Həyat ilə düşüncənin fəlsəfi
toqquşmasının məcmusu
"Zülfiyyənin barmaqları" kitabına
hekayələr, bədii-publisistik məqalələr,
müsahibə və məktublar daxil edilib
Müxtəlif məzmun, mahiyyət
kəsb edən dünya həqiqətləri,
cəmiyyətdəki insan
daxilinə nüfuz edə biləcək məqamlar, eləcə də, insan düşüncəsinin qəbul
edə biləcəyi
və bu düşüncədən bir
süzgəc olaraq, qəlblərə siyarət
edən duyğular, hisslər yaradıcı insanı vaxt-bivaxt haqlayaraq onun qələminin məhsuluna
çevrilir.
Sözsüz ki, bu məhsulun ortaya qoyduğu dəyər insan düşüncəsinə təsir
edən və onun mənəvi aləmində yükə
çevrilə bilən
etalon kimi qəbul olunur. Azərbaycan ədəbiyyatında
nəzmə və nəsrə çevrilən
ideyaların işığında
bu məzmun daha aydın, parlaq görünür. Sözsüz
ki, hər bir insanın həyatında etalon olaraq qəbul etdiyi mənəvi dəyərlər bədii
əsərlər vasitəsilə
daha aydın dərk edilir və bunun müqabilində
insanın yaşam tərzinin bir hissəsinə çevrilir.
Bu yaxınlarda "Şirvannəşr" tərəfindən
çapdan çıxmış
yazıçı- publisist,
"Qızıl qələm"
və "Azərbaycan
bayrağı" fəxri
mükafatlarının laureatı,
Yazıçılar Birliyinin
üzvü Nurəddin
Qənbərin (Mirzəyev)
"Zülfiyyənin barmaqları"
kitabı da məhz həyat ilə düşüncənin
fəlsəfi toqquşmasında meydana çıxmış və
qələm sahibinin oxucularla təmasında körpü rolunu oynamaqdadır. Kitaba müəllifin son illərdə qələmə
aldığı hekayələri,
bədii-publisistik məqalələri,
müsahibə və məktubları daxil edilmişdir. Eyni zamanda, son illərdə
nəşr olunmuş
müəllifin kitabları
haqqında lisenziyalar da burada əksini
tapıb.
Həyat həqiqətlərinin bədii
əksi olan bu nümunə Nurəddin Qəmbərin həyat müşahidələrinin,
eləcə də, təsadüf etdiyi hadisələrin bir məcmusudur desək, yanılmarıq. Kitaba daxil edilən "Ürəkdə tikişlər"
sənədli hekayəsi
də məhz onun iştirakçısı
olduğu reallıqların
bədii ifadəsidir.
Belə ki, sənədli hekayə görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın unudulmaz xatirəsinə hörmət və ehtiramla qələmə alınmışdır. Müəllif burada cərrahiyyə əməliyyatı zamanı
uğurlu nəticənin
əldə olunmasından
və Zərifə xanımın bir həkim, insan olaraq qeyri-adi dəyərlərindən söz
açır. İnsan
taleyinə olan qayğısı ilə yanaşı, həmkarlarına
olan münasibəti də diqqətdən yayınmır.
Kitaba daxil olan əsərlərdə müəllif
Böyük Vətən
müharibəsi illərindən,
Qarabağ hadisələrindən,
sənətdən, milli-mənəvi
dəyərlərimizdən söz açaraq, zəngin dünyamızın
maraqlı rənglərini
əsərləri üçün
məzmun seçmiş,
müxtəlif süjetlər üzərində
qurduğu nümunələrində
oxucu üçün
maraq doğura biləcək həqiqətləri
diqqətə çatdırmışdır.
"Təpəl qar"
haqqında ballada"
hekayəsi təbiətin
etüdü olmuş əhvalat əsasında nəsrə köçürülmüşdür.
"Zülfiyyənin barmaqları"
novellası isə mahir saz ifaçısı
Zülfiyyə xanıma
həsr olunmuşdur.
Nurəddin Qənbərin daim axtarışda olan bir yazıçı kimi yaradıcılığındakı
müxtəliflik diqqəti
cəlb edir və hər hadisəyə yanaşma tərzi, qeyri-ixtiyari olaraq oxucunun bədii tərbiyəsinə
də, əhval-ruhiyyəsinə
də təsir edir. Kitaba daxil
olan publisist, rəylər, müsahibələr
bölməsi də maraq doğurur. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevaya ünvanladığı "Sizin
xeyirxahlığınıza güvənirəm" məqaləsinin
əsasında yazıçının
mənəvi tələbatı,
səhiyyədəki uğurlar
və Ağcabədi rayonunda son illərdə
Prezident İlham Əliyevin sayəsində abadlıq işlərinin aparılması,
eləcə də, əhalinin sosial rifahının günü-gündən
yüksəldilməsi diqqətdə
dayanır.
Nurəddin Qəmbər Qarabağ
müharibəsi iştirakçısı
və veteranı olduğundan, vətənə
olan məhəbbət
hissi bu və ya digər
əsərlərində özünü
göstərməkdədir. Əsərlərinin iri yaxud kiçik həcmdə olmasına baxmayaraq, müəllif ideyalarının iri planda təsvirinə nail olmaqla yaradıcılığına
xas olan ştrixləri məxsusi tərzdə qələmə
alır. Onun romanlarında, eləcə
də, dram əsərlərində Nurəddin
Qənbər dünyasının
fərdi cizgiləri hiss olunur, yaradıcılıq
üslubundakı manevr
onun dəst-xəttini
müəyyənləşdirir. Əsərlərinin uzun illər Azərbaycan teatr səhnəsində oynanılması yazıçının
dramaturgiyasının süjetində duran xəttin düzgün və mahiyyət etibarilə əhəmiyyətli
olduğunu təsdiqləyən
amildir. Bu günə qədər dərc olunan əsərləri kimi yazıçının "Zülfiyyənin
barmaqları" kitabının
da oxucular tərəfindən birmənalı
olaraq qəbul ediləcəyinə inanırıq.
Zümrüd
Səs.- 2010.- 21 iyul.- S. 12.