Azərbaycan mətbuatı
inkişaf etməkdədir
Natiq Məmmədli: "Azərbaycan
mətbuatının hazırkı durumunu çox nikbin
qiymətləndirirəm"
- Natiq müəllim, bildiyiniz kimi, milli mətbuatın
135 illiyi ilə əlaqədar tədbirlər
keçirilir. Bu tədbirlərdə redaksiya
olaraq siz necə iştirak edirsiniz?
- Mətbuatın 135 illiyi ilə bağlı regionlarda KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun və Mətbuat Şurasının
keçirdiyi tədbirlərdə
biz iştirak etməmişik. Çünki
biz rəsmi şəkildə keçirilən
tədbirlərə dəvət
olunmamışıq. Ancaq özümüz milli mətbuatın 135 illiyi ilə bağlı, yəni bizim peşə bayramımız
olduğuna görə,
jurnalistikanın müxtəlif
problemləri və ölkəmizdə jurnalistikanın
inkişafı üçün
yaranmış şəraitlə
bağlı olaraq, özümüz silsilə
məqalələr yazırıq
və müsahibələr
götürürük.
- Azərbaycan
mətbuatının hazırkı
durumunu necə qiymətləndirirsiniz?
- Azərbaycan mətbuatının
hazırkı durumunu çox nikbin qiymətləndiririk. Bunun
üçün də
bizim əlimizdə bir sıra əsaslarımız
var. Birincisi, Azərbaycanda dövlət,
demokratik və azad mətbuatın inkişafı üçün
hər cür şərait yaradılıbdır.
Qısa müddət ərzində yaradılmış
KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondu neçə-neçə
müsabiqələr keçirib
və qəzetlərdə
qrant müsabiqələri
elan edərək, onların fəaliyyətini
dəstəkləyib. Bu,
bizim inkişafımız
üçün çox
yaxşı bir stimuldur. Digər tərəfdən isə,
Mətbuat Şurası
"reket" jurnalistikaya
qarşı mübarizə
apararaq, bu sahədə olan neqativ halları aradan qaldırır. Bir sözlə, Azərbaycan mətbuatının
hazırkı durumu çox yüksək səviyyədə inkişaf
etməkdədir.
- Jurnalistlərə
fəxri adların, mükafatların verilməsində
"reket" jurnalistlərinin
yararlanması nə dərəcədə mümkündür?
- Hesab etmirəm ki, jurnalistlərə fəxri adlar veriləndə, orada "reket" jurnalistlərin adları olacaqdır. Çünki rəsmi məlumata görə,
400-ə yaxın və
yaxud 400-dən çox
adam Prezident Administrasiyasına müraciət
edibdir. Bir sözlə, altında Prezidentin imzası olan sərəncamda, inanmıram ki, hansısa bir təsadüfi adamın adı yer alsın.
- Dövlət-cəmiyyət-mətbuat
əlaqələrinin qurulmasında
Mətbuat Şurasının
rolunu yetərli hesab edirsinizmi?
- Bildiyiniz kimi, Mətbuat Şurasının
birinci qurultayında qəbul etdiyi nizamnaməsində açıq
şəkildə göstərilibdir
ki, şura mətbuatla cəmiyyət
arasında münasibətləri
tənzimləyən bir
qurumdur. Yəni, sözügedən qurumun fəaliyyətinin müsbət
cəhəti ondan ibarətdir ki, bir çox qəzetlərin məhkəmə
proseslərinə, məhkəmə
çəkişmələrinə qədər olan münaqişələri həll
edir. Burada onun müvafiq komissiyasına hüquqları
qəzetlər tərəfindən
tapdalanmış və
haqqında düzgün
informasiya getməyən
vətəndaşlar tərəfindən
müraciətlər olunur.
Həmin komissiya da bunu araşdırır
və məhkəməyə
qədər bu məsələ həll olunur. Bu baxımdan,
Mətbuat Şurasının
bu missiyası çox münasib bir missiyadır. Bir sözlə, arzu edirik ki,
Mətbuat Şurasının
səlahiyyətləri daha
da genişlənsin və o, səmərəli
fəaliyyət göstərə
bilsin. Ancaq elə məsələlər
də var ki, o, Mətbuat
Şurasının gücü
daxilində deyil. Bildiyiniz kimi, şura ictimai qurumdur və onun verdiyi qərarlar
da tövsiyə xarakteri daşıyır.
Bildiyiniz kimi, mətbuatda hər dəfə "qara siyahı" elan edilir və orada göstərilir ki, bu, "reket"
qəzetlərdir. Lakin
Mətbuat Şurası
onları cəzalandıra
bilmir, sadəcə olaraq, cəmiyyəti bu barədə məlumatlandırır. Yəni,
bu baxımdan, şuranın fəaliyyəti
müsbət haldır.
- Jurnalistlərin
sosial qayğılarının
həlli istiqamətində
görülən işlər
barəsində nə
deyə bilərsiniz?
- Jurnalistlərin
sosial qayğıları
vacib bir məsələdir. Bildiyiniz kimi,
jurnalistlərin də
bir sıra problemləri var. Hansı ki, o problemlər həm jurnalistikanın özündən, həm də cəmiyyətdən
irəli gəlir.
Yəni,
sözügedən bu
məsələnin də
ancaq dövlətin həll etməyini gözləyirik. Ona görə
dövlətdən kömək
gözləyirik ki, bu ölkənin vətəndaşlarıyıq və inkişaf edən ölkəmizdə
onun bütün nailiyyətlərini biz qəzetlərdə
tərənnüm edirik.
Bizim fəaliyyətimiz buna hesablanıbdır. Yəni, ictimai
rəyə düzgün
informasiya çatdırmaq,
dövlətin gördüyü
işlər və yeniliklərlə bağlı
obyektiv məlumat çatdırmağa hesablanıb.
Bu baxımdan, jurnalistlərin sosial qayğıları da dövlət siyasəti səviyyəsində tənzimlənsə,
daha yaxşı olar. Məsələn, burada elə
məsələlər var
ki, bu, dövlətin
siyasətindən asılı
deyil, ancaq cəmiyyətin yaratdığı
problemdir. Digər məsələ
bankların jurnalistlərə
kredit verməməsi məsələsidir. Bir sözlə,
banklar jurnalistlərə
etimad göstərmir,
ancaq bütün bankların fəaliyyətini
və onların ictimaiyyətlə əlaqələndirilməsini
jurnalistlər həyata
keçirir. Belə olan
təqdirdə, niyə
görə jurnalistlərə
etimad göstərmirlər?
Yəni,
bu, bizim üçün ciddi problemlərdən biridir.
Digər
problem isə jurnalistlərin
mənzil, məişət
şəraiti ilə bağlı olan məsələlərdir. Hər kəsə açıq şəkildə məlumdur
ki, indiki bizim maaşımız və qonorarımızdan hər hansı bir mənzil əldə etmək qeyri-mümkündür. Yəni, sözügedən
istiqamətdə dövlət
hansısa addımlar atmalıdır. Fikrimcə, dövlət
müəyyən kreditlərin
verilməsində və
yaxud başqa vasitələrlə bu problemi həll etməyə çalışır.
Gülyanə AĞAKƏRİMOVA
Səs.- 2010.- 20 iyul.-
S. 11.