Mir Cəlal Paşayevin seçilmiş
əsərlərinin üçcildliyi
qırğız dilində
nəşr edilib
Azərbaycanın görkəmli yazıçısı
və alimi, professor Mir Cəlal
Paşayevin seçilmiş
əsərlərinin üçcildliyi
Qırğızıstanın paytaxtı Bişkekdəki
Türkdilli Dövlətlərin
Siyasətinə Dəstək
Fondunun və Azərbaycanda fəaliyyət
göstərən "Avromed"
şirkətinin dəstəyi
ilə qırğız dilində
nəfis şəkildə
nəşr edilmişdir.
Üçcildliyi qırğız
dilinə Qırğızıstan
Milli Yazıçılar
İttifaqının sədri
Abdrahman Alımbayev, ittifaqın katibi Seyit Altımışov, yazıçı Mukan Asanaliyev çevirmişlər.
Bişkekdəki "Biyiktik" nəşriyyatında
nəfiş şəkildə
nəşr olunmuş
üçcildliyin baş
redaktoru Qırğızıstan
Milli Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdıldacan Akmataliyev, redaktorları Qırğızıstanın xalq
şairi Sooronbay Cusuyev, Qırğızıstanın
xalq yazıçısı
Tölöqön Qasımbekov
və Beynəlxalq Aytmatov Akademiyasının
akademiki, xalq yazıçısı Cumadin
Kadırovdur.
Üçcildliyin tərtibatçıları
Ədibə Paşayeva,
Novruz Məmmədov və Aqil Hacıyevdir.
Kitabın baş məsləhətçisi
Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü Nizami Cəfərov, məsləhətçiləri akademik, dünya şöhrətli yazıçı
Çingiz Aytmatovun qardaşı İlgiz Aytmatov, Ədibə Paşayeva, Qənirə Paşayeva, Aqil Hacıyev, Cavanşir Məmmədov, Nüsrət
Məmmədov, Hikmət Məmmədov və Nəsir Məmmədovdur.
Üçcildliyə ön
sözü professor Aqil Hacıyev yazmışdır. Geniş
oxucu kütləsi üçün nəzərdə
tutulmuş, hər cildi 550 səhifəlik üçcildlik Qırğızıstanın
bütün kitabxanalarına,
elm və təhsil ocaqlarına pulsuz veriləcəkdir.
Qırğızıstan Milli Yazıçılar
İttifaqının sədri
Abdrahman Alımbayev üçcildliyin qırğız
dilinə tərcümə
olunmasına və nəşrinə göstərdikləri
köməyə görə
Bişkekdəki Türkdilli
Dövlətlərin Siyasətinə
Dəstək Fondunun prezidenti Nüsrət Məmmədova, Azərbaycanda fəaliyyət
göstərən "Avromed"
şirkətinin baş
direktoru Cavanşir Feyziyevə dərin minnətdarlığını bildirmişdir. Yeni nəşrin Qırğızıstan-Azərbaycan
ədəbi əlaqələrində
müstəsna rol oynayacağına əminliyini
bildirən Abdrahman Alımbayev vurğulamışdır
ki, bu nəşr
Sovetlər birliyi dağılandan sonra Qırğızıstan və
Azərbaycan ədəbi
əlaqələrində ilk
böyük hadisədir.
A.Alımbayev əlavə
etmişdir ki, bu hadisənin Qırğızıstan və
Azərbaycan tərəfindən
geniş təbliğinə
ehtiyac vardır. Akademik bildirmişdir ki, Qırğızıstan
alimləri bu kitab əsasında Mir Cəlalın yaradıcılığını tədqiq edəcək, yeni elmi əsərlər
yazılacaq, dissertasiyalar
müdafiə olunacaqdır.
Qeyd etmək yerinə düşər ki, Qırğızıstanda
Mir Cəlal Paşayevin yaradıcılığına
böyük maraq vardır. Görkəmli alim, yazıçı və pedaqoqun ədəbi və elmi irsinin öyrənilməsi
məqsədi ilə Qırğızıstan Milli
Kitabxanasında Mir Cəlal adına Azərbaycan Ədəbiyyatı
və Mədəniyyəti
Mərkəzi açılmışdır.
Bu yaxınlarda Bakıda Qırğızıstanın, Azərbaycanın
və Qazaxıstanın
görkəmli alim, yazıçı və jurnalistlərinin iştirakı
ilə Mir Cəlal Paşayevin Bişkekdə qırğız
dilində nəşr
olunmuş üçcildliyinin
təqdimat mərasiminin
keçirilməsi nəzərdə
tutulur.
Xatırladaq ki, indiyədək Türkdilli Dövlətlərin
Siyasətinə Dəstək
Fondunun təşəbbüsü
ilə Bişkekdə
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
rəhbəri, akademik
Ramiz Mehdiyevin rus və qırğız
dillərində "Azərbaycanlılara
qarşı soyqırımı
gerçəkliyi", "Gələcəyin strategiyasını
müəyyənləşdirərkən: modernləşmə xətti" əsərləri,
Mir Cəlal Paşayevin qırğız
dilində "Bir gəncin manifesti" povesti, Əməkdar Elm Xadimi, AMEA-nın
müxbir üzvü,
Milli Məclisin deputatı, akademiyanın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun elmi redaktorluğu ilə rus və ingilis
dillərində hazırlanmış
"Ermənilərin Azərbaycan torpağındakı əməlləri
haqqında tarixi faktlar", professor Aqil Hacıyevin "XIX əsrin ikinci yarısında rus ədəbiyyatında Azərbaycan
mövzusu", dahi Azərbaycan şairi Nizami Gəncəvinin
"Yeddi gözəl"
poeması və digər əsərlər
nəşr olunmuşdur.
Bu kitablar Azərbaycan həqiqətlərinin
dost qırğız xalqına çatdırılmasında
mühüm rol oynamışdır.
Mətləb
Səs.- 2010.- 15 iyul.- S. 5.