Müstəqil mətbuatın
formalaşması ulu öndər Heydər Əliyevin adı idə bağlıdır
Milli mətbuatın
135 illik yubileyi ilə bağlı Nizami rayon icra hakimiyyətində tədbir
keçirildi
Dünən Nizami rayon icra hakimiyyətinin
inzibati binasında Azərbaycan milli mətbuatının 135 illik
yubileyi ilə bağlı mətbuat və rayon ictimaiyyətinin
nümayəndələrinin iştirakı ilə tədbir keçirildi. Tədbirdə giriş sözü
ilə çıxış
edən Nizami rayon icra hakimiyyətinin
başçısı Tahir
Budaqov 1875-ci il iyulun 22-də böyük
mütəfəkkir Həsən
bəy Zərdabi tərəfindən "Əkinçi"
qəzetinin çap edilməsi ilə Azərbaycanda ilk mətbuatın əsasının
qoyulduğunu bildirdi.
Qeyd etdi ki, H.Zərdabi
o dövrdə bütün çətinliklərə
və maneələrə
baxmayaraq, nəhayət,
özünün böyük
ideyalarını ifadə
edən "Əkinçi"
qəzetinin çap olunmasına nail oldu. Azərbaycan mətbuat tarixinin ən şanlı səhifəsinin əsasının
qoyulduğunu diqqətə
çatdıran T.Budaqov
mətbuatın tarixindən,
keçdiyi şərəfli
yoldan, bugünkü inkişafından və perspektivlərindən bəhs
etdi. Milli mətbuatımızın inkişafının məhz
ulu öndər Heydər Əliyevin birbaşa adı ilə bağlı olduğunu söyləyən
icra başçısı
möhtərəm cənab
Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycan mətbuatının daha böyük uğurlara
imza atdığını
bildirdi.
KİV-in İnkişafına Dövlət
Dəstəyi Fondunun icraçı direktoru, Mətbuat Şurasının
idarə heyətinin üzvü Vüqar Səfərli də çıxışında artıq
bir aydan çoxdur ki, ölkəmizin bir sıra bölgələrində
milli mətbuatın
135 illiyi ilə bağlı bir sıra tədbirlərin keçirildiyini bildirdi. V.Səfərli
əsası H.Zərdabi
tərəfindən qoyulan
Azərbaycan milli mətbuatının böyük
bir şərəfli yol keçdiyini və bu illər ərzində
bir çox çətinliklərlə, ağır
sınaqlarla üzləşdiyini
vurğuladı. "Azərbaycan
milli mətbuatının
tarixinə nəzər
salarkən, onun inkişaf və keçdiyi yolu dörd hissəyə bölmək olar. Birincisi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına
qədər mövcud
olan mətbuat, ikincisi, cümhuriyyət dövrü mətbuatı,
üçüncüsü, sovet dövründə fəaliyyət göstərən
mətbuat, dördüncüsü
isə, müstəqillik
dövründə fəaliyyət
göstərən mətbuatı nümunə göstərmək olar. Mətbuatın keçmiş olduğu
yola nəzər salarkən, açıq-aydın
görünür ki, ölkədə azad sözün və müstəqil mətbuatın
inkişafı və tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Məhz ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan
sonra Azərbaycanda hər bir sahənin
inkişafında olduğu
kimi, mətbuatın da inkişafı daim diqqət mərkəzində saxlanılmışdır"
- deyən V.Səfərli
bu gün möhtərəm Prezidentimiz
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir sahəsində yüksək inkişafın
olması mətbuatın
da tərəqqisinə
və böyük mənada sıçrayışına
səbəb olduğunu
bildirdi. O, qeyd etdi ki, cənab
Prezident İlham Əliyevin Sərəncamı
ilə 135 illiyi qeyd olunan Azərbaycan
mətbuatı bu gün özünün maddi-texniki və digər zəruri ehtiyaclarını təmin
etməkdədir.
YAP Siyasi Şurasının
üzvü, "İki
Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan milli mətbuatının yaradılmasının
135 illiyi ilə bağlı keçirilən
tədbirlərin hər
birinin böyük əhəmiyyət kəsb
etdiyini qeyd etdi. Bildirdi ki, Azərbaycan milli mətbuatı yarandığı gündən
böyük çətinliklər
və maneələrlə
qarşılaşmasına baxmayaraq, bu gün özünün müstəqil fəaliyyəti
ilə diqqət mərkəzindədir. Mətbuatın inkişafının ümummilli
lider Heydər Əliyevin diqqət və qayğısı ilə daha da sürətləndiyini
qeyd edən V.Rəhimzadə ölkəmizdə
söz və mətbuat azadlığının
tam təmin olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
"1990-cı illərin əvvəllərində Azərbaycan
mətbuatı böyük
çətinliklərlə, sərt maneələrlə
üzləşmişdir. Ölkədə
söz və mətbuat azadlığının
təmin edilməsi üçün heç bir baza, hüquqi
prinsip mövcud deyildi. Məhz belə bir şəraitdə mətbuatın
faəliyyət göstərməsi
də böyük sual altında idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev hər bir sahənin inkişafı ilə yanaşı, mətbuatın da tərəqqisinə, yüksəlişinə
xüsusi diqqət göstərirdi. Məhz bunun bariz nümunəsi olaraq, mətbuat nümayəndələrinə
və qəzet redaksiyalarına yardımların
edilməsi, redaksiyaların
"Azərbaycan" Nəşriyyatına
olan borclarının donduralaraq, sonradan ləğv edilməsi ölkədə azad sözə, mətbuatın
inkişafına verilən
böyük qiymət
idi. Ulu öndər Heydər
Əliyevin ən layiqli davamçısı
olan möhtərəm
Prezidentimiz İlham Əliyev də bu missiyanı böyük həvəslə
davam etdirərək, ölkədə mətbuatın
sərbəst, maneəsiz
formada inkişafı üçün ən zəruri addımları atdı" - deyən V.Rəhimzadə mətbuatın
inkişafına
dair fondun yaradılması və qəzet redaksiyalarına kütləvi informasiya agentliklərinə birdəfəlik
yardımların edilməsinin
mətbuat nümayəndələri
tərəfindən böyük
ruh yüksəkliyi ilə qarşılandığını
bildirdi.
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev də mətbuatın 135 illiyinə həsr olunmuş tədbirin keçirilməsinin yüksək
əhəmiyyət kəsb
etdiyini bildirdi. Qeyd etdi ki, 1875-ci ildə Həsən bəy Zərdabinin "Əkinçi"
qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı bu gün 135 illik tarixi bir yol
keçərək, öz
inkişafının mühüm
bir mərhələsinə
qədəm qoyub. Ölkəmizdə söz
və mətbuat azadlığının birmənalı
şəkildə tam təmin olunduğunu qeyd edən B.Quliyev bu gün
mətbuatın müstəqil
formada özünü
təsdiq etdiyini diqqətə çatdırdı.
"Azərbaycan milli
mətbuatı 135 illik
tarixi yol keçməsinə və
bir sıra böyük maneələrlə
üzləşməsinə baxmayaraq, onun ən yüksək
inkişaf mərhələsi
məhz 1993-cü il ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra
başlamışdır. Çünki
ümummilli lider Heydər Əliyev həmişə mətbuata,
mətbuat işçilərinə
xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Məhz bunun bariz nümunəsi olaraq, dəfələrlə ölkənin
aparıcı mətbuat
nümayəndələrinin ulu öndər Heydər Əliyev tərəfindən qəbul
edilməsi, onların
qarşısına çıxan
problemlərin yoluna qoyulması bir daha onu təsdiqləyir
ki, Azərbaycan dövləti mətbuatın inkişafında
maraqlı olub. Dəfələrlə qəzetlərin "Azərbaycan"
Nəşriyyatına olan borclarının dondurulması və sonradan ləğv edilməsi, redaksiyalara davamlı şəkildə
yardımların edilməsi
Azərbaycan mətbuatının
bugünkü inkişafını
və gələcək
perspektivlərini müəyyənləşdirmiş
olub. Ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı
olan cənab Prezident İlham Əliyev tərəfindən
də Azərbaycanda söz və mətbuat azadlığının
ən yüksək səviyyədə təmin
olunması üçün
vacib addımlar atılıb. Azərbaycan jurnalistlərinin fəxri adlarla təltif edilməsi, mətbuatın inkişafına
dair fondun yaradılması, fəxri
jurnalist yazı müsabiqələrinin keçirilməsi,
redaksiyaların maddi-texniki
bazasının möhkəmləndirilməsi
istiqamətində atılan
addımlar onu göstərir ki, dövlətimiz ölkədə
demokratik mətbuatın fəaliyyət göstərməsində
və onun inkişafında çox maraqlıdır" - deyən
B.Quliyev milli mətbuatın 135 illik yubileyi ilə əlaqədar olaraq bütün mətbuat işçilərinə, ölkə
ictimaiyyətinə öz
təbriklərini çatdırdı.
Tədbirin sonunda Nizami rayon icra
hakimiyyətinin rəhbərliyi
tərəfindən mətbuat
nümayəndələrinə hədiyyələr təqdim
edildi.
Tapdıq QURBANLI
Səs.- 2010.- 21 iyul.- S. 9.