11 İyul Ümumdünya Əhali Günüdür

 

Bununla bağlı Ombudsman Aparatında dəyirmi masa keçirildi

 

Dünən Ombudsman Aparatında Ümumdünya Əhali Günü ilə bağlı Ombudsman Aparatında "Əhalinin təhlükəsizliyinin təmin edilməsi məsələləri: problemlər perespektivlər"i mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə millət vəkilləri, komitə nazirlikləri, QHT KİV nümayəndələri iştirak etdilər. 

Dəyirmi masanı açıq elan edən ombudsman Elmira Süleymanova "Əhalinin təhlükəsizliyi - insan hüquq azadlıqlarının təmin edilməsi" mövzusunda çıxış edərək, bildirdi ki, BMT-nin 1989-cu ildə BMT nəzdində fəaliyyət göstərən əhali fondu - YUNFPA 11 iyul gününü Əhali Günü kimi təsis etdi: "1990-cı ildə ilk dəfə olaraq həmin gün 90 ölkədə qeyd olundu. Bu gün isə həmin tarixi günün 20 illiyi ərəfəsindəyik. Hər il BMT-nin baş katibi bu münasibətlə müxtəlif tədbirlər keçirir. BMT-nin baş katibi Pan Gi Mun Ümumdünya Əhali Günü ilə bağlı bütün dünyaya müraciətlər edir".

E.Süleymanova bildirdi ki, 1994-cü ildə Qahirə şəhərində "Əhali inkşaf problemləri üzrə" BMT-nin ilk qlobal konfransı keçirildi: "Ümumiyyətlə, keçirilən konfransların hamısının istiqamətində insan amili əsas yer tuturdu. Yoxsulluğun aradan qaldırılması, əhalinin yaşayış tərzinin yaxşıladırılması, demokratik problemlər, gender bərabərliyi, ailə qadın problemləri, reproduktiv sağlamlıq, ana körpə ölümü, təhsil sağlamlıq sairə bu kimi prioritet məsələlər əsas amil kimi diqqətdə durur".

Tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı prezident-əlaqələndiricisi Fikret Akcura ümummilli liderimiz Heydər Əliyevin "Türkiyə-Azərbaycan,  bir millət - iki dövlət" tarixi fikirlərini söylədi: "Bir türk olaraq qardaş ölkədə fəaliyyət göstərməyimlə günbəgün inkişaf etməkdə olan Azərbaycanın iqtisadiyyatının daha da yüksəlməsində gücümü sərf etməkdən məmnunluq duyuram. Eyni zamanda, BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri kimi, bu imkanlardan Azərbaycan dövlətinin xalqının inkişafı firavan yaşaması üçün böyük səylə çalışıram".

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev "Əhalinin siyahıya alınması tərkibi" mövzusunda çıxış edərək bildirdi ki, 2009-cu ildə keçirilən bələdiyyə seçkiləriərəfəsi əhalinin siyahıya alınması prosesini keçirib: "Dövlət Statistika Komitəsi ölkəmizin əhalisi haqqında geniş məlumatlar toplayır. Komitə tərəfindən siyahıya alınmaq mərhələsində ölkənin bütün yaşayış məntəqələrini əhatə etməklə 540 siyahıya alma şöbəsi, 3780 təlimatçı nəzarətçi fəaliyyət göstərir. Ümumilikdə, siyahıya almanın keçirilməsini 24 min nəfərdən çox müvəqqəti adam işə cəlb olunur. Bu şəxslərin yerlərindəki maaşları saxlanılmaqla əlavə əmək haqları ödənilir. İşğal altında olan məcburi köçkün qaçqınlar tərk etdikləri şəhər rayonların əhalisinin sayına daxil edilmişdir. 2010-cu ilin iyul ayının 1-nə olan məlumata görə, Azərbaycan Respublikasının əhalisinin sayı 9 milyon 47 min nəfərə çatmışdır. Son 10 il ərzində əhalinin sayı hər il orta hesabla 97 min nəfər artmışdır. Ölkə əhalisinin 54 faizi şəhər, 46 faizi isə kənd yerlərində yaşayırlar. Azərbaycan əhalisin 49 faizi kişilərdən, 51 fakizi qadınlardan ibarətdir. Hazırda hər min nəfər kişiyə 1039 nəfər qadın düşür. Hər il yarım milyondan çox qadın hamiləlik doğuş prosesi zamanı dünyasını dəyişir, bu rəqəmin 99 faizi isə inkişaf edən ölkələrin payına düşür. Qadınların daha çox hissəsi isə daha ciddi problemlərdən əziyyət çəkirlər ki, bu da kəskin şəkildə onların həyat tərzinə ailələrinə mənfi təsir göstərə bilər. Azərbaycan çoxmillətli ölkədir. Əhalinin ümumi sayının 90 faizindən çoxu azərbaycanlıdır. Ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin düzgün siyasəti nəticəsində ölkədə demoqrafiq vəziyyət daha da yaxşılaşmışdır. Bunu 1999-2009-cu illərdə ölkədə aparılmış əhalinin siyahıya alınması prosesinin nəticələri sübut edir".

Tədbirdə iqtisadi inkişaf nazirinin mavini Niyazi Səfərov "Azərbaycanda yoxsulluğun aradan qaldırılması strategiyası onun tətbiqi", əmək əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov "Əhalinin həssas təbəqələrinin sosial müdafiəsi", Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova "Ailə, qadın uşaqların hüquqlarının müdafiəsində dövlət siyasəti", Milli QHT Fondunun prezidenti Rauf Zeyni "Əhalinin problemlərinin həllində QHT-lərin rolu" mövzularında çıxış edərək bildirdilər ki, Azərbaycan bu gün uğurlu iqtisadi inkişaf yolundadır. Çıxış edənlər onu da qeyd etdilər ki, insan amilini hər zaman diqqətdə saxlayan Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin əsasında məhz bu məqsəd dayanır. Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparıldı.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 6 iyul.- S. 9.