Azərbaycan mətbuatı
inkişaf etməkdədir
Bildiyiniz kimi, milli mətbuatın 135 illiyi ilə əlaqədar olaraq, tədbirlər keçirilir.
Bu tədbirlərdə,
redaksiya olaraq, siz necə iştirak
edirsiniz? Azərbaycan mətbuatının hazırkı
durumunu necə qiymətləndirirsiniz? Jurnalistlərin
sosial qayğılarının
həlli istiqamətində
görülən işlər
barəsində nə
deyə bilərsiniz? Bu suallarla bağlı
qəzet baş redaktorlarına müraciət
etdik.
- Bildiyiniz kimi, cənab Prezidentin Milli Mətbuatın 135 illiyi ilə bağlı Sərəncamı
var. Həmin Sərəncamda qeyd olunub ki, mətbuatımızın
135 illiyi dövlət
səviyyəsində keçirilsin.
Təbii ki, bizim redaksiyanın kollektivi də böyük məmnuniyyətlə
sözügedən tədbirlərə
qoşulacaq.
Azərbaycan mətbuatının
hazırkı durumunu müzakirə etmək çox çətindir. Ona görə ki, beş il
bundan qabaqkı mətbuatın durumu ilə indiki durum arasında tamamilə köklü fərqlər var. Yəni, 5-10 il bundan qabaq ölkə
mətbuatında "reketçiliklə"
məşğul olan jurnalistlərin sayı çox idisə, Mətbuat Şurasının
xətti ilə demək olar ki, artıq "reket" qəzetlərinin
tamamilə 70-80 fazinin
sıxışdırılması prosesi gedir. Bir sözlə, mətbuatımızda durulma
gedir. Yəni, Azərbaycan mətbuatında
mətbuata xidmət edəcək qəzetlərin
və agentliklərin sayı daha da artır. Düzdür, mətbuatımızda
problemlər var. Fikrimcə, sözügedən
problemlərdə Prezidentin
Sərəncamı, MŞ-nin
xətti ilə zaman-zaman həll edilərək, aradan qaldırılır.
Fikrimcə, sosial qayğılarının həlli
məsələsi ətrafında
danışmaq tezdir. Sözügedən sosial qayğılarla bağlı
olaraq kompleks tədbirlər olmalıdır.
Yəni, hansısa jurnalistlərin yaxşı
hal olmasına baxmayaraq, fond tərəfindən 500-1000 manat
və yaxud da ki, fond
və Mətbuat Şurası ilə birlikdə hansısa nazirlik tərəfindən
mükafatlandırılması sosial problemlərin həll olunması deyil. Burada sosial
problemlər, jurnalistlərin
mənzil problemindən
tutmuş ailə qayğısı və onların digər problemləri haqqında olan məsələlər
var ki, gələcəkdə
onlar da həll olunacaq. Bir sözlə, deyə bilərəm ki, jurnalistlərimizin maddi durumu bir
o qədər yüksək olmasa da, amma irələyişlər
də var.
- İlk öncə, qarşıdan gələn,
Milli Mətbuat Günü ilə əlaqədar bütün
mətbuat nümayəndələrini
təbrik edirəm. Bizim redaksiya da mətbuatımızın
ildönümü ilə
əlaqədar olaraq, keçirilən tədbirlərdə
iştirak edəcəyik.
Təbii
ki, milli mətbuatımızın 135 illiyinin
dövlət səviyyəsində
qeyd olunması cənab Prezident İlham Əliyevin mətbuatımıza göstərdiyi
qayğının bir
formasıdır. Ümumiyyətlə,
Azərbaycanda milli mətbuatın inkişafı
üçün ulu öndər Heydər Əliyevin dövründən
daim qayğı
və diqqət göstərilir.
Sözügedən siyasi
kurs Prezident İlham Əliyevin hakimiyyəti dövründə
də davam edir. Bu qayğıdan
"Azad Azərbaycan"
qəzeti olaraq, biz də daima
bəhrələnmişik. Fikrimcə, KİV-lərin
İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması ölkə
mətbuatının inkişafına
yönəldilmiş addım
idi.
Ölkə mətbuatının
daha yaxşı inkişaf etməsi üçün dövlət
tərəfindən nə
lazımdırsa edilir.
Bəs gəlin görək, biz mətbuatımızın inkişafı
üçün, bir mətbuat işçisi olaraq nə edirik? Mən deyərdim ki, çox cüzi işlər görürük.
Bir sözlə, biz bu gün
mətbuatın inkişafından
danışırıqsa, burada
olan bəzi problemləri özümüz
həll etməyə çalışmalıyıq.
Bildiyiniz kimi, jurnalistlərin problemləri çoxdur. Bir sözlə,
jurnalistikada olan insanların 90-95 faizini araşdırsaq, onların
sosial problemlərinin ağırlığı, öndədir.
İlk öncə, jurnalistlərin
mənzil şəraiti
ilə əlaqədar
olaraq, problemləri
var. Yəni, sözügedən
problemlərin aradan qaldırılması hesab
edirəm ki, mətbuata konkret şəkildə diqqət
və hansısa maliyyə imkanlarının
verilməsi ilə qaynaqlanmır. Bildiyiniz kimi,
bu istiqamətdə bütün mətbu orqanlar və KİV-lər reklamlarla inkişaf edir. Reklam onların, ilk növbədə,
qazancıdır. Mən deyərdim
ki, bu gün
Azərbaycan mətbuatında
televiziyaların 99 faizi
reklam bazarını alıb. Demək olar ki, yalnız reklamların 1 faizi qəzetlərdə təşkil olunur. Fikrimcə, qəzetlərin və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması
üçün qəzetlərin
maliyyə imkanlarını
artırmaq vacibdir.
Bu da, ilk növbədə,
reklam bazarına qəzetlərin proqramlı
şəkildə salınması,
yəni qəzetləri
də bu reklam bazarına cəlb etmək daha vacibdir. Bu istiqamətdə jurnalistin sosial həyat şəraitinin yaxşılaşdırılması üçün müəyyən
işlər görülə
bilər. Bir sözlə,
jurnalistlərin sosial problemlərinin həll olunması istiqamətində,
ümidvaram ki, dövlət öz köməkliyini göstərəcək.
Gülyanə
Səs.- 2010.- 15 iyul.- S. 10.