2 iyul polis günüdür

 

Təhlükəsizliyin təmini ictimaiyyətdən də fəallıq tələb edir

 

Bu gün 2 İyul Polis Günüdür. Azərbaycan polisinin yaranmasından 92 il keçir. Respublikamızın polis orqanlarının qabaqcıl dəstəsindən biri olan Tərtər rayon polisi rayonda ictimai asayişin, əmin-amanlığın qorunmasında öhdəsinə düşən müqəddəs vəzifəni ləyaqətlə yerinə yetirir.

Tərtər rayon polis şöbəsinin kollektivi rayonda keçirilən bütün ictimai tədbirlərdə fəal iştirak edir, vətəninə, torpağına hədsiz sədaqət nümunəsi göstərirlər. 2 İyul Polis Günü münasibətilə Tərtər rayon polis şöbəsinin əməkdaşları rayonun mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, ulu öndərin xatirəsini yad etdilər.

Tədbirin rəsmi hissəsi Tərtər rayon polis şöbəsinin akt zalında davam etdi. Çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki İzzət Əsgərov Azərbaycan polisinin şərəfli yol keçdiyini, onun formalaşmasında ulu öndərimiz Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu söylədi: "Doğrudur, Azərbaycan polisinin yaranma tarixi ötən əsrin iyirminci illərinə - bütün Şərqdə ilk demokratik sivil dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Ancaq ümummilli liderimiz Heydər Əliyev 1998-ci il may ayının 24-də imzaladığı sərəncamda göstərirdi ki, bundan sonra hər il iyul ayının 2-si ölkəmizdə "Azərbaycan Polisi Günü" kimi qeyd edilsin. Deməli, builki peşə bayramımızda biz Azərbaycan polisinin 92 illiyi ilə yanaşı, eyni zamanda, ulu öndərin imzaladığı bu mühüm dövlət sənədinin 12 illiyini qeyd edirik. Sevindirici haldır ki, Azərbaycan polisi bu böyük qüvvənin tərkib hissəsi olan Tərtər rayon polis şöbəsi həm peşə bayramımıza, həm qeyd edilən əlamətdar günə böyük uğurlar-peşəkarlığın artırılması, intellektual səviyyənin yüksəldilməsi, cinayətkarlığa qarşı mübarizənin kəskinləşdirilməsi, dövlətçiliyin əsas dayaqlarının qorunması, sivil cəmiyyət üçün xarakterik olan insan hüquq azadlıqlarının təmin edilməsi istiqamətində əldə edilmiş nailiyyətlərə gəlib".

İ.Əsgərov onu da bildirib ki, ölkənin ərazi bütövlüyünün qorunması, dövlət çevrilişinə cəhdlərin qarşısının alınması, ayrı-ayrı qeyri-qanuni silahlı dəstələrin ləğv edilməsi, narkotik maddələrin qaçaqmalçılığına qarşı mübarizə digər dövlət ümumxalq əhəmiyyətli məsələlərdə Azərbaycan polisi daim öndə olmuş, öz vəzifəsini peşəkarcasına yerinə yetirmişdir: "Bu bayram günündə bir məsələni xüsusi ilə qeyd etmək vacibdir ki,  ulu öndərimiz Heydər Əliyevin layiqli siyasi davamçısı olan ölkə Prezidenti İlham Əliyev cənabları Azərbaycan cəmiyyətinin bütün təbəqələrinə, ölkəmizin bütün vətəndaşlarına olduğu kimi, Daxili İşlər Nazirliyi sistemində çalışanlara da daim diqqət qayğı göstərir. Məhz həmin qayğı diqqətin nəticəsidir ki, bu gün Azərbaycan polisi regionun ən peşəkar, intellektual səviyyəli hüquq-mühafizə orqanlarındandır. Maddi-texnki bazanın möhkəmləndirilməsi müasirləşdirilməsi baxımından isə Azərbaycan Daxili İşlər Nazirliyi bütün MDB- dünyada ən öndə gedən analoji nazirliklərdəndir".

Tədbirdə rayon rolis şöbəsi rəisinin şəxsi heyətlə üzrə köməkçisi Məhərrəm Hüseynov, MTN-in rayon şöbəsinin rəisi Raquf Məmmədov, rayon məhkəməsinin sədri Hüseyn Mirzəyev, rayon hərbi prokuroru Şakir Zamanov, polis veteranları Əmir Əmirov, Nəriman Sadıqov, şəhid polis ailəsi Əntiqə Hüseynova, rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Cavanşir Məmmədov başqaları 1991-ci ilin oktyabr ayında əldə etdiyimiz növbəti dövlət müstəqilliyinin qorunub saxlanılmasında, milli dövlətçiliyin möhkəmləndirilməsi proseslərində Azərbaycan polisinin çox mühüm xidmətləri olduğunu vurğulayıblar. Çıxış edənlər bir daha qeyd ediblər ki, ulu öndərimiz Heydər Əliyevin yenidən ikinci dəfə siyasi ali hakimiyyətə qayıdışından sonra ölkədə xaos anarxiyanın qarşısı alındı, hərc-mərcliyə özbaşınalığa son qoyuldu. Bu işdə ən qətiyyətli addımları məhz Azərbaycan polisi atdı.

Sonda daxili işlər orqanlarında uzun müddət qüsursuz xidmət etmiş rayon polis şöbəsinin bir qrup əməkdaşı rayon icra hakimiyyətinin rayon polis şöbəsinin fəxri fərmanları qiymətli hədiyyələri ilə təltif olunub.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 2 iyul.- S. 10.