Azərbaycanın uğurlu
gələcəyi təmin olunub
Ümummilli Liderimiz Heydər
Əliyevin Azərbaycana
rəhbərliyə gəlməsindən
41 il ötür
Fərrux Haqverdiyev: "Zaman
keçdikcə ulu öndər Heydər Əliyev şəxsiyyətinin
böyüklüyü daha
aydın görünür"
YAP Xızı rayon təşkilatının
sədri Fərrux Haqverdiyev iyul ayının Azərbaycan tarixində bir hadisə ilə daha çox yadda qaldığını
bildirdi:
- 41 il bundan əvvəl, Azərbaycan xalqının
tarixində və taleyində
əhəmiyyətli dönüş
başlandı. 41 il əvvəl Azərbaycanda insanlar dərk edirdilər ki, ölkənin ciddi dəyişməsinə
ehtiyac var. Ola bilsin ki, o zaman bunu
açıq şəkildə
bildirmək qəbul olunmamışdı. Amma bu dəyişikliyə ehtiyac hiss olunurdu. Ümummilli Liderimiz Heydər Əliyev 41 il bundan
əvvəl Azərbaycanın
rəhbəri seçildi.
Ulu Öndərimizin hakimiyyətə
gəlişi Azərbaycanda
ictimai, fərdi düşüncənin də
dəyişilməsinə ehtiyacın
olması ilə bilavasitə bağlı qəbul edilmiş qərar idi. Bu qərar qəbul edildikdən
sonra Azərbaycan çox sürətlə
dəyişdi. Söhbət yalnız ölkə iqtisadiyyatının qısa
zamanda əhəmiyyətli
dərəcədə inkişafından
getmirdi. Bu, sənayenin,
kənd təsərrüfatının
inkişaf etməsində
ifadə olunan yenilikdən daha çox
bütövlükdə Azərbaycanın
milli-mənəvi dəyərlər
sisteminin dəyişməsində
əks olunan dəyişikliklər idi.
Bu dəyişikliklər olmasaydı, o zamankı cəmiyyəti daxildən
sarsıdan qaydalar sındırılmasaydı, yəqin
ki, çox qısa zamanda, Azərbaycan sürətlə
inkişaf edə bilməzdi.
1969-cu ilin iyulunda Ulu
Öndərimiz Heydər
Əliyev Azərbaycana
rəhbərlik etdiyi dövrdən respublikamız
özünün yeni inkişaf mərhələsinə
qədəm qoydu. Bu gün həmin tarixdən 41 illik bir zaman keçir.
Lakin xalqımızın orta və yaşlı nəsli həmin dövrü unutmayıb.
Çünki Azərbaycan
xalqının bir millət kimi inkişaf etməsi, respublikanın iqtisadi gücünün artması
kimi tarixi proseslər məhz 1970-ci ildən start götürmüşdü.
Həmin
tarixi gündən Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan xalqı qarşısında böyük
xidmətlər göstərib.
Bunların sırasında ən
əsası müstəqil
Azərbaycan dövlətinin
qurulması üçün
hələ sovetlər
dönəmində bazanın
yaradılmasıdır. Hələ ötən əsrin
70-80-ci illərində sovet
dönəmində respublikamızın
inkişafında böyük
işlər görən
Ümummilli Liderimiz Heydər Əliyev tariximizə qurucu insan kimi daxil
olub. Məhz buna görə,
Ulu Öndərimiz Heydər Əliyev xalqımızın qəlbində
daim yaşayır.
Böyük Öndərin ideyaları
dövlətimiz və
xalqımız üçün
həmişə lazım
olacaq. Ümummilli Liderimiz Heydər
Əliyevin böyüklüyü
zaman keçdikcə daha əzəmətli görünəcək. Ümummilli Liderimiz
Heydər Əliyevin dahiliyi, böyüklüyü
ondadır ki, Onun xidmətləri təkcə Onun davamçıları, partiyasının
üzvləri tərəfindən
deyil, həm də bütün ölkə ziyalıları
və dünyanın tanınmış şəxsləri
tərəfindən etiraf
olunur. Hamı qəbul edir
ki, Azərbaycanın tərəqqisində Ümummilli
Liderimiz Heydər Əliyevin rolu əvəzedilməzdir. Heydər Əliyev
və Azərbaycan dövlətçiliyi mövzusunda
hələ uzun illər müzakirələr
aparılacaq. Amma fakt
odur ki, müstəqil dövlətimizin
möhkəmlənməsi üçün
atılan addımların
əhəmiyyəti çox
böyükdür.
Müstəqil Azərbaycan dövlətinin
qurulması prosesi Ulu Öndərimiz Heydər Əliyevin 1969-cu
ildə respublikaya rəhbərliyə gəlməsi
ilə başlayıb. Hər bir
xalq dünyada meydana çıxardığı
böyük tarixi şəxsiyyətlərlə tanınır.
İstər 70-ci illərdə, istərsə də, müstəqillik dövründə
Azərbaycan xalqının
dünyada tanınmasında,
dövlətimizin beynəlxalq
aləmdə möhkəmlənməsində
Ulu Öndərimiz Heydər Əliyev amili müstəsna rol oynayıb.
Ramiz Şabanov:
"Ümummilli Liderimiz
Heydər Əliyev Azərbaycan xalqının
və dövlətinin
baharı idi"
YAP Tərtər rayon təşkilatının
sədri Ramiz Şabanov Ümummilli Liderimiz Heydər Əliyevin müstəqil Azərbaycan dövləti
qurmaq prosesinin
1960-cı illərdən başlanıldığını
söylədi:
- Ümummilli Liderimiz Heydər Əliyevin müstəqil Azərbaycan
dövləti qurmaq prosesinin 1960-cı illərdən
başlanılıb. O vaxtkı
mübariz və savadlı gəncliyin formalaşmasında Onun böyük rolu olub. Ulu Öndərimiz
Heydər Əliyev Mərkəzi Komitənin yeganə 1-ci katibi idi ki, Azərbaycanda
milli dilimizdə nitq söyləyirdi- istər partiyanın tədbirlərində, istər
Yazıçıların Qurultayında,
istərsə də, digər dövlət əhəmiyyətli tədbirlərdə.
O, yazıçılara milli
problemlərimizə, Güney
Azərbaycanla bağlı
məsələlərə toxunmağı tapşırır,
onlara lazımi istiqamət verirdi. Bu, o dövrdə
çox böyük inqilabi hadisə, çox böyük bir cəsarət nümunəsi idi. Bəxtiyar Vahabzadənin
"Gülüstan" poemasının
yazılmasında, Xəlil
Rzanın böyük
vətənpərvər kimi
formalaşmasında Ulu
Öndərimiz Heydər
Əliyevin tövsiyələrinin
böyük rolu var.
1970-80-ci illərdə onun
yaratdığı mühit
öz bəhrəsini
80-ci illərin sonu,
90-cı illərin əvvəllərində
verdi. Bu milli özünüdərkin
məntiqi nəticəsi
idi. 1970-ci illərdə
başqa respublikalara təhsil almaq üçün azərbaycanlı
tələbələrin göndərilməsi,
hərbi məktəbin
yaradılması və
s. milli şüurun formalaşmasında ümummilli
liderimizin göstərdiyi
xidmətlərdəndir.
Bu gün Heydər Əliyevin bizə qoyub getdiyi güclü,
müstəqil və zəngin Azərbaycan var.
Bu ölkə artıq
bütün dünyada
özünə nüfuz
qazanıb və dünya millətləri arasında millətimizin də imzası var. Bu imza Ümummilli Liderimiz Heydər Əliyevə məxsusdur. Çox gözəl
haldır ki, Böyük Öndərimizin
yaratdığı müstəqil
və güclü yeni Azərbaycanı bu gün Prezidentimiz
İlham Əliyev idarə edir, inkişaf etdirir, yeni tariximizi yazır. Ölkəmiz bu gün çox böyük inkişaf yolundadır.
Azərbaycan artıq dünyanın
güclü dövlətləri
sırasındadır. Hazırda Azərbaycan Avropanın enerji təminatının
qərargahına çevrilib.
Məlumdur ki, tarix şəxsiyyəti
yaradır. Ulu Öndərimiz Heydər
Əliyevin ömrü
elə yaşadığımız
Azərbaycanın tarixidir.
Ümummilli Liderimiz Heydər
Əliyev zirvəsindən
Azərbaycanın dünəni
və bugünü ilə yanaşı, gələcəyi, rifahlı
sabahı da aydın görünür.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 8 iyul.- S. 4.