Azərbaycanın
müstəqillik tarixinin əsası 1969-cu ildən qoyulub
Mübariz Qurbanlı: " Azərbaycan
dövlətçiliyinin söykəndiyi təməl
prinsipləri Heydər Əliyev tərəfindən
qoyulub"
- Mübariz müəllim, ulu öndər Heydər
Əliyevin Azərbaycana
rəhbərliyə gəlməsindən 41 il ötür. Bu 41 il
Azərbaycanın ictimai-siyasi, mədəni, elmi və
digər sahələrinin
inkişafında
hansı önəmli təsirlərlə əlamətdar oldu?
- Ulu
öndər Heydər Əliyevin Azərbaycanda siyasi
hakimiyyətə gəlişinin 41-ci ildönümünü
qeyd edirik. Ulu öndərin 1969-cu il 14 iyulda Azərbaycanda
rəhbərliyə gəlməsi
Azərbaycanın ən yeni tarixinin dönüş
mərhələsinin başlanğıcı idi. Həmin dövrdə Heydər Əliyevin siyasi
rəhbərliyə
gəlişinin əhəmiyyəti, Azərbaycanın
sonrakı mərhələdə əldə etdiyi
uğurları öncə ulu öndər Heydər Əliyevin
Azərbaycana rəhbərliyə gəlişinə
qədərki vəziyyətə nəzər salmaq
lazımdır. Hər bir
hadisədə nailiyyəti, mənanı anlamaq
üçün mütləq müqayisə aparmaq
lazımdır. Heydər Əliyev və müstəqil
Azərbaycan. Bunlar biri-birinə bağlı olan
məsələlərdir. Biz Heydər Əliyevin
siyasətindən danışanda müstəqil Azərbaycanın
quruculuğunu aydın şəkildə görürük.
Müstəqil Azərbaycanın Konstitusiyası Heydər
Əliyevin şah əsəri olaraq Azərbaycan
dövlətinin iqtisadi-siyasi əsaslarının
müəyyənləşdiricisidir. Azərbaycan
dövlətçiliyinin söykəndiyi təməl
prinsipləri Heydər Əliyev tərəfindən
yaradılıbdır.
1969-cı ildə ulu öndər Heydər
Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi
dövrdə həm SSRİ-i məkanında, həm
Azərbaycanda sosial,iqtisadi, siyasi, mədəni və ictimai
həyata nəzər salsaq, Azərbaycanın o dövrdə
bir respublika kimi SSRİ-nin müttəfiq bir respublikası kimi
iqtisadi baxımdan ittifaq miqyasında
digər respublikalardan geri qaldığını görərik.
İstər kənd təsərrüfatının
istehsalı, istər sənaye məhsulu istehsalı
baxımından müqayisəli
şəkildə baxdıqda, Azərbaycanın
inkişaf etmədiyini görürük.
Azərbaycanın iqtisadi baxımdan inkişafdan geridə
qalması müşahidə
olunurdu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə
gəlişi ilə
Azərbaycan qısa zaman kəsiyində ittifaq
miqyasında iqtisadi baxımdan özünü təmin
etməyə qadir olan respublikalar sırasına daxil oldu.
SSRİ dağılmaq ərəfəsində bir
neçə müttəfiq respublika iqtisadi baxımdan
özünü təmin edə bilərdi. Bunlardan biri Rusiya
Federasiyası, Ukrayna, digəri isə Azərbaycan idi. Qalan respublikalar ittifaq
büdcəsi hesabına yaşayırdılar,ittifaq
büdcəsindən əlavə vəsaitlər
alırdılar, halbuki Azərbaycan özü-özünü
maliyyələşdirmək imkanına malik idi. Bütün bunlar da ulu öndər Heydər
Əliyevin hakimiyyətinin birinci dövründə
yaradılmış iqtisadi potensial sonrakı
mərhələlərdə müstəqillik illərində
Azərbaycan üçün çox əhəmiyyətli bir
rol oynadı. Ulu öndər
Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətdə olduğu birinci
dövrdə gələcək
müstəqil Azərbaycanın iqtisadi, sosial, mənəvi
və psixoloji bazasını yaratdı. Hakimiyyəti
illərində ulu öndər Heydər Əliyevin həyata
keçirdiyi daxili siyasət sayəsində Azərbacanda milli
özünüdərk, milli
özünəqayıdış,milli
vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar
atıldı. Milli şüurun inkişafı, milli tarixin
öyrənilməsi, milli kadrların yetişdirilməsi, o
cümlədən, Azərbaycanda milli ruhun
yüksəldilməsi istiqamətində keçirilmiş bir
çox tədbirlər sonrakı dövrdə, bizim
üçün, millətimiz üçün,
dövlətimiz üçün çox ciddi rol
oynadı. Ulu önədər Heydər Əliyevin
gələcək müstəqil dövlətin köklü,
fundamental əsaslarını hakimiyyətinin ilk
dövründə yarada bilmişdi. Ulu öndər Heydər
Əliyevin hakimiyyəti ilə bağlı çox
əhəmiyyətli tədqiqat işləri, fundamental kitablar
yazılıbdır. Ulu öndər Heydər Əliyevin
hakimiyyət illəri Azərbaycanın dönüş,
dirçəliş dövrü idi. Ulu
öndər Heydər Əliyevin yaratdığı həmin
əsaslar 1988-ci ildə Azərbaycana qarşı
Ermənistanın ərazi iddialarının yenidən baş
qaldırdığı bir vaxtda özünü xalqın
ayağa qalxmasında büruzə verdi. Ümummilli lider
Heydər Əliyevin yetişdirdiyi milli kadrlar müstəqil
Azərbaycanın yaradılmasında rol oynamaqla ərazi
bütövlüyünün qorunmasında ciddi iş
apardılar. Dahi rəhbərimizin başladığı
siyasət milli ordunun quruculuğu istiqamətində,
iqtisadi-sosial həyatda atılan addımlar bizim
üçün çox əhəmiyyətli bir rol
oynamaqdadır. Ümummilli lider Heydər Əliyev böyük
bir yolun başlanğıcını qoyubdur. 1993-1998, 1998-2003
-cü illərdə Azərbaycanın rəhbəri olduğu
dövrdə başladığı müstəqil
Azərbaycanın quruculuğu işlərini davamlı olaraq
həyata keçirmişdir və müstəqil
dövlətin quruducusu, yaradıcısı kimi Azrbaycan
tarixində ümummilli lider səviyyəsində
özünə yer tutmuşdur. Ulu öndər Heydər
Əliyevin yaratdığı müstəqil Azərbaycan
dövləti 1969-cu ildə başladığı
siyasətin məntiqi davamıdır. Bu yol güclü,
qüdrətli, zəngin, lider yolu deməkdir. Bu
yol bütün dünya azərbaycanlıların
azərbaycançılıq ideologiyası ətrafında
birləşdirilməsi deməkdir. 41 il bundan əvvəl
başlanan yol bundan sonra Azərbaycan üçün
aparıcı yol olacaq və Azərbaycan xalqı daimi ulu
öndər Heydər Əliyev yolu ilə gedəcəkdir.
- Ulu öndər Heydər
Əliyevin varislik prinsipi nə dərəcədə qorunub
saxlanılır və inkişaf
etdirilir?
- Ümummilli lider Heydər
Əliyev Azərbaycan dövlətçiliyinin fundamental
prinsipini yaradıbdır. Hər bir
dövlət müəyyən ideoloji, siyasi prinsiplərə
söykənir. Ulu öndərimiz
Azərbaycan dövlətçiliyi, Azərbaycanın
inkişafı üçün altı mühüm prinsip
müəyyənləşdirib. Bu
prinsiplər içərisində başlıca prinsip
azərbaycançılıqdır. Azərbaycançılıq,
eyni zamanda, sosial ədaləti, qanunçuluğu və
digər başqa prinsipləri də özündə
birləşdirərək, ölkəmiz üçün
əsaslı rol oynayır. Varislik prinsipi Azərbaycan
siyasətində çox əhəmiyyətli yer tutur və
cənab Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Azərbaycan dövlətinin
söykəndiyi varislik prinsipi dövlət idarə modeli,
iqtisadi model. Eyni zamanda, əldə etdiyimiz
uğurların növbəti mərhələdə daha da inkişaf etdirilməsi
ilə ölkəmizin irəliyə aparılmasına
xidmət edir. Varislik
ictimai, iqtisadi, siyasi, sosial, ideoloji baxımdan
ölkənin inkişaf
etdirilməsi deməkdir. Ulu öndər
Heydər Əliyevin siyasi varisi cənab Prezident İlham
Əliyev ölkəmizin sürətli inkişafı
üçün çox ciddi addımlar atır. Cənab Prezident Azərbaycanın iqtisadi inkişaf
modelini daha yüksək səviyyəyə
qaldırmışdır. Bu gün
dünyanı bürüyən qlobal iqtisadi böhran
şəraitində Azərbaycanın əldə etdiyi
uğur, inkişaf göz önündədir. Cənab Prezident Zaqatalada əhali ilə
görüşərkən ölkəmizin iqtisadi
inkişafının dinamik xarakter aldığını
bildirdi. Bu iqtisadi uğurların
sizləri, bütün Azərbaycan xalqının
yaşayış durumunu daha da yaxşılaşmasına
yardımçı olduğunu qeyd etdi. Azərbaycanın
inkişafının əsasında dayanan fundamental prinsiplər
sırasında varisliyin daha yüksək səviyyədə
qorunduğunu və inkişaf etdiyini Prezident İlham
Əliyevin həyata keçirdiyi daxili, xarici siyasətdə
qabarıq şəkildə görürük. Bu gün
ulu öndər Heydər Əliyev siyasəti cənab Prezidentimiz
İlham Əliyev tərəfindən uğurla davam etdirilir
və Qurtuluşdan böyük
qələbəyə doğru getməkdəyik.
- YAP-ın parlament seçkilərində hər
hansı bir partiyayla blok şəklində
iştirak etməsi nə dərəcədə
mümkündür?
- YAP 1993-cü ildən
seçkilərdə fəal iştirak edir. YAP
yarandığı vaxtdan prezident, parlament, bələdiyyə
seçkilərinə qatılıb və ciddi uğurlar
qazanıbdır. Bunun da kökündə
ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi
uğurlu siyasət dayanıbdır. YAP Azərbaycanda
aparıcı partiyadır. YAP həmişə
seçkilərə fərdi qaydada qatılıb və
uğurlar qazanıbdır.
- YAP həm də Siyasi Partiyaların
Məşvərət Məclisində təmsil olunur. Bu blokun parlament seçkilərində
iştirakı hansı formada nəzərdə tutulur?
- Siyasi Partiyaların
Məşvərət Məclisi bir sıra
məsələlərə münasibət bildirmək
üçün toplantılar keçirmək məqsədi
daşıyan funksiyanı yerinə yetirib. Məşvərət
Məclisi seçki bloku deyildir. Məşvərət
Məclisinə daxil olan partiyanın hər biri fərdi qaydada
seçkilərə qatılır. Biz
seçki kampaniyasını fərdi qaydada keçiririk.
- YAP-ın cəmiyyətdə nüfuzu hansı
mənbədən qaynaqlanır?
- YAP Azərbaycan
dövlətinin çox nüfuzlu partiyasıdır. Cənab Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi,
regionda lider partiyadır və ən güclü siyasi
təşkilatdır. YAP-ın ən böyük
gücü ulu öndər Heydər Əliyev ideyalarına
söykənməsidir.
Aylana Rzayeva
Səs.- 2010.- 13 iyul.- S. 4.