YAP Milli Mətbuat Günü ilə bağlı jurnalistləri mükafatlandırdı

 

Əli Əhmədov: "Mətbuatla əlaqələrini sağlam münasibətlər üzərində quran YAP yaranmış bu əməkdaşlığın daha da möhkəmlənməsinə çalışır"

 

Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Azərbaycan milli mətbuatının 135 illik yubileyi münasibətilə bir qrup jurnalistin mükafatlandırılması mərasimi keçirildi. Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov yubiley münasibətilə jurnalistləri təbrik etdi.

Ə.Əhmədov bildirdi ki,  hər bir Azərbaycan vətəndaşı   mətbuat tarixinin  obyektivlik, gerçəklik prinsipini  əsas götürən "Əkinçi" qəzeti ilə başlanmasından qürur duyur: "Milli mətbuat günü ilə əlaqədar bu gün respublikamızda müxtəlif tədbirlər keçirilir. Dövlət başçısı İlham Əliyevin "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" sərəncamı da Azərbaycanın ictimai-siyasi həyatında, demokratikləşmə və  müasir vətəndaş cəmiyyəti quruculuğunda böyük rolu olan mətbuata diqqət və qayğısının bariz nümunəsidir. Bütün dövrlərdə həqiqət carçısı olan mətbuat  cəmiyyəti düşündürən problemlərin həllində, zamanın qabaqcıl ideyalarının əks etdirilməsində, xalqımızın maarifləndirilməsində, milli və bəşəri dəyərlərin təbliğində  mühüm rol oynayır. Ənənəvi olaraq YAP mətbuat günü münasibətilə müxtəlif xarakterli tədbirlər keçirir. Mətbuatın qabaqcıl nümayəndələrinin mükafatlandırılması da həmin tədbirlər silsiləsindəndir".

Ulu öndər Heydər Əliyevin "Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir" fikrini önə çəkən Ə.Əhmədov bildirdi ki,  Azərbaycan mətbuatı bu gün, sözün həqiqi mənasında, çox böyük yol keçərək, özünü təsdiq edibbu gün də daşıdığı missiyanı uğurla yerinə yetirir. Bütün cəmiyyətlərdə baş verən hadisələri əks etdirən informasiyalara böyük ehtiyac olubolacaq. İctimai fikrin formalaşmasını informasiyasız təsəvvür etmək qeyri-mümkündür. Ən əhəmiyyətli kapitala çevrilən informasiyaların yayılmasında,  ehtiyacların ödənilməsində mühüm əhəmiyyətə malik mətbuatın rolu bu baxımdan böyükdür. Məlumatların əsas icraçıları kütləvi informasiya vasitələridir. Təbii ki, zaman keçdikcə informasiyanın cəmiyyətə çatdırılması formaları da dəyişir, təkmilləşir. Əvvəllər yalnız qəzetlər əsas informasiya daşıyıcıları idi. Sonra elektron  KİV-lər  bu missiyanın icrasına qatıldılar.

Ə.Əhmədov bildirdi ki, Azərbaycanda çoxlu sayda yazılı və elektron KİV-lər fəaliyyət göstərir: "Azərbaycan demokratik cəmiyyətdir. Demokratik dəyərlərin  formalaşmasında və inkişafında da KİV-lər əhəmiyyətli rol oynayır. Ölkədə qəzetlərin bolluğu, mətbu orqanlarda hər bir kəsin öz fikrini sərbəst, azad bildirməsi və s. söz, mətbuat azadlığının göstəricisidir. Mətbuatın qarşısında duran vəzifələr kifayət qədər şərəfli və cəmiyyət üçün əhəmiyyətlidir. Bu vəzifələrin başlıca mahiyyəti ondan ibarətdir ki, bütövlükdə, cəmiyyət ehtiyac duyduğu informasiyarlarla təmin edilir. İnformasiya dövründə bu, ən çətin vəzifələrdən biridir."  

"Mətbuat dördüncü hakimiyyətdir. İctimai fikrə təsir imkanları varsa, bu, elə hakimiyyət funksiyasının ayrı-ayrı elementlərinin həyata keçirilməsi deməkdir" fikrini vurğulayan YAP İcra katibi qeyd etdi ki, bu gün dünyanın hər bir yerində qəzetlərə olan təlabat, onların peşəkarlığının artması, operativ məlumatların yayılması diqqəti cəlb edir. Cəmiyyəti problemsiz təsəvvür etmək mümkün deyil. Problem yoxdursa, demək yaşayış da yoxdur. Mətbuatın problemlərinin həlli onun inkişafına, tərəqqisinə, daha da təkmilləşməsinə zəmin yaradır. Problem inkişafın təkanverici faktorudur.

Ə.Əhmədov onu da söylədi ki, bayram ümumilikdə, Azərbaycan xalqının bayramıdır: "Hər bir Azərbaycan vətəndaşı fəxr edə bilər ki, onun mətbuatının tarixi  obyektivlik, gerçəklik prinsipini  əsas götürən "Əkinçi" qəzeti ilə başlayıb. Kütləvi informasiya vasitələri cəmiyyətdə baş verən prosesləri olduğu kimi, heç bir qərəzə, təhrifə yol vermədən ictimaiyyətə çatdırılmalıdır".

Müasir dövrün informasiya texnologiyaları əsri olduğunu diqqətə çatdıran Ə.Əhmədov bildirdi ki, bu gün hansı ölkə informasiya bolluğuna malikdirsə, o, varlı dövlət kimi qəbul olunur. Biz də çalışırıq ki,  müstəqil mətbuatımız daha da inkişaf etsin. Azərbaycanda yazılı və elektron KİV-lərin geniş şəbəkəsinin formalaşması və fəaliyyət göstərməsi cəmiyyətin demokratik dəyərlərə hörmətlə yanaşmasının ifadəsidir.

"Mətbuat obyektiv, qərəzsiz olduğunu hər an sübut etməlidir" fikrini deyən Ə.Əhmədov Azərbaycan mətbuatının daha çox oxucuya malik olmasını arzuladı: "Azad mətbuatın inkişafı üçün bütün zəruri  imkanlar yaradılıb. Cəmiyyət üçün bir rəqabət mühiti yaradılıb ki, bundan fayda götürən də informasiya almaq istəyən insanlar, o cümlədən, siyasi partiyalardır. Eyni zamanda, məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, ölkədə fəaliyyət göstərən KİV-lərin böyük əksəriyyəti çox düzgün dəyərlər üzərində formalaşıb. Azərbaycanın 135 illik tarixini əhatə edən mətbuat həmin dövrün ənənələrini mənimsəyib və bu prinsiplər üzərində də fəaliyyət göstərir."

Dövlətin mətbuatın inkişafına diqqət və qayğısından geniş bəhs edən Ə.Əhmədov bildirdi ki, mütəmadi olaraq, bu istiqamətdə mühüm addımlar atılır: "Bu, Azərbaycan hakimiyyətinin bir tərəfdən mətbuatın inkişafına, digər tərəfdən isə, ölkədə demokratik dəyərlərin mənimsənilməsinə göstərilən diqqət və qayğısının bariz nümunəsidir. Məhz bu qayğının nəticəsində ölkədə xeyli sayda KİV-lər fəaliyyət göstərir."

YAP İcra katibi onu da bildirdi ki, mətbuat özünün gərəkli, layiqli funksiyasını yüksək səviyyədə yerinə yetirir: "Yeni Azərbaycan Partiyası olaraq mətbuatla əməkdaşlığa böyük önəm veririk.  İstənilən mətbuat orqanı ilə səmərəli şəkildə fəaliyyət göstərməyə hazırıq. Bütövlükdə, mətbuatın fəaliyyətinə böyük ehtiyac duyuruq.  KİV-lər ölkənin ictimai-siyasi həyatında mühüm rola malik olan YAP-ın gördüyü işləri yüksək səviyyədə ictimaiyyətə çatdırır. YAP mətbuatı özünün dostu hesab edir. Mətbuatla əlaqələrini sağlam münasibətlər üzərində quran YAP bu əməkdaşlığın daha da möhkəmlənməsinə çalışır. Siyasi partiyalar, ictimai birliklər cəmiyyət üçün  fəaliyyət göstərir. Görülən işlərin ictimaiyyətə çatdırılması arzu olunur. Bu səbəbdən ki, bununla həmin qurumlar məqsədlərinin, məramlarının, atdıqları addımların arxasında hansı arzu və istəklərinin dayandığını insanlara çatdırmış olurlar. Beləliklə də, həmin istəklərinin ictimaiyyət tərəfindən dəstəklənməsinə ümid bəsləyirlər.  YAP olaraq  bu günə qədər ictimai dəstək əldə etmişiksə,  bunun əsas səbəblərindən biri görülən işlərin ictimaiyyətə dolğun çatdırılmasıdır. Qarşılıqlı fəaliyyət sayəsində YAP-la əksər mətbuat orqanları arasında səmərəli, möhkəm  dostluq münasibətləri formalaşıb."

YAP Sədrinin müavini Ə.Əhmədov bildirdi ki, mətbuatın yaranmasının növbəti ildönümü ilə əlaqədar xoş əhval-ruhiyyə formalaşıb.  Yubiley tədbirləri keçirilir. Mətbuatımızın  daha da inkişaf etdirilməsi dövlətin siyasətinin əsasında dayanır: "Bu gün Azərbaycan dövləti, xalqı həyatının çox önəmli bir mərhələsini yaşayır. Ölkəmiz iqtisadi inkişaf yolunda inamla irəliləyir. Həyatımızın bütün sferaları dinamik inkişaf edir. Azərbaycanın sürətli inkişafı ölkə vətəndaşlarının hər birinin həyatında özünü qabarıq göstərir. Bugünkü Azərbaycan bir neçə il əvvəlki Azərbaycandan, sözün əsil mənasında, bir neçə parametrləri ilə fərqlənir. Azərbaycanda inkişafla yanaşı, müasirləşmə, yeniləşmə prosesi uğurla həyata keçirilir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu siyasətin uğurlarını respublikamızın hər  bölgəsində müşahidə etmək mümkündür. Bu əminlik mövcuddur ki, qarşıdakı il yola salacağımız ildən daha yaxşı olacaq. Bütün bunlar Azərbaycanın reallıqlarıdır. Bu gerçəkliklər olduğu kimi, heç bir təhrifə yol verilmədən, ölkə əhalisinə və beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Regionda əsil söz sahibinə çevrilən Azərbaycanın dünyada iqtisadisiyasi mövqeyi günbəgün möhkəmlənir. Bunu olduğu kimi dəyərləndirmək hər bir Azərbaycan vətəndaşında böyük iftixar hissi yaradır. Bu hisslərin formalaşmasında, milli ideya zəmini kəsb etməsində Azərbaycan mətbuatının rolu böyükdür."

Mətbuat nümayəndələrini bayram münasibətilə təbrik edən Ə.Əhmədov onlara  geniş oxucu kütləsi, yeni-yeni yaradıcılıq uğurları arzuladı: "Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Dövlətimizin həyata keçirdiyi uğurlu siyasət bu problemimizin  öz müsbət həllini tapacağına əminlik yaradır. Bu  xəbərin tezliklə məhz mətbuat orqanları vasitəsilə xalqa çatırılmasını arzulayırıq."

Görüşdə YAP İcra katibinin müavinləri, millət vəkilləri  Siyavuş NovruzovMübariz Qurbanlı iştirak etdilər.

Sonda YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədov bir qrup jurnalistə pul mükafatı təqdim edildi.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 17 iyul.- S. 4.