"Arşın mal alan" bir səhnə tarixini yaşadı

 

Türkiyənin Qars şəhərindəki mədəniyyət sarayında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası sənətsevərlərə təqdim olunmuşdur. Samsun Opera Balet Teatrının səhnələşdirdiyi bu ölməz əsər qarslıların böyük marağına səbəb olmuşdur. Üzeyir Hacıbəylinin həyatı yaradıcılığ haqqında tamaşaçılara məlumat verən teatrın müdiri Ərdoğan Şanal bildirmişdir ki, ötən il yaradılmış teatrın repertuarındakı 10 əsərdən ən maraqlısı "Arşın mal alan" Azərbaycan mədəniyyətinə daha yaxın olan Qars şəhərində səhnələşdirilmişdir. Bu əsər zəngin Azərbaycan xalq musiqisinin ecazkar gözəlliyini əks etdirir. Tamaşanı Qars Valiliyi Əmniyyət Müdirliyinin təmsilçiləri, ölkəmizin Qarsdakı diplomatik nümayəndəliyinin əməkdaşları izləmişlər.

 

 

Zümrüd

 

Səs.- 2010.- 6 iyul.- S. 12.