İqtisadi göstəricilər uğurlu inkişafdan xəbər verir

 

2010-cu ilin birinci yarısının yekunları Səbail rayonunda müzakirə olundu

 

Artıq bu ilin birinci ilinin yarısını uğurla başa vurdu. Ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına  həsr olunmuş geniş iclasındakı nitqində əldə olunan nailiyyətlər faktlarla ifadə olundu. Dünən Səbail rayon icra hakimiyyətinin akt zalında keçirilən müşavirədə çıxış edənlər əvvəlki illərin müqayisəsində əldə olunan nailiyyətlərin fərqli olduğunu vurğuladılar.

Rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclası giriş sözü ilə Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov açdı: "Ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarımilliyin sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək, qeyd etmişdir ki, cari ilin birinci yarısında iqtisadi artım 3,7 faiz,  neft sektorunda artım  2,4 faiz, qeyri-neft sektoru üzrə isə 15,3 faiz olmuşdur. İnflyasiya 4,9 faiz təşkil etmiş, əhalinin pul gəlirləri 9 faiz artmışdır. Azərbaycanın valyuta ehtiyatları artaraq, 20 milyard dollardan 24,7 milyard  dollara çatmışdır ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili xarici siyasətin nəticəsidir".

Hesabat dövründə görülən işlərdən danışan Asif Əsgərov qeyd edərək bildirdi ki, 2010-cu ilin altı ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən istehlakçılara 10996,5 milyon manatlıq sənaye məhsulu göndərilmiş ya xidmətlər göstərilmişdir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 61.4 faiz çoxdur: "Nəqliyyat müəssisələri tərəfindən 218,7 milyon manatlıq ya keçən ilin müvafiq dövrünə nisbətən 33,8 faiz çox nəqliyyat, rabitə müəssisələri tərəfindən   362,1  milyon manatlıq ya keçən ilin müavifq dövrünə nisbətən 11,8  faiz çox rabitə xidmətləri göstərilmişdir. Bütün maliyyə mənbələri hesabına 887,4 milyon manat məbləğində investisiyalardan istifadə edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 18,3 faiz çoxdur. İlin əvvəlindən əhaliyə 279,4 milyon manatlıq istehlak malları satılmış ya pullu xidmət göstərilmiş, bu da ötən illə müqayisədə 8,6 faiz çoxdur. Pərakəndə əmtəə dövriyyəsi 18,9 faiz artaraq 145,2 milyon manata, pullu xidmətlərin həcmi isə 3,1 faiz artaraq 134,2 milyon manata çatmışdır. Rayonda çalışan işçilərin sayı 84181 nəfər, orta aylıq əmək haqqının məbləği isə 837,7  manat olmuşdur ki, bu da keçən illə müqayisədə 30,8 faiz çoxdur. 2010-cu ilin birinci yarısı ərzində Səbail rayonu ərazisində 616 yeni yeri açılmışdır ki, bunların hamısı daimi yerləridir. Ümumilikdə, 2003-cü ilin oktyabr ayından 2010-cu ilin iyun ayına kimi rayonda  32548  yeri açılmışdır  ki, onların 31536-sı daimidir. Cari ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilmişdir. Bu ilin birinci yarısında ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə Dənizkənarı Milli Bulvarda möhtəşəm Bakı Biznes Mərkəzinin Neftçilər prospektində "Dalğa Plaza" İş Mərkəzinin asılış mərasimi olmuş, əsaslı təmir-yenidənqurma işlərindən sonra Respublika Klinik Uroloji Xəstəxanasının binası, Fəvvarələr Xaqani Bağları  istifadəyə verilmişdir. Hazırda Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın tikintisi Dövlət Bayrağı Meydanındakı inşaat işləri, Badamdar qəsəbəsində MTN-nin yeni Hospitalının inşası Dənizkənarı Milli Bulvarda "Park Bulvar" ticarət-istirahət Mərkəzinin tikintisi, "Yaxt-klubda" yenidənqurma işləri Bakıdan cənub-qərb istiqamətində çıxışda - Bibiheybət qəsəbəsindən şəhərin mərkəzi istiqamətdə uzanan yeni magistral yolun çəkilişi, Neftçilər prospektində  "Four Seasons",  "Hilton" "Yeni Abşeron" mehmanxanalarının inşası, 20-ci sahədə "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin "Bibiheybət" stadionunda əsaslı təmir yenidənqurma işləri    davam etdirilir. Tarixi abidələrin bərpa konservasiyası üzrə Master Plana uyğun olaraq İçərişəhərdə yerləşən XI əsr abidəsi olan "Həzrət Məhəmməd" məscidinin bərpa konservasiyası işləri  aparılır. Şəhərimizin qocaman təhsil müəssisələrindən olan 132 saylı orta məktəbin "İstedad" Beynəlxalq Təhsil Kompleksinin binalarında əsaslı təmir yenidənqurma işləri başa çatmaq üzrədir".

Rayon icra hakimiyyəti tərəfindən hazırlanmış "Abad həyət" layihəsi əsasında  Badamdar qəsəbəsində uğurlu işlərin aparıldığını vurğulayan Asif Əsgərov yeni həyətlərin təmiri üçün layihə-smeta sənədləri hazırlandığını, ilin əvvəlində Badamdar qəsəbəsində boş sahədə gözəl istirahət parkının salındığını söylədi. Həmçinin, vurğuladı ki, Ümummilli Liderimiz Heydər Əliyevin doğum günü ərəfəsində Badamdar qəsəbə Mədəniyyət Evi istifadəyə verildi, Səbail rayon polis idarəsinin yeni binasının açılışı oldu. Milli Qurtuluş Günü ərəfəsində əsaslı təmirdən sonra Rəşid Behbudov adına 2 saylı Uşaq Musiqi Məktəbi istifadəyə verildi. 

Ümumiyyətlə, Səbail rayonunda böyük abadlıq-quruculuq işlərinin aparıldığını deyən Səbail rayon icra hakimiyyətinin başçısı A.Əsgərov bu işlər çərçivəsində  Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı üçün yeni binanın, Badamdar qəsəbəsində xeyir-şər yerinin tikintisinin, 130 saylı uşaq bağçasının,  15 saylı uşaq poliklinikasının sairə bu kimi işlərin görüldüyünü söylədi: "Onu da qeyd edim ki, Bakı-Ələt yolunun çəkilməsi ilə bağlı 20-ci sahə, Əhəd Yaqubov küçəsində yerləşən ATS-in binasında məskunlaşmış 11 məcburi köçkün ailəsi ARDNŞ-nin köməkliyi ilə Balaxanı qəsəbəsində inşa olunmuş yeni yaşayış binasında mənzillərlə təmin olunaraq köçürülübdür. Birinci yarım illikdə ünvanlı sosial yardım almaq üçün 143 ailə (596 ailə üzvü) müraciət edib, orta hesabla hər bir ailəyə 103 manat sosial yardım təyin olunubdur. 13398  nəfər təqaüdçülərə ilin 6 ayı ərzində 12057,6 min manat təqaüd müavinət ödənilmiş, 292 nəfər işaxtaran işə düzəldilmişdir. Ölkə başçısı tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan edilməsiilə bağlı RİH tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayon ərazisində aparılan abadlıq yaşıllaşdırma işlərinin həcmi daha da artmışdır. İlin əvvəlindən hər həftənin şənbə günü rayon ərazisində iməcliklər keçirilmiş, 23500 ədəd yeni ağac əkilmiş, əvvəl əkilən ağaclara qulluq göstərilmiş, ümumilikdə, 2010-cu il ərzində Səbail rayonu ərazisində 38000 ədəd ağac əkilməsi planlaşdırılmışdır. Ölkə Prezidenti İlham Əliyevin 5 iyul 2010-cu il tarixli sərəncamı ilə 2009-2010-cu ildə keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" respublika müsabiqəsinə yekun vurulmuş Səbail rayonunun  7 236 saylı orta məktəbləri, 49 saylı  "İntellekt" məktəb-liseyi, həmçinin, rayon məktəblərində çalışan 13 nəfər müəllim "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri sırasında olmuşlar".

Tədbirdə rayonun bir sıra xidmətlərinin rəhbərləri çıxış edərək, əldə olunan nailiyyətlərlə yanaşı həm həllini gözləyən problemlər, çatışmamazlıqlar onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri vətəndaşların müraciətləri ilə bağlı görülən işlər müzakirə olundu.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 17 iyul.- S. 6.