Xalçaçılıq Azərbaycan incəsənətinin ən qədim və geniş yayılmış növlərindən biridir

 

Azərbaycan xalçasının YUNESKO-nun mədəni irs siyahısına daxil edilməsi istiqamətində komitələrdə müzakirələr keçirilib

 

Azərbaycan milli-mənəvi dəyərləri, sənəti, mədəniyyəti, incəsənəti, dünyaya inteqrasiya olunduğumuz bir zamanda, beynəlxalq aləmin dinqqətindədir. Belə bir məxsusi sənət növlərinin möhtəşəmliyi onların diqqətini cəlb etmiş, xalqın yaradıcı təfəkkürünün məhsulu olan nümunələrə diqqət artmaqda davam edir. Azərbaycan muğam sənətinin, aşıq musiqisinin, Novruz bayramının dünyanın məddi-mənəvi dəyərləri  sırasında özünəməxsus yer alması və bu irsin dünyanın şah əsərləri sırasında adının hallanması Azərbaycanın qədim tarixi kökləri, mədəniyyəti olduğunu təsdiqləyən faktordur. Bu dəyərlərin ardınca Azərbaycan xalçasının diqqətdə olması və YUNESKO-nun şah əsərləri  sırasında daxil edilməsi ilə bağlı işlərin aparılması böyük yaradıcılıq ənənələrinin Azərbaycanda ehtiva olunduğunu göstərir. Azərbaycan xalçasının YUNESCO-nun mədəni irs siyahısına daxil edilməsi istiqamətində işlər davam edir. Bununla bağlı artıq YUNESKO komitələrində müzakirələr keçirilib. Məsələ noyabr ayında  həllini tapmalıdır.

Dünya mədəniyyəti içərisində yeri olan Azərbaycan xalçası özünün məxsusi ornamentləri ilə fərqlənən sənət nümünəsidir. Belə ki, Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Xalq sənətlərinin ən geniş yayılmış növü Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuşaz qala xalqın rəmzinə çevrilmiş xalça sənətidir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovluxovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə, yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda, yüksək estetik əhəmiyyət kəsb edir.

Arxeoloji materiallara və yazılı mənbələrə əsasən, Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən məşğul olmuşlar. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun üzərində gül - çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsindən aşkar edilmiş qızıl camın səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalça sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofontbaşqa qədim dünya tarixçiləri məlumat vermişlər. Sasanilər dövründə Azərbaycanda xalça sənəti daha da inkişaf etdi, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxundu. Alban tarixçisi Musa Kalankatlı Azərbaycanda toxunulan ipək parçalar və rəngarəng xalçalar haqqında məlumat verir. Qızıl-gümüş saplarla toxunanqaş-daşla bəzədilən xalça istehsalı ötən əsrlərdə ənənəvi xarakter almışdır. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. Baha başa gəldiyindən, əsasən, feodallar üçün toxunulan bu cür xalçalar "zərbaf" adlanırdı. Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızıl-gümüş saplarla toxunulmuş xalça haqqında məlumat verir. Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. X əsrə aid "Hüdud əl-aləm" əsərində naməlum müəllif Muğanda toxunulan palasçullardan, Naxçıvanın zili toxunuşlu xalılarından məlumat verir, "Kitabi-Dədə-Qorqud" dastanında Azərbaycanın ipək xalçaları, Əbül Üla Gəncəvi, NizamiXaqaninin  əsərlərində xovluxovsuz xalçalar tərənnüm olunur.

1872-ci ildə Moskvada " Moskva- Politexnik" sərgisində və 1882-ci ildə "Ümumrusiya sənaye və incəsənət sərgisi"ndə nümayiş etdirilən Bakı, Quba, Şamaxı, Gəncə, Şəki, Qazax, Cavad qəzası və başqa yerlərdən gətirilmiş xalçalarxalça məmulatlarının ən yaxşı nümunələri qızıl və gümüş medallara layiq görülmüşdü. 1872-ci ildə Vyanada, 1911-ci ildə Turində, 1913-cü ildə Londonda və Berlində təşkil edilmiş beynəlxalq sərgilərdə nümayiş etdirilən eksponatların əsas hissəsi Azərbaycandan aparılmış xalçaxalça məmulatlarından ibarət idi.

Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Burada xovsuz xalçaların bütün nümunələri təqdim edilmişdir, digər ölkələrin xalça sənətində isə bu nümunələr az miqdarda təmsil olunur. Bundan çıxış edən Alman sənətşünası Q.Rop "Şərq xalçası" kitabının "Qafqaz xalçaları" bölməsində buradakı xalçaların Asiya xalçalarından daha erkən əmələ gəldiyini, xovsuz xalçalardan - kilimlərin Qafqazda ən yaxşı olduğunu sübut edir. Xovsuz xalçaların, ümumiyyətlə, xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür.

Azərbaycan xalçaçılıq məktəbləri. Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə, şərti olaraq, 7 xalçaçılıq məktəbinə bölünür:Quba, Bakı, yaxud Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz. Bu məktəblərin xalçalarında az rənglərlə ahəngdar kolorit yaradılır. Gəncə - Qazax xalçalarının naxışları hələ orta əsrlərdə Avropa rəssamlarının marağını cəlb etmiş, italyan rəssamı Karlo Krivelonun "Müjdə", alman rəssamı Hans Holbeynin "Elçilər" tablolarında bu xalçaların təsviri verilmişdir.

Azərbaycanın Cənub - qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda - dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri əl-Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq, yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın dağlıq zonasında xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Malıbəyli, Çanaxça, Tuğ, Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Tutmas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur. Öz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxil edilir.

Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağbaşqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan, eləcə də, Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.

Azərbaycan xalça sənətinin sonrakı inkişaf dövrü XX əsrin ortalarına təsadüf edir. Bu dövrdə Azərbaycan xalça sənətinin inkişafı bir neçə istiqamətdə davam edərək, çox cəhətli xarakter daşımışdır. Respublikanın rayon və kəndlərində xalça sənəti ənənələri ayrı-ayrı xalça ustaları tərəfindən davam etdirilir. Onların ənənəvi çeşnilərdə toxuduqları xalçalarda klassik kompozisiyalara yaradıcı münasibət qabarıq şəkildə özünü göstərir. Eyni zamanda, xalçaçılıqda yeni-yeni kompozisiyalar, naxış elementləri meydana gəlir. Yeni yaranan çeşnilərdə nisbətən əyri xətlərlə işlənmiş nəbati naxışlara, insan, heyvan, quş təsvirlərinə, lirikromantik üslubda yaradılmış süjetli kompozisiyalara meyil üstündür. Xalça sənətinin inkişafının digər bir qolu "Azərxalça" İstehsalat Birliyinin fəaliyyətidir. "Azərxalça"nın sex və emalatxanalarında toxunan xalçalarda ənənəvi naxış, göl və rənglərdən ustaların yaradıcı şəkildə etdiyi dəyişmələr klassik xalça kompozisiyalarının sayını artırıb zənginləşdirir. Xalça sənətinin digər bir qolu peşəkar rəssamlar tərəfindən davaminkişaf etdirilir. Onların yaratdıqları yeni ornament və çeşnilər əsasında toxunan xalçalar klassik kompozisiyaların zənginləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.  Bu xalçaların kompozisiya, rəsm həlli və koloritində bəzən klassik kanonların pozulmasına baxmayaraq, müxtəlif bədii və texniki vasitələr mövzunun açılmasına kömək edir.

Azərbaycanda xalçaçılığın inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir. Xalçaçılıq sənət və elm sahəsi kimi Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də, incəsənət yönümlü kolleclərdə tədris edilir. Xalçaçılıq sənət kimi texniki peşə məktəblərində, uşaq rəsm qalereyalarında və digər yerlərdə öyrədilir. Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın xalq rəssamı Lətif Kərimovun adı ilə bağlıdır. Şərq, o cümlədən, Azərbaycan xalçası və dekorativ - tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist - rəssam, tədqiqatçı-alim kimi tanınan Lətif Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq etmiş, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirmiş, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır. L.Kərimovun eskizləri əsasında toxunmuş "Əfşan", "Qonaqkənd", "Ləçəktürünc", "Şuşa", "Göygöl", "Qarabağ", "İslimi", "Butalı", "Bahar", "Heyvanlar aləmində", "Şəbi-hicran", "Zərxara" və s. ornamentalportret xalçalar ornament elementlərinin uyarlığı, kompozisiya bitkinliyi, rəsmlərinin zərifliyi və ifadəliliyi, zəngin koloritinə görə xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir. 1986-cı ildə Londonda açılmış fərdi sərgisi böyük müvəffəqiyyətlə keçmiş, sərgidə rəssamın "Bəndi-Rumi", "Ləçəkturunc", "Xətai", "Açma-yumma" və s. xalçaları nümayiş etdirilmişdir. L. Kərimovun çoxcildli "Azərbaycan xalçası" əsərində 1300-dən artıq Azərbaycan xalça ornament elementinin təhlili verilmişdir.

Xalçaçılıq Azərbaycan xalq-tətbiqi incəsənətinin ən qədim və geniş yayılmış növlərindən biri sayılır. İncəsənətin Azərbaycan xalqı tərəfindən sevilən bu növü əsrlərlə nəsildən-nəslə qayğı ilə verilmişdir. Onun naxışlarının dili, kaloriti hər kəsə yaxın və aydın olmuşdur. Naməlum sənətkarlar bədii kamilliyi ilə indi də sevilən, təəccübləndirən nadir xalçalar yaratmışlar.

Azərbaycan qadın ustalarının əlləri ilə yaradılan gözəl xalçalarxalça məmulatları Sankt-Peterburqda Ermitaj, Londonda ViktoriyaAlbert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı kimi dünyanın böyük muzeylərini, habelə, Bakıda Azərbaycan Xalçaçılıq və Azərbaycan Tarixi muzeylərini bəzəyir.

Tarixi mənbələrdə Azərbaycanda xalçaçılığın yüksək inkişaflı, istehsalı və onların müxtəlif ölkələrə çıxarılması haqda çoxsaylı məmulatlar saxlanılmışdır.

 

 

Zümrüd

 

Səs.- 2010.- 8 iyul.- S. 12.