Milli Kitabxana Dünya elektron kitabxanasında təmsil olunacaq

 

Məlumatlar dünya elektron kitabxanasında 7 dildə yerləşdiriləcək

 

Mirzə Fətəli Axundov adına Milli Kitabxana Dünya elektron kitabxanasında təmsil olunmaq hüququ qazanıb. Dünya elektron kitabxanası ideyası 2009-cu ildə yaranıb. Bu haqda təklif kitabxanaçıların Beynəlxalq toplantısında ABŞ-ın Konqres, Misirin İsgəndəriyyə Braziliyanın milli kitabxanası tərəfindən irəli sürülüb. İyun ayında Vaşinqtonda layihənin təqdimat mərasimi keçirilib. 64 ölkə ilə yanaşı, Azərbaycanda sözügedən kitabxanada təmsil olunmaq hüququ qazanıb. Bunun nəticəsində dünya oxucuları Azərbaycan həqiqətləri, ölkəmizin tarixi, mədəniyyəti, coğrafiyası, iqtisadiyyatı digər sahələri haqqında istənilən məlumatı əldə edə biləcəklər. Məlumatlar dünya elektron kitabxanasında 7 dildə yerləşdiriləcək. Hazırda Milli Kitabxananın elektron resursların yaradılması şöbəsi kitabxanaya daxil olan yeni materiallar, oxucular tərəfindən daha çox tələb olunan ədəbiyyatın siyahısı əsasında aparır. Həmçinin, Azərbaycan Milli Mətbuatının analitik-elektron məlumat bazası yaradılır. Köhnə qəzet jurnalların elektron versiyası da hazırlanır. Artıq "Əkinçi", "Sədayi haqq" qəzetlərinin, "Füyuzat" "Babayi Əmir" jurnallarının elektron versiyaları tam hazırdır. Milli Kitabxananın Elektron İnformasiya xidməti kitabxanalararası abonement şöbəsində isə 1993-2010-cu illərdə çap olunan bütün ədəbiyyat nümunələri kataloqlarda yerləşdirilib.

 

 

Zümrüd

 

Səs.- 2010.- 17 iyul.- S. 12.