"Azərbaycan milli mətbuatı 135: tarixi yolu müasir inkişaf meyilləri" mövzusunda konfrans keçirilib

 

Dünən Bakı Dövlət Universitetində (BDU) "Azərbaycan milli mətbuatı 135: tarixi yolu müasir inkişaf meyilləri" mövzusunda elmi-praktiki konfrans keçirilib.

Prezident İlham Əliyevin "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" 2010-cu il 10 iyun tarixli Sərəncamı ilə əlaqədar hazırlanmış müvafiq plana uyğun olaraq təşkil edilmiş tədbirdə Prezident Administrasiyasının, Azərbaysan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbələr iştirak etmişlər.

Konfransı açan BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov bildirmişdir ki, milli mətbuatın 135 illik yubileyinin qeyd olunması mühüm əhəmiyyət kəsb edir. "Əkinçi" qəzetinin nəşrə başladığı vaxtdan hesablanan mətbuat tariximiz ötən dövrdə şərəfli yol keçmişdir. Azərbaycan mətbuatının bu gün ən böyük dinamika ilə inkişaf edən sahələrdən biri olduğunu diqqətə çatdıran rektor, ölkə jurnalistikasının inkişafında BDU-nun özünəməxsus yeri olduğunu qeyd etmişdir. "Biz jurnalistikaya verdiyimiz töhfələrə görə qürur duyuruq", - deyə vurğulamışdır.

 Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev "Müstəqillik illərində demokratik mətbuatın formalaşması inkişafında ümummilli lider Heydər Əliyevin rolu" mövzusunda məruzə ilə çıxış etmişdir. Ə.Mehdiyev qeyd etmişdir ki, 1875-ci il iyulun 22-də görkəmli maarifçi publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını mütərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində, milli bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımız həmişə xalqımızın şanlı tarixinin güzgüsü olmuşdur. Azərbaycan mətbuatı xalqımızın azadlıq arzularının gerçəkləşməsinə, mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətinin tərəqqisinə, qabaqcıl ictimai fikrin, milli şüurun formalaşmasına böyük töhfələr vermişdir. XX əsrin sonlarında müstəqilliyimiz bərpa edildikdən sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycanda söz məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması prioritet vəzifə kimi müəyyənləşdirilmişdir. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi böyük səyləri nəticəsində plüralizmi, söz məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Ulu öndər Heydər Əliyevin fərman sərəncamları ilə mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirilmiş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur.   Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanının, informasiya agentliyinin, teleradio şirkətlərinin, sürətlə inkişaf edən internet resurslarının vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rolu vurğulanmışdır.

 Azərbaycanda jurnalistikanın inkişafına dövlət qayğısının özünü ən yüksək səviyyədə göstərdiyini qeyd edən Ə.Mehdiyev vurğulamışdır ki, təkcə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması bu qurumun həyata keçirdiyi layihələr deməyə əsas verir ki, Azərbaycanda dövlət mətbuatın inkişafında maraqlıdır. Konfransda BDU-nun kafedra müdiri, professor Şamil Vəliyev "Azərbaycan milli mətbuatı 135: tarixi yolu müasir inkişaf meyilləri" mövzusunda məruzə etmişdir. Tədbirdə iştirak edən alimlər jurnalistlər fikir düşüncələrini bölüşüblər.

 

 

Səs.- 2010.- 1 iyul.- S. 7.