Azərbaycanın beynəlxalq imici daha da
möhkəmlənir
Son 6-7 il ərzində Azərbaycan iqtisadi və siyasi sahələrdə, cəmiyyətin
demokratikləşməsi istiqamətində
uğurlar əldə
etməkdədir. Ölkəmizdə
həyata keçirilən
tərəqqi və inkişaf strategiyası əhalinin sosial-rifah halının günü-gündən
yaxşılaşmasında, iqtisadiyyatın dinamik inkişafında, Azərbaycanın
dünya birliyində layiqli yer tutmasında
özünü göstərməkdədir.
Təbii ki, misilsiz uğurlarımızın
təməli ümummilli
liderimiz Heydər Əliyev tərəfindən
işlənib hazırlanmış
və bu gün də uğurla davam etdirilən yeni neft strategiyası ilə qoyulmuşdur.
Böyük təcrübəyə,
yüksək texnika və texnologiyaya malik xarici neft
şirkətləri ilə
qurulmuş iş birliyi Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsinə
təkan vermişdir. Söz yox ki, müasir
texnologiyaların tətbiqi
müasir biliklərə
və vərdişlərə
yiyələnmiş kadrların
fasiləsiz, davamlı
hazırlığını tələb edir. Ölkə Prezidentimiz İlham Əliyev neft gəlirlərinin, ilk növbədə, insan faktorunun inkişafına yönəldilməsini,
elmi-texniki tərəqqinin
son nailiyyətlərinin
tətbiqi yolu ilə dayanıqlı milli inkişafın təmin edilməsini zəruri saymışdır:
"Azərbaycanın qarşısında
duran əsas məsələ neft gəlirlərinin insan kapitalına çevrilməsidir.
Heydər Əliyevin neft strategiyası öz nəticəsini verib, bizim böyük
gəlir gətirən
inkişaf etmiş neft sektorumuz var". Bu da
təsadüfi deyildir.
İnkişaf etmiş
ölkələrin təcrübəsinə
baxsaq, görərik ki, onların yüksəlişində aparıcı
amil insan kapitalı, onun ayrılmaz elementləri olan bilik, elmi-texniki
tərəqqi, yeni texnologiyalar olmuşdur. Azərbaycanda onilliklər
boyu təbii ehtiyatlarla bağlı olmayan davamlı inkişafı təmin edəcək güclü intellektual potensialın yaradılması günümüzün
reallığına çevrilib.
Azərbaycanın qoşulduğu
qlobal enerji layihələrinin həyata
keçirilməsində savadlı
kadrlara böyük ehtiyac vardır. Digər tərəfdən,
müəyyən obyektiv
səbəblərlə əlaqədar
olaraq, neft və qaz sənayesində
kadr çatışmazlığı
problemi yaranmışdır.
Bu problemin köklü surətdə
həlli məqsədilə
ARDNŞ-də genişmiqyaslı
kadr hazırlığı
proqramı işlənib
hazırlanmışdır. Bu unikal layihə
neft sənayesində tələbat duyulan ixtisaslar üzrə ən müasir beynəlxalq tələblərə
cavab verə bilən yüksək səviyyəli mütəxəssislər
hazırlanmasını nəzərdə
tutur. Artıq bu istiqamətdə mühüm işlər görülmüşdür. ARDNŞ respublikamızın ali məktəblərində neft
mütəxəssislərinin hazırlığı işinə
də mühüm töhfələr verir. Dövlət
Neft Akademiyası başda olmaqla, neftçi mütəxəssislər
hazırlayan ali məktəblərimizin əlaçı
tələbələrinə təqaüdlər verilir,
onların ən bacarıqlıları şirkətin
hesabına dünyanın
aparıcı universitetlərində
təhsillərini davam
etdirirlər. ARDNŞ daim öz təqaüdçülərinin
təhsildə qazandığı
nailiyyətləri diqqətlə
izləyir və onlara lazım olan bütün dəstəyi verir. Şirkət, həmçinin,
öz mütəxəssislərini
xaricdə tətbiq olunan yeni texnika
və texologiyalarla tanış etmək məqsədilə xarici istehsalçı şirkətlərin
nümayəndələrinin iştirakı ilə seminar-təqdimatlar keçirir,
həmin şirkətlərin
istehsal etdikləri cihazların sınaqlarını
aparır, habelə, yerli mütəxəssislərin
xarici ölkələrə
ezam olunmalarını
təmin edir. Neftçi peşəsinin
əvvəlki şöhrətini
özünə qaytarmaq,
yeniyetmələrdə bu
sahəyə maraq oyatmaq məqsədilə orta məktəb şagirdləri arasında
aparılan işlər
də nəticəsini
verməkdədir. Təqaüd
Proqramı çərçivəsində
gənclərimiz dünyanın
tanınmış ali
təhsil müəssisələrində
oxuyurlar. Onların tələbə yoldaşları
arasında gələcəyin
prezidentləri, nazirləri,
yüksək dövlət
məmurları var. Azərbaycan haqqında bu insanlarda ilkin
olaraq hansı təsəvvürün yaranmasından
çox şey asılıdır. Çünki
gələcəkdə onların
ölkəmizə münasibətləri
məhz həmin ilkin təsəvvürlərdən
qaynaqlanacaq. Bu mənada, təqaüdçülərimizin
xalqımızın qədim
tarixi və zəngin adət-ənənələri
haqqında malik olduqları dərin biliklər Azərbaycanı
xarici vətəndaşlara
tanıdan, onlarda ölkəmizə maraq və ehtiram hissi oyadan ən
birinci və ən təsirli vasitə hesab olunur.
Gənclərin beynəlxalq əlaqələrinə
gəldikdə isə,
qeyd etmək lazımdır ki, bu gün Azərbaycan
tələbələri bəlkə
də Avropanın ən fəal gəncləridir. Çünki
möhtərəm Prezidentimiz
İlham Əliyevin həyata keçirdiyi dinamik xarici siyasət nəticəsində
artıq onlar dünyada
Azərbaycanı tanıtmaq
və ölkəmizə
bəslənən etimadı
daha da doğrultmaq
üçün təşəbbüskarlıq
göstərirlər. Əlbəttə
ki, bu sahədə
dövlət səviyyəsində
aparılan səmərəli
iş təbliğati
fəaliyyətlərində gənclərimizin yoluna işıq saçır.
Bu gün Azərbaycan gəncləri müxtəlif
beynəlxalq proqramların
yalnız iştirakçısı
deyil, eyni zamanda, təşkilatçısıdır,
hətta son illərdə bir sıra gənclərimiz Avropanın və dünyanın mötəbər
gənclər təşkilatlarının
rəhbər vəzifələrinə qədər
yüksəlməyə müvəffəq
olmuşlar.
Bütün dünyada qədim neft diyarı kimi tanınan Azərbaycan sənaye üsulu ilə neftçıxarmanın
beşiyi, eləcə
də, dənizdə neft hasil edən
ilk ölkə kimi məşhurlaşmışdır.
Azərbaycan neftçiləri hələ neçə onilliklər qabaq bir çox ölkələrdə neft
sənayesinin inkişafı
naminə yorulmadan çalışmış, ölkəmizi
bütün dünyada
layiqincə təmsil edərək, misilsiz nailiyyətlər əldə
etmiş, böyük
şöhrət və
ad-san qazanmışlar.
Dünya miqyasında sənaye üsulu ilə ilk neft
quyusu 1848-ci ildə Bibiheybətdə qazılsa
da, bu gün
həmin tarixi faktın rəsmiləşdirilməsi
ciddi iş aparılmasını tələb
edir. ARDNŞ təqaüdçüləri bu
məsələni daim
xatırlatmalı, Azərbaycanın
dünyanın ən qədim neft ölkələrindən biri
olduğunu nümayiş
etdirməli, neftin, onu hasil edən
qəhrəman neftçilərin
şöhrətini əks
etdirən faktları ictimai fikrə çatdırmaq üçün
səmərəli
yollar axtarıb tapmalıdırlar. Belə
faktlar isə dünyanın müxtəlif
ölkələrində fəaliyyət
göstərən neft
muzeylərində istənilən
qədərdir. Təqaüdçülərin
mövcud internet resurslarına sadəcə
müraciət etmələri
kifayətdir ki, yetərincə tutarlı məlumatlar toplaya bilsinlər. Azərbaycan haqqında məlumatları
özündə əks
etdirən elektron, video və audio
daşıyıcılarından, o cümlədən, Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti tərəfindən
hazırlanmış müvafiq
təbliğat disklərindən
də fəal istifadə edilməlidir.
Hər bir Azərbaycan vətəndaşının
xaricdə olarkən əldə etdiyi uğur Azərbaycanın imicinə müsbət təsir göstərir, atılan səhv addım isə xələl gətirir. Bunun üçün xarici ölkədə təhsil almağa gedən hər bir gənc atdığı
addımlarına görə
məsuliyyət daşıdığını
dərk etməlidir.
Bu gün Azərbaycan
öz tarixində heç vaxt olmadığı qədər
güclü və müstəqildir. Gənclər
dövlətimizin müstəqilliyi
ilə fəxr etməli, ondan ilham almalı, günü-gündən qüdrətlənən
Azərbaycanla qürur
duymalıdırlar. Nəsillər bir-birini əvəz edəcək, lakin məhz bugünkü gənc nəslin tarix qarşısında öz məsuliyyətini dərk etməsi, müvafiq addımlar atması dövlətimizin
və ölkəmizin
gələcəyi baxımından
daha böyük əhəmiyyət daşıyır.
Onlar ulu öndərimizin bizə ən böyük əmanəti olan müstəqil Azərbaycan
dövlətini qoruyub-saxlamalı,
onu daha da gücləndirməli və gələcək nəsillərə çatdırmalıdırlar.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 2 iyul.- S. 4.