Azərbaycanda yeni sənaye inqilabı

 

Müdafiə sənayesi qısa müddətdə böyük inkişaf yolu keçməklə ölkənin hərbi məhsullara olan ehtiyacını qarşılayacaq duruma gəlib

 

Son illərdə Azərbaycanda yeni bir sənaye sahəsinin- müdafiə sənayesinin əsası qoyulub. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Prezident İlham Əliyevin sərəncamı ilə yaranan Müdafiə Sənayesi Nazirliyi artıq 400-dən artıq adda hərbi təyinatlı avadanlıq istehsalını təşkil edib. Bu isə, ölkənin hərbi təyinatlı məhsullara, silah-sursata olan ehtiyacının daxili imkanlar hesabına ödənilməsini təmin edən vacib sahədir.

Müdafiə Sənayesi Nazirliyi yarandıqdan sonra, ilk növbədə, güc strukturlarının müdafiə təyinatlı məhsullara, o cümlədən, atıcı silahlara, xüsusi təyinatlı məmulatlara, hərbi texnikanın ehtiyat hissələrinin hazırlanmasına təmirinə olan tələbatı öyrənilib.

2006-2009-cu illərdə Müdafiə Sənayesi Nazirliyinə dövlət büdcəsindən 414,4 milyon manat məbləğində vəsait ayrılıb. Ayrılmış vəsait hesabına onlarla texnoloji xətlər, müəssisələrin avadanlıq parkının təzələnməsi məqsədilə dünyanın inkişaf etmiş ölkələrindən müxtəlif mürəkkəb əməliyyatları həyata keçirən 423 adda dəzgah avadanlıq alınıb.

Nazirliyin müəssisələrində müxtəlif növ atıcı silahların, döyüş sursatlarının onların ehtiyat hissələrinin istehsalı məqsədilə 141,7 min kvadratmetr sahəyə malik olan 21 obyektdə tikinti yenidənqurma işləri aparılıb nəticədə nazirliyin "İqlim", "Dalğa", "Peyk", "Telemexanika", "Alov", Elektron Hesablama Maşınları, Radioquraşdırma, "Araz" zavodu, Elmi-Tədqiqat İnstitutu "Təcrübə-sınaq" zavodunun əsaslı yenidənqurmadan sonra açılış mərasimləri keçirilib. Bu müəssisələrdə onlarla yeni istehsal sahələri yaradılaraq, müdafiə təyinatlı məmulatların istehsalına başlanıb.

Yaradılmış yeni istehsal sahələri, quraşdırılmış texnologiya avadanlıqlar hesabına istehsal olunan müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 413-ə çatdırılıb. İstehsal həcmi ümumilikdə 2006-cı illə müqayisədə 2009-cu ildə 2,8 dəfə, müdafiə təyinatlı məmulatların istehsalı isə 46 dəfə artırılıb. Artıq əminliklə deyə bilərik ki, müstəqil Azərbaycanın qısa müddət ərzində yaradılmış hərbi sənaye kompleksi ölkəmizin Silahlı Qüvvələrini silah-sursat, hərbi texnika digər vasitələrlə təmin etməklə yanaşı, xarici bazarlara məhsul ixrac etməyə qadirdir.

2010-cu ilin altı ayında müdafiə təyinatlı məmulatlara dair bağlanmış müqavilələrin həcmi 61,1 milyon manat təşkil edir. İlin sonunadək yaradılacaq müdafiə təyinatlı məmulatların seriyalı istehsalını təmin etməklə əlavə olaraq, 42 milyon manat məbləğində müqavilələrin bağlanması gözlənilir. Bununla da müdafiə təyinatlı məmulatların 2010-cu il üçün istehsal həcmi 103 milyon manata çatdırılacaq. Onu da qeyd edək ki, 2010-cu il üçün bağlanmış müqavilələrin həcmi 2006-cı illə müqayisədə 120 dəfə, 2007-ci illə müqayisədə 9,6 dəfə, 2008-ci illə müqayisədə 6 dəfə artıb.

2010-cu ildə 413 adda müdafiə təyinatlı məmulatların onların ehtiyat hissələrinin istehsalı nəzərdə tutulub ki, bu da 2009-cu ildə istehsal olunan məmulatların sayından 1,2 dəfə çoxdur. 2010-cu ildə əsasən müxtəlif tipli minaatanların, qumbaraatanların, snayper tüfənginin, optik nişangahların, kollimatorların, minaların, atəş yığımlarının, aviasiya bombalarının, müxtəlif növ atıcı silahlar üçün trenajorların, tank piyadaların döyüş maşınları üçün tırtıl dəstlərinin, müxtəlif növ patronların, əl qumbaralarının s. məmulatların seriyalı istehsalı nəzərdə tutulub.

2010-cu ildə 10 obyektdə tikinti yenidənqurma işləri aparılır ki, onlardan da 8-i bu il istifadəyə veriləcək. Aparılan marketinq işləri nəticəsində 535 ədəd dəzgah avadanlığın alınması üçün kontraktların bağlanması istiqamətində işlər yekunlaşdırılıb, qrafik üzrə avadanlığın alınıb gətirilməsinə başlanıb.

2010-cu ilin dövlət müdafiə sifarişi proqramında güc strukturlarının sifarişi əsasında Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 5200 ədəd atıcı silah, zirehli texnika digər müdafiə təyinatlı məmulatların təmiri, 321 min ədəd müxtəlif növ əmlakın isə utilizasiyası nəzərdə tutulub.

Azərbaycan Prezidenti tərəfindən imzalanmış "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması inkişafı üzrə Dövlət Proqramı" Yerin kosmosdan tədqiqi sahəsində perspektiv istiqamətləri müəyyənləşdirməyə, ölkədə bilavasitə kosmik texnika texnologiyanın yaradılması aerokosmik məlumatlardan istifadə etməklə müxtəlif tədqiqi məsələlərin həlli ilə məşğul olan nazirliyin Milli Aerokosmik Agentliyinin texniki tərəqqisi üçün yeni imkanlar yaradıb.

Nazirliyin tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat İnstitutu tərəfindən ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin aparılması yeni növ müdafiə təyinatlı məmulatların istehsalının mənimsənilməsi ilə yanaşı, dünyada tətbiq olunan yeni texnologiyaların, elmin hərbi-texniki sahəsində olan yeniliklərin əldə edilərək, müəssisələrdə tətbiqinə geniş imkan yaradıb.

Göründüyü kimi, Azərbaycanda iqtisadi inkişafın sürətlənməsi ölkənin müdafiə qüdrətinin xeyli güclənməsini şərtləndirib. Milli Ordunun ehtiyaclarının daxili imkanlar hesabına qarşılanması çox önəmli faktorlardandır. Ümumiyyətlə, qeyd edilməlidir ki, Azərbaycan həm silahlı qüvvələrin güclənməsi, həm güclü müdafiə sənayesinin yaradılması baxımından Ermənistandan xeyli qabaqdadır. Bu isə, Ermənistanın Azərbaycan torpaqlarını sülh yolu ilə həlli qaytarmadığı təqdirdə, başlayacağı şübhə doğurmayan antiterror əməliyyatlarında öz sözünü deyəcək.

 

 

Elçin Bayramlı

 

Səs.- 2010.- 17 iyul.- S. 10.