"Diplomatiya liderlik etməli, Azərbaycanın əksər sahələrinə örnək olmalıdır"

 

- Məlum olduğu kimi, iyulun 9-da Azərbaycanda diplomatların peşə bayramı qeyd olunur. Bu münasibətlə Sizi səmimi qəlbdən təbrik edir bu sahədə uğurlar arzulayırıq. Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan diplomatiyasının nəticələrini necə qiymətləndirirsiniz?

- Təbrikə görə çox saq olun.

Müstəqil Azərbaycan yaranan andan Azərbaycan diplomatiyası ilk sıralarda bu müstəqilliyi təmin edib. Diplomatlar bu müstəqilliyi beynəlxalq arenada ildən-ilə təsdiq edən insanlardır.

Bu illər ərzində Azərbaycanın keçdiyi yola, ölkənin əldə etdiyi nailiyyətlərə nəzər saldıqda, onda diplomatiyanın müəyyən rolunu görmək çox xoşdur. Azərbaycan dünyanın siyasi xəritəsində ayrıca suveren dövlət kimi öz mövqelərini müəyyən edib bu da Azərbaycan diplomatiyasının qürur duyacağı haldır. Şəxsən mənə gəldikdə, keçmişdə ABŞ-da səfir olduğum zaman Azərbaycanın Vaşinqtonda tanınmasına məsuliyyət daşımışam. Həmin fəaliyyətimdən razıyam, belə ki, Azərbaycan-ABŞ münasibətləri sıfır səviyyəsindən strateji tərəfdaşlıq səviyyəsinə gəlib çatıb indi bu proses davam edir. Hazırkı fəaliyyətimə gəldikdə isə hesab edirəm ki, gələcəkdə böyük işlər görəcək gənc diplomatlar hazırlamaqla, ön cərgələrdə xidmət etməkdə davam edirəm.

- Yaxın perspektivdə Azərbaycan diplomatiyası qarşısında hansı əsas vəzifələr durur?

- Azərbaycan diplomatiyasının vəzifələri suveren dövlətimiz yaranmağa başladığı dövrdə mövcud olan vəzifələrlə eynidir. Bunlar müstəqilliyi möhkəmləndirmək, Azərbaycanın yalnız Cənubi Qafqaz regionunda deyil, həm bütün mənalarda liderliyinin möhkəmləndirməsinə çalışmaqdır. Diplomatiyanın müvəffəqiyyəti Azərbaycanın digər sahələrdəki nailiyyətlərini müəyyən edir. Məhz diplomatiya liderlik etməlidir Azərbaycanın əksər sahələrinə örnək olmalıdır.

- Azərbaycanlı diplomatların qarşısında duran başlıca vəzifələrdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasıdır. Siz bu münaqişənin yaxın gələcəkdə həlli perspektivlərini necə qiymətləndirirsiniz?

- Mən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edirəm. Bunun üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəflərə razılığa gəlməkdə kömək edən beynəlxalq vasitəçilər tərəfindən çox görülür. Bu, mürəkkəb münaqişədir proqnozlar vermək çətindir. Lakin Azərbaycanın hazırda dünya arenasında əhəmiyyətli uğurlar əldə etməklə ayaqüstə çox möhkəm durması faktı bu münaqişənin həllinə kömək edir.

Əgər dünyada Azərbaycanı uğurla inkişaf edən ölkə kimi daha çox tanısalar, stereotip ikili standartları dağıtmaq üçün beynəlxalq ictimaiyyət münaqişənin mahiyyəti barədə daha yaxşı məlumatlı olsa, problemin sülh yolu ilə həllinə çatmaq daha asan olar.

- Azərbaycan Diplomatiya Akademiyasının fəaliyyət dövründə hansı nailiyyətlər əldə olunub?

- Azərbaycan Diplomatiya Akademiyası nisbətən yeni institutdur. Onun prioritet vəzifəsi bizim xaricdəki diplomatik missiyalarımıza lazım olan ixtisaslı diplomatların hazırlanması üçün platformanın yaradılmasıdır. Odur ki, rektor qismində öz işimi çox məsuliyyətli sayıram. Azərbaycanın missiyalarının sayı sürətlə artır bizim vəzifəmiz səfirlik konsulluqları təcrübəli kadrlarla təmin etməkdir. Mən gənc diplomatların maariflənməsinə həsr etdiyimiz ilk illərin nəticəsindən çox razıyam. İldə orta hesabla xaricdəki nümayəndəliklərimizdə uğurla çalışan 30 diplomat-məzunumuz olur. Səfirlərin rəyinə görə, onlar keçmiş tələbələrimizin hazırlıq səviyyəsindən çox razıdırlar.

- Diplomatiya Akademiyanın planlarında çoxlu layihə var. Onlardan hansı hazırda uğurla həyata keçirilir?

- Bizdə gənc diplomatların ixtisaslarının artırılması üzrə proqramdan başqa, artıq ikinci ildir magistraturaya qəbul aparılır. Bu proqram böyük uğur qazanıb. Bu, bizim regionda bütün dünya üçün əhəmiyyət kəsb edən çox mühüm əhəmiyyətli proseslərin getməsi ilə bağlıdır. Xəzər dənizi regionunun öyrənilməsi üzrə proqram xüsusi maraq doğurur. Ötən il magistraturanın birinci kursundakı 22 tələbədən 8-i əcnəbi tələbə olub. İndi təşkil etdiyimiz qrupda isə 12 əcnəbi tələbə magistr dərəcəsi ala biləcək.

Daha mühüm vəzifə Akademiyamızı elmi-tədqiqat mərkəzinə çevirməkdir. Bu istiqamətdə layihələrdən biri enerji məsələləri üzrə yay məktəblərinin təşkilidir. Bu həftə 20 ölkədən 40-dan çox insanın iştirak etdiyi, say etibarilə dördüncü yay məktəbi açılıb.

Bu layihə çox populyar unikaldır. Azərbaycan, xüsusilə Bakı öz-özlüyündə neft-qaz sənayesinin laboratoriyası kimidir. Ölkə xarici mütəxəssislər üçün enerji sahəsinin tarixi inkişafı, eləcə neft-qaz məsələləri ilə bağlı müasir siyasi iqtisadi proseslər baxımından maraq doğurur. Buna görə cari ildə yay məktəbinə qəbul elan edilən zaman bizə həm xaricdən, həm ölkəmizdən 200-ə yaxın ərizə daxil oldu. Biz yay məktəbində tədrisin aparılması üçün ABŞ, Avropa Asiyanın aparıcı ali məktəblərinin professorları enerji şirkətlərinin nümayəndələrini dəvət etmişik.

Bu məktəbin məqsədi xarici mütəxəssisləri müasir Azərbaycanla, bizim nailiyyətlərimiz reallığımızla tanış etməkdən ibarətdir. Bu, işimizin çox vacib hissəsidir. Buna görə hesab edirəm ki, Azərbaycan diplomatiyasının növbəti bayramında qürur duyacağımız çox şey var.

 

 

Hafiz Paşayev

 

Səs.- 2010.- 10 iyul.- S. 4.