Milli dövlətçilik təfəkkürünün
başlanğıcı
Ulu öndər
Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən
ötən 41 ilin ölkəmizin
inkişafında, beynəlxalq
aləmdə imicinin daha
da möhkəmlənməsində,
xalqın sosial-rifah halının
yaxşılaşdırılmasında və dövlətimizin
gələcək strategiyasının müəyyənləşdirilməsində
rolu ilə bağlı
ziyalılarımız bildirdilər ki, 14 iyul 1969-cu il Azərbaycan
xalqının Heydər Əliyev müdrikliyinin
işığında birləşdiyi əlamətdar gündür.
Məzahir Bayramov:
"14 iyul 1969-cu il Azərbaycan
xalqının Heydər Əliyev müdrikliyinin
işığında birləşdiyi əlamətdar gündür
YAP Tovuz rayon təşkilatının
sədri Məzahir Bayramov ulu öndər Heydər Əliyevin
41 il bundan əvvəl Azərbaycana rəhbər seçilməsi
hərtərəfli inkişafa zəmin
yaratdığını söylədi:
- 1969-cu il 14 iyul. Bu tarix
xalqımızın yaddaşında ən yaddaqalan, mübarizə
və islahatların, yüksəliş və tərəqqinin
əsası qoyulduğu gün kimi yaşayır. Məhz
1969-cu il iyulun 14-ü Azərbaycanın bütün tarixi
boyunca ən böyük ictimai-siyasi xadim, görkəmli
dövlət başçısı, ümummilli liderimiz Heydər
Əliyev Azərbaycanın rəhbəri vəzifəsinə
gəldi. Xalqın ən ağır günündə rəhbər
seçilən Heydər Əliyev ölkəmizdə hər
şeyi yeniləşdirmək, saflaşdırmaq, dirçəltmək,
inkişaf etdirmək uğurunda fəaliyyətə,
mübarizəyə başladı. Həmin tarixdən 41 il
keçməsinə baxmayaraq, xalqımız ulu öndərimizin
uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış
siyasətinin bəhrəsini görür, bu məktəbin
layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin
şəxsində Azərbaycanın firavan gələcəyinə
zəmin yaradan siyasəti dəstəkləyir. Həmin
dövrdən bəri nəsillər dəyişsə də,
ulu öndərimizin qoyduğu siyasi-iqtisadi və ideoloji kurs
xalqın bütün təbəqələri tərəfindən
dəstəklənir. Çünki Azərbaycan
xalqının taleyində 14 iyul 1969-cu il şərəfli,
tarixi bir gündür. 41 il öncə bu hadisənin şahidi
olanlar Azərbaycanın yeni tarixində hansı epoxanın
başlandığının fərqində deyildilər. Bu
da təbii idi. Azərbaycanın gələcəyi və
fundamental inkişafı üçün tarixi önəm kəsb
edən Heydər Əliyev epoxası yenicə
başlayırdı. Bu epoxanın mahiyyətini və Azərbaycanın
inkişaf tarixindəki yerini təsəvvür etmək
üçün onu yaşamaq, bu dövrün Azərbaycanın
siyasi, sosial-iqtisadi, milli-vətənpərvərlik həyatındakı
önəmini dərk etmək lazım idi. Bu da faktdır ki, hər
şeyin gerçək dəyər və əhəmiyyəti
müqayisədə aşkarlanır. Bu gün birmənalı
şəkildə qeyd etmək olar ki, ümummilli liderimiz Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr
bütün parametrlərinə, statistik və qeyri-göstəricilərinə,
nəhayət, Azərbaycan xalqının canlı
yaddaşındakı yerinə görə bütün müqayisələrdən
yüksəkdir.
41 il öncə
başlanan yol ulu öndərimiz Heydər Əliyevin xalqı,
milləti ilə bütünləşməsi, bütövləşməsi
yolu olub. Bu illərin heç birində O, xalqından ayrı,
kənarda olmayıb. Və ən əsası odur ki, xalq, millət
bu illər ərzində heç vaxt özünü
ümummilli liderimiz Heydər Əliyevdən, Onun böyük
və müdrik rəhbər dühasından ayrı görməyib.
Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı bu illərdə
özünü tənha, arxasız və güvənsiz hiss
etməyib. Bütün hallarda Azərbaycan xalqı üz
tutacağı, müdrikliyinə istinad edib köməyə
çağıracağı rəhbəri görüb və
Ona güvənib.
Təsadüfi deyil ki, başabəla liderlərin, bivec hakimiyyətlərin "idarəçiliyinə" altı il tab gətirən Azərbaycan xalqı 1993-cü ilin yayında müstəqil dövlətçiliyimiz, milli gələcəyimiz uçurumun kənarında dayananda, Azərbaycanı vətəndaş qarşıdurması, zülmət və parçalanma gözləyəndə yenə öz gerçək liderinə - ümummilli liderimiz Heydər Əliyevin müdrikliyinə üz tutdu. Bu, xalqın liderinin xalqın çağırışına səs verib, Onun hüzuruna qayıdışı idi. Bu, eyni zamanda, xalqın artıq qəribsədiyi güvənli, təhlükəsiz və arxayın həyata qayıdışı, sabaha inam və etimadının bərpası idi...
Məlumdur ki, tarix şəxsiyyəti yaradır. Ulu öndərimiz Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycanın tarixidir. O, Allahın qüdrəti və verdiyi ömür sayəsində bu dövlətin uğurları, bu xalqının sabahı naminə hələ çox iş görmək əzmindədir. Ümummilli liderimiz Heydər Əliyev zirvəsindən Azərbaycanın dünəni və bugünü ilə yanaşı, gələcəyi, rifahlı sabahı da aydın görünür.
Möhübbət Bədəlov:
"Ümummilli liderimiz
Heydər Əliyev siyasəti Azərbaycanın bugününün və gələcəyinin
təminatıdır"
YAP Naftalan rayon təşkilatının
sədri Möhübbət Bədəlov ümummilli liderimiz
Heydər Əliyev siyasətinin Azərbaycanın
bugününün və gələcəyinin təminatı
olduğunu vurğuladı:
- Azərbaycan 1969-cu ildə
ulu öndər Heydər Əliyev hakimiyyətə gələndə keçmiş ittifaqın ən
geridə qalmış respublikası idi. 1971-ci ildə Azərbaycan
inkişafın tempinə və sürətinə görə
keçmiş sovetlər birliyində ən qabaqcıl
respublikaya çevrildi. Çox qısa zamanda ölkənin mənəvi-psixoloji
iqlimini, insanların ölkəyə və rəhbərliyə
münasbətini dəyişmədən bu kimi yenilikləri əldə
etmək mümkün olmazdı. Ulu öndər Heydər Əliyevin
41 il bundan əvvəl Azərbaycana rəhbər seçilməsi hərtərəfli
inkişafına zəmin yaratdı. Həmişə zaman
böyük tarixi şəxsiyyətlərə ehtiyac duyub. Azərbaycanın
ulu öndər Heydər Əliyevə ehtiyacı olanda
ümummilli lider o tələbə uyğun olaraq tarixi
çağırışa cavab verərək, hakimiyyiətə gəldi. Ulu
öndər Heydər Əliyevin hakimiyyətinin hər iki
dövründə xalqın bu ehtiyacı özünü
qabarıq şəkildə büruzə verib. Hələ
ümummilli liderin hakimiyyətinin birinci dövründə
görülən işlərin ondan sonra baş verəcək
dəyişikliklər üçün nə dərəcədə
zərurət olduğu aydın idi. Azərbaycan 1990-cı illərin
əvvllərində fəlakət astanasında olanda yenə
də xalqın çağırışına səs verən
ulu öndər Heydər Əliyev tarixi missiyasını yerinə
yetirmiş oldu. 1969-cu ildə əsası qoyulan yol, konsepsiya,
müəyyənləşdirilən siyasət Azərbaycana
xidmət edir. Ötən bu dövrdə dünya da dəyişib.
Sovetlər birliyi dağılıb, tamamilə başqa bir cəmiyyət
qurulub. Bu cəmiyyətə uyğun olaraq Azərbaycan sürətlə
inkişaf edir. Azərbaycanın yüksəlişində,
inkişafında ifadə olunan Heydər Əliyev siyasətinin
əsas xətti qalmaqdadır. 41 il ərzində bu siyasət
yürüdülüb, Azərbaycana xeyir gətirib. Ölkəmizdə
bu gün ümummilli liderimiz Heydər Əliyev siyasəti
uğurla davam etdirilir.
Bu 41 ildə Azərbaycan
keçmiş sovetlər birliyinin ən dinamik inkişaf edən
respublikası imicini qazandı. Bu gün isə məmnunluq hissi ilə qeyd etmək
lazımdır ki, ulu öndərimiz Heydər Əliyevin
yaratdığı müasir, müstəqil Azərbaycan
dövləti bütün dünyada ən dinamik
iqtisadiyyatı olan, böyük
sürətlə inkişaf edən dövlət adını
qazanıb. Bu, onu göstərir ki, Heydər Əliyevin müəyyənləşdirdiyi
yol bütün ideoloji çərçivələrdə əhmiyyətli
dəyişikliklərin baş verməsinə baxmayaraq xalqa və dövlətə xidmət
edir.
Ümummilli liderimiz Heydər Əliyev şəxsiyyəti vasitəsilə Azərbaycan xalqı özünün tarixini, mədəniyyətini, layiq olduğu yeri bir daha cəmiyyətə göstərə bildi. Onun fəaliyyətində, ilk növbədə, azərbayacançılıq çox qabarıq surətdə özünü göstərməyə başladı. Doğrudur, dövr bir çox məhdudiyyətlərlə bağlı idi. Açıq şəkildə bir çox məsələləri demək olmurdu. Ancaq bununla belə, ümummilli liderimiz Heydər Əliyev həmin məhdudiyyətlər içərisində azərbaycançılığı gücləndirə bildi. İmkanlardan istifadə edərək, Azərbaycanda iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına güclü təkan verirdi. Qısa bir müddətdə ölkəmiz aqrar sənaye böləgəsindən sənaye aqrar bölgəsinə çevrildi. Bu illər ərzində Azərbaycanda 250 yeni müəssisə tikildi. Hər müəssisədə 300-500 nəfər işlə təmin edildi. Kənd təsərrüfatı mexanikləşdirildi. Ən yeni texnikalar gətirildi. Kənd yerlərində əhalinin güzəranı yüksəlməyə başladı. Elmin və mədəniyyətin inkişafına çox böyük diqqət yetirildi. Ümummilli liderimiz Heydər Əliyevin dövründə bir neçə ali məktəb açıldı. Mövcud ali məktəblərin maddi-texniki bazası və onun potenisialı möhkəmləndi. Onun apardığı məqsədyönlü siyasət nəticəsində gənclərimiz ölkəmizdən kənardakı ali məktəblərdə təhsil almağa başladılar. İlk Azərbaycan diasporunun əsası, məhz həmin dövrlərdə qoyuldu.
Ümummilli liderimizin həyatı bunu tam deməyə əsas verir ki, Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə Heydər Əliyev başa düşək.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 10 iyul.- S. 3.