"Qaranlığa nur saçan zəka" kitabının təqdimat mərasimi keçirildi

 

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında şair- publisist Mirkazım Seyidovun görkəmli oftalmoloq, dünya şöhrətli alim Zərifə Əliyevanın xatirəsinə həsr etdiyi "Qaranlığa nur saçan zəka" (Mətn həm rus inglis dillərinə tərcümə edilib) kitabının təqdimat mərasimi keçirildi. Rusiyanın Novosibirsk şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycandakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən müəllif bildirdi ki, avqust ayında "Qaranlığa nur saçan zəka" kitabının Rusiyada və Türkiyədə təqdimat mərasiminin keçirilməsi nüsxələrinin həmin ölkələrin elmi kitabxanalarına təqdim olunması nəzərdə tutulur. Kitabın tirajı 2500 nüsxədir, lakin növbəti il bir çox elmi mərkəzi bu kitabla təmin etmək üçün əlavə nüsxələr çap olunacaq.

M.Seyidov onu da bildirdi ki, bu, onun oftalmoloq Zərifə xanım  Əliyevaya həsr etdiyi ikinci kitabdır. Bu kitabın böyük insana həsr olunan çoxsaylı qiymətli nəşrlər arasında özünəməxsus yeri var.

Qeyd edək ki, bu kitablar böyük bir nəslin şəxsiyyətlərinə müəllifin dərin ehtiramını, səmimi ziyalı duyğularını əks etdirir. Dərin ciddi araşdırmalar, tutarlı faktlar, zamana dövlətçiliyə dərindən bələdlik, yüksək tarixilik duyğusu yazıçının peşəkarlığı bu kitabların hər səhifəsində aydın hiss olunur. Şair-publisist M.Seyidovun bu kitabında nəcib bir Azərbaycan qadını, görkəmli oftalmoloq-alim, akademik, ağıllı sədaqətli həyat yoldaşı, fədakar ana - nəslin ocağının odunu qoruyan bütün Azərbaycan üçün saxlayan böyük insan haqqında əbədiyyət dastanıdır. Şair-publisist öz qəhrəmanının nurlu obrazına Onun müasirlərinin xatirələri prizmasından nəzər salır. Bu baxımdan kitab Zərifə Əliyevanın həyat fəaliyyətini araşdıran insanlar üçün maraqlı olacaqdır.

Müəllif xüsusi vurğuladı ki, kitabda oftalmoloq-alim Zərifə xanım Əliyevanın bütün həyat fəaliyyəti poetik üslubda təsvir edilibdir: "1923-cü ildə Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açan akademik Zərifə xanım Əliyevaya tibb elminə marağı atası Əziz Əliyev aşılamışdı. Həkim olmaq, həm insana öz ömründən pay vermək demək idi. Yuxusuz gecələrin, zəhmət dolu günlərin bəhrəsini təkcə Zərifə xanımın müalicə etdiyi xəstələr yox, bütün Azərbaycan xalqı görürdü. Məhz həmin dövrdə Azərbaycanda gözü zədələyən ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. O zaman bu infeksiya onun ağır nəticələri ilə effektiv mübarizə isə, nəinki oftalmologiya elmi üçün, hətta bütünlükdə Azərbaycan Respublikası üçün mühüm məsələyə çevrilmişdi. Belə bir vəziyyətdə bu infeksion xəstəliyi, eləcə , onun müalicəsini ətraflı şəkildə öyrənən Zərifə xanım Əliyeva şəxsiyyətinə Azərbaycanın ehtiyacı var idi".

Sonda bütün iştirakçılara minnətdarlığını bildirən şair-publisist Mirkazım Seyidov bildirdi ki, bu sahədə işlərini bundan sonra da davam etdirəcək yaxın zamanlarda həmin seriyadan olan digər maraqlı kitabları ilə oxucuların görüşünə gələcəkdir. Tədbirdə, həmçinin, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın zəngin həyat yaradıcılıq yolunu əks etdirən maraqlı bədii-publisistik materialların fotoşəkillərin toplandığı kitabın təqdimatının yüksək səviyyədə keçirilməsində forumun üzvləri Müşfiq Həsənov, Atamalı Hüseynov Teymur Hüseynovun böyük əməyi olduğu da vurğulandı. 

Təqdimat mərasimi incəsənət xadimlərinin musiqili bədii gecəsi ilə başa çatdı.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 20 iyul.- S. 6.