Quba məzarlığı ermənilərin
Azərbaycan xalqına qarşı soyqırım siyasətinin
növbəti nümunəsidir
Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatı
və Nizami rayon icra hakimiyyəti ilə rayon fəalları
Quba məzarlığını ziyarət ediblər
Tarixin bütün məqamlarında
Azərbaycan xalqına qarşı böyük
amansızlıqlar və soyqırım siyasəti həyata
keçirən bədnam və qəsbkar ermənilər
öz çirkin niyyətlərini reallaşdırmaq
üçün ən azğın əməllərini belə
reallaşdırıb. Erməni azğınları tərəfindən
xalqımızın tarixin müxtəlif məqamlarında
başına gətirilən bəlaların yeganə səbəb
isə məkrli niyyət olub.
əhz erməni məkrinin
və qaniçənliyinin növbəti nümunəsi olan
Quba məzarlığı bütün dünya ictimaiyyətini
dəhşətə gətirib. Bu məzarlığı
ziyarət edən yerli və xarici qonaqlar erməni vandalizminin
və vəhşiliyinin bütün çalarlarını
dildə deyil, faktiki olaraq, görmüş olurlar. Ona görə
də, artıq bir ziyarətə çevrilən bu məzarlıq
dünya ictimaiyyətində erməni vəhişiliyi barəsində
tam dolğun bir təfsilat yaratmaqdadır.
Yeni Azərbaycan
Partiyasının Nizami rayon təşkilatının və
Nizami rayon icra hakimiyyətinin birgə təşkilatçılığı
ilə rayon fəalları da Quba məzarlığını
ziyarət ediblər.
Məzarlıqla
ümumi tanışlıq zamanı AMEA-nın Arxeologiya və
Etnoqrafiya İnstitutunun əməkdaşı Qəhrəman
Ağayev məlumat verib ki, 2007-ci ilin aprel ayının 1-də
Quba şəhərində, Qudyalçayın ətrafında
torpaq işləri görülərkən, ermənilərin
azərbaycanlılara qarşı qanlı cinayətlərindən
xəbər verən Quba kütləvi məzarlığı
aşkarlanıb. Ümumi sahəsi 514 kv.m olan məzarlığın
494 kv.m. sahəsində arxeoloji tədqiqat işləri
aparılıb, qalan 20 kv.m sahə
isə beynəlxalq tədqiqat işləri üçün
saxlanılıb. "Tədqiqat işlərinin
aparıldığı sahədə insan cəsədlərilə
doldurulmuş 2 quyu tapılıb. Birinci quyunun dərinliyi 4,7
m, diametri isə 5 metrdir. İkinci quyunun isə dərinliyi 2,
diametri 2,5 metrdir. Amma təəssüflər olsun ki,
sürüşmə nəticəsində ikinci quyudan əsər-əlamət
qalmayıb. Məzarlığın şərq-qərb hissəsində
aparılan tədqiqatlar zamanı bəlli olub ki, o zaman buradan
iki arx da keçirmiş. Antropoloqların rəyincə,
quyulardakı sümüklərlə, arxlardakı
sümüklər arasında fərqlər var. Yerli sakinləri
ilə yanaşı, ekspertlər də təsdiqləyiblər
ki, həqiqətən də, insanları əvvəlcə
Quba rayondakı Çuxur hamamda buxarda boğublar, sonra isə
quyulara atıblar. Məhz erməni cinayətlərindən
canlarını bu və ya digər formada xilas edə bilmiş
şahidlər də bu faciənin olduğu anı təsdiqləyirlər.
Bu məzarlıqda isə, qeyd etdiyimiz kimi, ikinci quyunun
qazılması qətlə yetirilən insanların
sayının çox olması ilə əlaqədər
olmuşdur" - deyən Q.Ağayev, eyni zamanda, belə bir
ehtimal olunur ki, ermənilər quyunu, məhz yerli insanların
özlərinə qazdırıblar, sonra isə onları da qətlə
yetirərək, arxlara və müxtəlif su axarlarına
atdıqlarını bildirib. Q.Ağayev onu da əlavə etdi
ki, Quba məzarlığında təxminən, 400-dən
artıq insan cəsədi aşkar edilib. "Hesablamalara
görə, onlardan 50-dən çoxu uşaqlar, 100-dən
çoxu qadınlar, qalanları isə, əsasən,
yaşlı kişilərdir. Burada aşkar edilmiş
insanların hamısının soyuq silah və küt alətlərlə
insanlığa xas olmayan, xüsusi qəddarlıq
üsulları ilə öldürüldüyü müəyyənləşib.
Onu da bildirək ki, ermənilər bu insanlığa
sığışmayan qətlləri həyata keçirən
zaman bir dənə də olsun güllədən istifadə
etməyiblər" - deyən Q.Ağayev bunu sübut edən
bir neçə faktın olduğunu və tapılmış
olan kəllə sümüklərinə
nəzər saldıqda, bu faktın təsdiqləndiyini
bildirib.
Məhz Quba məzarlığında
aşkar olunmuş insan sümükləri əsasında
aparılmış tədqiqatlar zamanı aşkara
çıxmışdır ki, burada ermənilər tərəfindən
- başın müxtəlif nayihələrindən balta ilə
vurulmalar, bir və ya bir neçə zərbə vurmaqla
başın bədəndən ayrılması zamanı xəncərlərdən
istifadə, mismarlar vasitəsilə insanların başına,
əsasən, gicgah hissələrindən zərbələrin
endirilməsi və s. olub.
Onu da əlavə edək
ki, aşkar olunmuş insan cəsədlərinin sayı
yalnız kəllə sümüklərilə müəyyən
olunub. Çünki bədən sümükləri o dərəcədə
qarışıb ki, onları ayırd etmək mümkün
olmayıb.
Tarixdən bəlli
olduğu kimi, 1918-ci ildə S.Şaumyanın xüsusi
tapşırığı əsasında, Hamazaspın rəhbəliyi
ilə ermənilərdən təşkil olunmuş 2000 nəfərlik
hərbi dəstə 10 gün ərzində Qubada kütləvi
şəkildə 10 min nəfərdən artıq dinc əhalini
qətlə yetirib. Bu faktı isə həm Hamazaspın
özü, həm də o zaman FHK-nın üzvü olan
Novıtski də yazışmalarında təsdiq ediblər. Tədqiqatlar
zamanı, həmçinin, bəlli olub ki, məzarlıqda azəbaycanlılarla
yanaşı, Qubada kompakt şəkildə yaşayan ləzgilər,
tatlar, yəhudilər, avarlar və s. etnik qrupların nümayəndələri
amansızcasına qətlə yetirilərək, kütləvi
şəkildə basdırılıblar. Bu baxımdan da, ermənilərin
azərbaycanlılara qarşı soyqırım törətməsinin
dünya ictimaiyyətinin diqqətinə
çatdırılması üçün Quba məzarlığında
həm tarixi, həm əyani vəhşiliyi sübut edən
faktları görmək mümkündür. Eyni zamanda, Azərbaycana
səfərə gələn xarici qonaqlar, turistlər Quba məzarlığı
ilə tanışlıqdan sonra ermənilərin necə vəhşiliklər
etdiklərini, onların hansı səviyyədə qəddar
düşüncəyə malik olduqlarını anlayırlar.
AŞPA-nın sabiq prezidenti Luis Mariya de Puç burada
gördüklərindən dəhşətə gələrək,
demişdi ki, "Bu, dəhşətli soyqırımdır.
İnsanların vəhşicəsinə öldürülməsini
öz gözlərimlə gördüm".
Onu da qeyd edək ki,
ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə
hazırda Quba məzarlığında ermənilərin
qanlı izlərini dünya ictimaiyyətinin diqqətinə
çatdırmaq üçün Heydər Əliyev Fondunun təşəbbüsü
ilə muzey inşa olunur.
Quba məzarlığını
ziyarət etdikdən sonra Nizami rayon icra hakimiyyətinin
başçısının müavini Gülnaz İsrafilova
və YAP Nizami rayon təşkilatının sədri Sədaqət
Vəliyeva buradakı insanı dəhşətə gətirən
mənzərənin təfərrüatları barəsində
fikir mübadiləsi aparıblar. Onlar bildiriblər ki, erməni
qəsbkarları tarixin bütün səhifələrində
Azərbaycan xalqına, türklərə qarşı
çox böyük dəhşətli amansızlıqlar həyata
keçirərək, bir əsrdə bir neçə dəfə
millətimizə qarşı soyqırım siyasəti
aparıblar. Erməni vəhşiliyinin canlı nümunəsi
olan Quba məzarlığını ziyarətdən sonra S.Vəliyeva
və G.İsrafilova buradakı xatirə dəftərinə
ürək sözlərini yazıblar.
Tapdıq QURBANLI
Səs.- 2010.- 1 iyul.- S. 10.