənildi, müzakirə
olundu. Düşünürəm ki, bu auditoriyada iştirak edən hər bir şəxs mövcud vəziyyəti dərindən öyrəndi
və Azərbaycan hakimiyyətinin və ictimaiyyətinin KİV-in inkişafı, mətbuat azadlığı ilə bağlı transmilli dünya informasiya məkanında iştirakla
bağlı, o cümlədən, internet
perspektivləri ilə
bağlı fikirlərinə
yiyələndilər. Bunu
əhəmiyyətli hesab
edirəm. Dünya informasiya məkanında biz öz dəyərlərimizlə,
vəsaitlərimizlə və
imkanlarımızla iştirak
edəcəyik".
Konfransda aparılan müzakirələr zamanı
Azərbaycanda medianın
real durumu avropalı nümayəndələrin
nəzərinə çatdırılıb
və iddialar faktlarla təkzib edilib. Avropa təşkilatlarında Azərbaycan
mediası barədə
mənfi fikir formalaşdıranların fəaliyyətinin
obyektiv olmadığı
ortaya qoyulub.
Qeyd etmək yerinə düşər ki, M.Haraştinin Azərbaycandakı fəaliyyəti
yalnız tənqidi məqamların, nöqsanların
şişirdilməsinə yönəlib. Avropalı ekspert öz rəylərini, hesabatlarını
ancaq radikal müxalifətyönlü mətbu
orqanları əsasında
formalaşdırır ki,
bu da obyektiv
sayıla bilməz.
Məsələn, cənab
Haraşti həbsdə
olan bloggerlərin jurnalist fəaliyyətinə
görə tutulduğunu
və onların azadlığa buraxılmasının
vacibliyini vurğulayır.
Lakin o, unudur ki, artıq
dünyada demək olar ki, hamı
bloggerdir, yəni yeniyetmələrdən tutmuş
ən yaşlı insanlaradək hər kəs internet şəbəkəsində özünə
bloq və ya sayt açıb.
Bu, o demək
deyil ki, bu insanlardan biri hər hansı
konkret cinayət əməlinə görə
həbs olunduqda, bunu jurnalistlərə təzyiq kimi qiymətləndirəsən. Digər
tərəfdən, bloggerlər
hüquqi və sosial cəhətdən jurnalist sayılmır. Çünki bloqlar, hətta portallar media qanunvericiliyinə görə, media orqanı sayılmır.
Yeri gəlmişkən, ötən yazılarımızda,
ABŞ-da, Rusiyada, Avropa ölkələrində
çox sayda bloggerin həbs olunduğu haqda faktları qeyd etmişik. Amma belə çoxsaylı faktlara görə, həmin "demokratik"
ölkələrə heç
irad tutan da yoxdur. Çünki
dünyanın heç
bir ölkəsində
özünə bloq açmış şəxs
jurnalist sayılmır.
Təbii ki, o şəxs hansısa media orqanında işləmirsə.
İkinci bir məsələ də M.Haraştinin ölkədə
söz azadlığının
olmaması barədə
qərəzli fikirləridir.
Dəfələrlə qeyd
olunub ki, Azərbaycanda hər min nəfərə düşən media vasitələrinin sayı
dünya ölkələri
müqayisədə daha
çoxdur. Hazırda,
ölkədə 4 mindən
yuxarı media vasitəsi qeydiyyatdan keçib. Minlərlə internet saytı- potallar, informasiya saytları, digər resurslar fəaliyyət göstərir.
Ölkədə mətbuat
vasitəsinin fəaliyyətə
başlaması üçün
heç bir lisenziya və ya digər icazə
forması tələb
olunmur. Kim istəsə 3 gün ərzində qəzet-jurnal
buraxa bilər. Mətbuatda dövlət rəhbərlərindən tutmuş,
ən aşağı
məmurlara qədər,
nəinki sərt tənqid olunur, hətta bir çox hallarda təhqirlərə də
məruz qalırlar. Mətbuat azadlığı
olmayan bir ölkədə bunu necə reallaşdırmaq
olar, cənab Haraşti?
O ki qaldı
bir neçə jurnalistin hazırda həbsdə olmasına, bu barədə sadəcə, onu demək kifayətdir ki, heç bir ölkədə bir insanın konkret cinayət əməli törətdiyi
zaman jurnalist işləməsi nəzərə
alınaraq, məsuliyyətdən
azad edilməsi faktı qeydə alınmayıb. Belə bir hal
nə beynəlxalq hüquqda, nə də hansısa ölkənin qanunvericiliyində
var.
M.Haraştinin nəzərinə
onu da çatdırmaq
lazımdır ki, qeyd etdiyi hallara
terrorçu rejimin hakimiyyət başında
olduğu işğalçı
Ermənistanda daha çox rast gəlinir. Bu ölkədə son illərdə onlarla jurnalistə divan tutulması, bir neçə jurnalistin öldürülməsi faktı
haqda beynəlxalq təşkilatlar və ekspertlər də kifayət qədər məlumatlıdır. Amma
nədənsə, bu barədə həmin ölkəyə heç bir təzyiq yoxdur. İkili standartların tətbiqi prinsipi ilə işləyən beynəlxalq
təşkilatlardan başqa
nə gözləmək
olar ki?
Elçin Bayramlı
Səs.- 2010.- 1 iyul.- S. 6.