Səbail rayonunda Azərbaycan Milli Mətbuatının 135 illik
yubileyi qeyd olundu
Dünən Səbail rayon icra hakimiyyətində milli mətbuatımızın
135 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Çoxsaylı mətbuat
nümayəndələrinin iştirakı ilə keçən tədbiri giriş sözü ilə açan Səbail rayon icra hakimiyyətinin başçısı Asif
Əsgərov bildirib ki, 135 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı böyük
və şərəfli
inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl
ideyaların carçısı
olub. Tarixə ekskurs edən icra başçısı
A.Əsgərov onu da vurğuladı ki, mətbuatımız mütərəqqi ənənələri
formalaşdıraraq cəmiyyət
qarşısında üzərinə
götürdüyü missiyanı
layiqincə yerinə yetirib.
Səbail rayon icra başçısı
söylədi ki,
1993-cü ildə xalqın
təkidli tələbi
ilə yenidən hakimiyyətə qayıdan
ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində plüralizm,
söz və mətbuat azadlığını
məhdudlaşdıran süni
maneələr aradan qaldırılıb: "KİV-lərin fəaliyyətini tənzimləyən
qanunvericilik bazası formalaşıb, onun maddi-texniki bazasının
inkişafı istiqamətində
addımlar atılıb.
Ölkə Prezidentinin
müvafiq Fərmanı
ilə senzura ləğv edilib, qəzetlərin nəşriyyata
olan borcları əvvəlcə dondurulub,
sonradan birdəfəlik
ləğv edilib".
A.Əsgərov onu
da söylədi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş
KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi,
jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi
xətti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl
şəkildə davam
etdirilir. Dövlətimizin başçısının dərindən
düşünülmüş, müdrik siyasəti sayəsində dünyanın
ən sürətlə
inkişaf edən ölkəsinə çevrilən
Azərbaycanda bu gün medianın inkişafı üçün
də hər cür şəraitin yaradıldığı vurğulandı.
Tədbirdə Azərbaycan Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli milli mətbuatımızın
135 il ərzində keçdiyi keşməkəşli
və şərəfli
yola nəzər salaraq, XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycanda ümummilli lider Heydər Əliyevin medianın inkişafına göstərdiyi
böyük diqqət
və qayğıdan danışdı. V.Səfərli
onu da vurğuladı
ki, Azərbaycan Milli Mətbuatının bünövrəsi 1875-ci il
iyulun 22-də, Həsən
bəy Zərdabi
tərəfindən təsis
edilmiş "Əkinçi"
qəzetinin nəşrə
başlaması ilə
qoyulub: "Lakin onun ömrü çox olmayıb, iki illik fəaliyyəti
dövründə qəzetin
cəmi 56 nömrəsi
çıxıb. Ancaq
bu iki ildə
qəzet ictimaiyyət
arasında tanınıb
və böyük nüfuz qazanıb. "Əkinçi" qəzeti
maliyyə çətinliyi
ucbatından nəşrini
dayandırmasına baxmayaraq,
onun ideyaları həmişə yaşayıb,
səpdiyi toxumlar cücərib. Məhz o ideyalarla Azərbaycanda
yeni-yeni nəşrlər
yaranmağa başlayıb".
V.Səfərlinin sözlərinə görə,
müstəqilliyini bərpa
etdikdən sonra Azərbaycanda milli mətbuatın inkişafı
və formalaşmasında
ulu öndər Heydər Əliyevin əvəzsiz rolu olub: "Ümummilli lider mətbuatın problemlərini yaxından öyrənmək məqsədi
ilə müntəzəm
olaraq KİV rəhbərləri
ilə görüşlər
keçirib və problemlərin aradan qaldırılması üçün
lazımi göstərişlər
verib. Söz və fikir azadlığını
təmin etmək məqsədi ilə
1998-ci ildə ulu öndər tərəfindən
mətbuat üzərindən
senzura götürülüb.
"Azərbaycan" nəşriyyatına
olan borclar müəyyən müddətə
dondurulub və sonralar Prezident İlham Əliyev tərəfindən ləğv
edilib".
V.Səfərli mətbuatımızın
keçdiyi 135 illik yolu 4 mərhələyə
ayıraraq hər bir mərhələnin özünəməxsus cəhətlərini
təhlil etdi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbindən
sonra ikinci dəfə hakimiyyətə
gəlməsi ilə milli mətbuatımızın
dirçəldiyini, yeni
nəfəs verildiyini
bildirən icraçı
direktor qeyd etdi ki, bu
gün Azərbaycan mətbuatı özünün
inkişaf dövrünü
yaşayır. Milli mətbuatın inkişafına şərait
yaratmaq üçün
qəzet və jurnalların qeydiyyatının
sadələşdirildiyini söyləyən
V.Səfərli bunun nəticəsi kimi indi respublikamızda mətbu orqanların sayının 4200-ü keçdiyini
qeyd etdi.
Tədbirdə çıxış edən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə
135 yaşlı mətbuatımızın
yubileyi münasibəti
ilə toplantı iştirakçılarını təbrik etdi, onlara şərəfli peşələrində uğurlar
arzuladı. Mətbuatımızın
keçdiyi yolu təhlil edən baş redaktor V.Rəhimzadə ulu öndər
Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğısından,
Onun layiqli davamçısı Prezident
İlham Əliyevin hər sahədə olduğu kimi, mətbuat işçilərinə
də diqqət və qayğısını
əsirgəmədiyindən, jurnalistlərin sosial problemlərinin həll edilməsi istiqamətində attığı
addımlardan, imzaladığı
sərəncamlardan danışdı
və dövlət başçısına bütün
mətbuat nümayəndələri
adından minnətdarlığını
bildirdi: "Möhtərəm
Prezident İlham Əliyevin Milli Mətbuatın 135 illik yubileyinin keçirilməsi
ilə bağlı Sərəncamı ölkədə
azad sözə, müstəqil media ənənələrinə diqqət
və qayğının
növbəti bariz nümunəsidir. Sərəncamda
da göstərildiyi kimi, milli mətbuatımızın
135 il ərzində keçdiyi yola, tarixinə, müasirliyinə
yeni bir baxış nümunəsi
ortaya qoyulub. Bir mətbuat nümayəndəsi kimi, bütün bunlara görə, Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Sərəncamdan
irəli gələn məsələlərin həllinə
yönələn tədbirlərə
artıq start verilib. Respublikamızın
bir sıra bölgələrində yubiley
tədbirləri təşkil
olunub. Yevlax şəhərində və
milli mətbuatımızın
banisi Həsən bəy Zərdabinin yurdu Zərdab rayonunda ətraf rayonların nümayəndələrinin
iştirakı ilə
iki mühüm regional konfrans reallaşdırılıb".
Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyətinin
ictimai təşkilatlar
və siyasi partiyalarla iş üzrə şöbəsinin
müdiri İsrafil Kərimov rayonda aparılan geniş quruculuq və abadlıq işlərinin işıqlandırılmasında fəaliyyət göstərən
mətbuat orqanları
haqqında məlumat verdi.
Görüşdə digər çıxış
edənlər milli mətbuatımızın zəngin
və şərəfli
yoluna nəzər saldılar və Azərbaycanın müstəqillik
əldə etdikdən
sonra mətbuat sahəsində böyük
inkişaf yolu keçdiyini vurğuladılar.
Tədbirin sonunda müxtəlif KİV-ləri
təmsil edən jurnalistlərə qiymətli
hədiyyələr təqdim
olundu. "Səs"
qəzeti və
SİA İnformasiya Agentliyinin
əməkdaşları da
mükafatçılar sırasında
oldu.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 20 iyul.- S. 8.