Qafqazın ən güclü ordusu

 

İlham Əliyev: "Azərbaycan Silahlı Qüvvələri regionda ən qüdrətli, peşəkar və modern orduya çevrilib"

 

Azərbaycanda ordu quruculuğunun yeni mərhələsi Prezident İlham Əliyevin Ali Baş Komandanlığı dövründə başlayıb. 2003-cü ildən etibarən ölkə iqtisadiyyatının inkişafı ordu quruculuğu sahəsində özünü göstərməyə başladı. Dövlət ildən-ilə hərbi xərcləri artırmaqla bu sahənin əsas prioritetlərindən olduğunu əyani şəkildə nümayiş etdirdi. Bu illər ərzində ordunun döyüş qabiliyyəti artırıldı, maddi-texniki bazası gücləndirildi, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı.

Bir qədər əvvəl, Müdafiə Nazirliyində keçirilən müşavirədə Ali Baş Komandan İlham Əliyev vurğulayıb ki, "bizim hərbi xərclərimiz son 5-6 il ərzində 10 dəfədən çox artıb. Orduda bütün Silahlı Qüvvələrdə ruh yüksəkliyi var. Hərbi hazırlıq yüksək səviyyədədir. Son illər ərzində çoxlu texnika silah-sursat alınıb. Bu proses davam edir bu, bizim təbii haqqımızdır".

Azərbaycanın beynəlxalq nüfuzu artdıqca, Silahlı Qüvvələrimizin bu yöndə əlaqələri genişlənir. Təkcə onu demək kifayətdir ki, Azərbaycan Respublikası dünyanın 27 ölkəsi ilə hərbi əlaqələrin normativ hüquqi bazasını təşkil edən saziş memorandumlar, o cümlədən, 2009-cu ildə hərbi sahədə 4 əsas sənəd imzalanıb.

Hazırda təqribən 30 ölkə ilə analoji saziş layihələrinin imzalanması müzakirə edilir. Ümumiyyətlə, 4 may 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşulmaqla öz üzərinə götürdüyü bütün öhdəlikləri tam yerinə yetirir. Silahlı Qüvvələrimizin beş zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində uğurla xidmət edir.

Ötən il hərbi qulluqçularımız müxtəlif əməkdaşlıq sahələri üzrə 44 kursda, 6 təlimdə, təlimlə bağlı 24 planlaşdırma konfranslarında, 11 seminar 5 işçi görüşdə, 10 konfrans simpoziumda s. iştirak ediblər. Yeri gəlmişkən, bu il NATO ilə Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində hərbçilərimizin 120 tədbirdə iştirakı nəzərdə tutulub. O cümlədən, müvafiq proqram çərçivəsində Azərbaycanda keçirilməsi nəzərdə tutulan 9 tədbir planlaşdırılıb.

Ümumiyyətlə, Silahlı Qüvvələrimizin beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak edən nümayəndələri onlara göstərilən etimadı doğruldaraq, bir qayda olaraq, əsl peşəkarlıq nümayiş etdirirlər. Bunu Müdafiə Nazirliyinin ünvanına göndərilən təşəkkür məktubları təsdiq edir.

Azərbaycan Ordusunun qarşısında dayanan ən mühüm məsələlərdən biri döyüş hazırlığıdır. Bunu daim diqqət mərkəzində saxlayan ölkə rəhbərliyinin səyi nəticəsində yalnız ötən ilin sonuna Silahlı Qüvvələrin istifadəsinə təxminən 1 milyard ABŞ dollarından artıq dəyərdə silah texnika verilib. Hissə bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanlarını artırmaq məqsədi ilə Hərbi-Hava Qüvvələrinə müdafiə üzrə yeni texnikalar alınmış, mövcud texnikaların təmiri modernləşdirilməsi işi həyata keçirilib.

Yeni kompleks uçuş simulyatorlarının sıraya qoyuluşu isə nəticədə uçuş heyətinin döyüş hazırlığı keyfiyyətini artırıb, aviasiya texnikalarının texniki resurslarına qənaət olunmasına şərait yaradıb. Zenit-raket komplekslərinin modernləşdirilməsi isə müvafiq qoşunlar üzrə döyüş texnikasının səmərəliliyini, ən əsası, atəş imkanlarını artırıb. Hərbi-Hava Qüvvələrinin modernləşdirilməsi yolunda əldə olunmuş ən böyük uğurlardan biri döyüş texnikalarında rəqəmsal məlumat mübadiləsinin təmin edilməsidir.

Ümumiyyətlə, cari ildə Silahlı Qüvvələrin inkişafı təkmilləşdirilməsi istiqamətində yeni keyfiyyət göstəriciləri qeydə alınıb. Bütün bunlar, ilk növbədə, müvafiq tədris ilində birlik birləşmələrdə həyata keçirilən 70-dək komanda-qərargah təliminin uğurlu təşkili nəticəsində mümkün olub. Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələrinin cəlb olunduğu bu təlimlərdə müasir tələblərə cavab verən simulyator kompyuter şəbəkələrindən fəal istifadə olunması görülən işin effektini iki qat artırıb.

Təsadüfi deyil ki, son 5-6 ildə Azərbaycanın hərbi xərcləri 10 dəfədən çox artıb. Hazırda Azərbaycanın hərbi xərcləri 2 milyard dollara çatıb ki, bu da təxminən torpaqlarımızı işğal edən Ermənistanın ümumi büdcəsinə bərabərdir. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına da yol açıb. Ötən illər ərzində orduya ayrılan pulların böyük bir hissəsi yeni texnikaların, təyyarələrin, ən müasir silahların alınmasına yönəldilib.

Ümumiyyətlə, bu gün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti imkanları əvvəlki illərlə müqayisədə qat-qat artıb. Yeni silah sistemlərinin alınması quraşdırılması nəticəsində Silahlı Qüvvələrimiz Ermənistanın bütün ərazisində yerləşən hədəfləri məhv etməyə qadirdir.

Hər bir dövlətin əsas təməllərindən biri onun güclü ordusunun olmasıdır. Böyük qürur hissi ilə demək olar ki, Azərbaycanın yüksək döyüş qabiliyyətinə, nizam-intizama malik ordusu var. Dövlətimizin hökumətimizin diqqəti sayəsində Silahlı Qüvvələrimizin möhkəmləndirilməsində əsas məqsəd işğal olunmuş torpaqları düşmənlərdən təmizləmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, qaçqın məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaqdır. Azərbaycan Ordusu artıq bunu reallaşdırmaq qüdrətinə malikdir.

Beləliklə, Azərbaycan Qafqazda ən güclü orduya malik olmaqla, öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Sadəcə, problemin sülh yolu ilə həlli daha optimal olduğundan, Azərbaycan bu imkanlarından, hələ ki, istifadə etmir. Lakin hər şeyin bir sonu var. Əgər sülh danışıqları səmərəsiz başa çatarsa, Azərbaycan Ordusunun qüdrətini bütün dünya görəcək.

 

 

Elçin Bayramlı

 

Səs.- 2010.- 8 iyul.- S. 7.