Azər Rzayev - 80

 

Azər Rzayev "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif edilib

 

Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsi Azər Rzayev uzun illərdir ki, yaradıcılıq yolunda özünəməxsus üslubda yazıb-yaradaraq, fərdi məktəbini yaratmışdır. Böyük sənətkarlar ailəsində dünyaya göz açaraq, musiqiyə sonsuz bağlılıq ruhunda tərbiyə alıb yetişmiş bir bəstəkar ifaçı kimi hələ gənc yaşlarından respublikamızın musiqi ictimaiyyətinin diqqətini cəlb edə bilmişdir.

İnstrumental musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər, habelə, kinoya teatr tamaşalarına yazdığı musiqi Azərbaycan musiqi mədəniyyətini zənginləşdirmiş gözəl sənət nümunələri ilə milli mədəniyyətimizə imzasını daxil etmişdir.

Uzun bir yaradıcılıq yolu keçmiş Azər Rzayev sənətə gedən yolda istedad zəhmətini ortaya qoyaraq mükəmməl nümunələrin müəllifinə çevrilmişdir. Azərbaycan Dövlət Opera Balet Teatrına rəhbərlik etdiyi dövrdə Azərbaycan bəstəkarlarının bir sıra yeni opera balet əsərlərinin uğurla tamaşaya qoyulmasında   təşəbbüskar olmuşdur. Dövri mətbuatda çap etdirdiyi məqalələr, radio televiziyada apardığı verilişlər onu ölkəmizdə Azərbaycan musiqi mədəniyyətinin yorulmaz təbliğatçısı kimi yaxşı tanıtmışdır.

Belə bir sənət yolunuda çalışan sənətkarın 80 illik yubileyi münasibəti ilə dövlət tərəfindən mükafatlandırılması onun bütövlükdə yaradıcılıq irsinə verilən ən böyük qiymətdir. Bu günlərdə Azər Rzayevin "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif edilməsi haqqında Prezident İlham  Əliyevin Sərəncamı məhz sənətkara Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə verilib. Təbii ki, Azər Rzayev bütün ömrünü sənətə, milli mədəniyyətimizin inkişafına həsr edən simalardandır. Hər zaman diqqətdə olan sənətkar bu ali mükafata qədər dövlət tərəfindən bir sıra fəxri adlara mükafatlara layiq görülmüşdür. Belə ki, o müxtəlif illərdə əməkdar incəsənət xadimi, xalq artisti adına, "Şöhrət" ordeni, "Humay" mükafatı ilə təltif olunmuşdur. Eyni zamanda, o,  professordur. Elmi-pedaqoji fəaliyyəti sənət axtarışları öz bəhrəsini vermişdir.

Azərbaycanda yeni ifaçılar nəslinin yetişdirilməsində Azər Rzayevin rolunu xüsusi qeyd etməliyik. Bu gün müxtəlif musiqi kollektivlərində çalışan ifaçıların bir çoxunun sənət aləminə vəsiqə alması onun yarıməsrlik pedaqoji fəaliyyətinin konkret nəticəsidir. Bakı Musiqi Akademiyasının professoru, simli alətlər kafedrasının müdiri kimi bu gün fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. Azərbaycan ifaçılıq məktəbinin inkişaf etdirilməsi üçün səmərəli işlər görməkdədir. Son illərdə yaratdığı uşaq simfonik orkestrinin çıxışları musiqi ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Bədii rəhbəri dirijoru olduğu bu unikal orkestrin yaradılması ölkəmizin musiqi həyatında mühüm hadisə kimi qiymətləndirilmişdir.

Qeyd edək ki, sənətə gələn yol onun sənətkar kimi yetişməsinə gətirib çıxarmışdır. Belə ki, Azər Rzayev 1930-cu ildə dünyaya gəlib. Azərbaycan Dövlət Konservatoriyasını 2 ixtisas - skripka bəstəkarlıq üzrə bitirib. 1953-cü ildən 10 illik musiqi məktəbində skripka ixtisası üzrə müəllim konservatoriyada konsertmeyster - müşayiətçi kimi fəaliyyətə başlayıb. 1957-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə kamera ansamblı üzrə müəllim, baş müəllim nəhayət, professor kimi fəaliyyətdədir. Radio Televiziya komitəsində səs rejissoru, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında bədii rəhbər, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının direktoru vəzifəsində çalışıb. Yaradıcılıq fəaliyyətində Beynəlxalq Ümumittifaq müsabiqələr laureatı diplomantı, Azərbaycan gəncləri  arasında keçirilən  festivallarında həm bəstəkar, həm ifaçı kimi  iştirak edərək laureat adlarına layiq görülüb. Əsərləri arasında "Bakı-90" simfoniyası, skripka, viola simfonik orkestr üçün ikili konsert, skripka piano üçün sonatina, fortepiano, skripka violonçel triosu üçün sonata, kamera orkestri üçün "Noktürn", Violonçel orkestr üçün "Kantilena", tar kamera orkestri üçün "Düşüncə" "Qaytağı", simfonik orkestr üçün "Gənc ifaçılar marşı", piano üçün 6 Prelüd, 3 skripka simfonik orkestr üçün konsert s. əsərlər müəllifidir. Azər Rzayev "Musiqi aləmində" silsilə televiziya "Opera səhnəmizin ustaları" silsilə radio verilişlərin müəllifi aparıcısı kimi tanınmışdır. Bütün bunlar ona yaradıcılıq imkanının zənginliyindən irəli gəlmişdir. Dövri mətbuatda məqalələr müəllifidir.

Bu gün Azər Rzayev görkəmli musiqi xadimi kimi yaradıcılığının müdrik bir dövrünü yaşayır. İnanırıq ki, Azər Rzayev musiqi mədəniyyətimizin inkişaf etdirilməsi üçün zəngin təcrübəsini bacarığını bundan sonra da əsirgəməyəcək, musiqisevərləri yeni əsərlərlə sevindirəcək gənc ifaçı kadrların hazırlanması işinə var qüvvəsini sərf edəcəkdir.

 

 

Zümrüd

 

Səs.- 2010.- 17 iyul.- S. 12.