Fikrət Qocanın 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi

 

Gecədə Mədəniyyət və Turizm Nazirliyinin yubilyara ünvanladığı təbrik məktubu oxundu

 

M  üslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək, şairin zəngin ədəbi-bədii yaradıcılığından söz açdı. O, qeyd etdi ki, Fikrət Qocanın şeirlərində Vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan zaman haqqında düşüncələri əksini tapmışdır. Şair dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrdə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmişdir. Həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmiş, o cümlədən, Kubanın azadlıq mübarizi Ernesto Çe Gevaraya "Ünvansız məktublar", Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabrala "Amilkar Kabral", Filippinin milli qəhrəmanı Xose Risala "Xose Risal", vyetnamlı gənc Li Vi Toma "Li Vi Tom" adlı poemalar yazmışdır. Şairin 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" digər poemalarında Azərbaycanda baş verən azadlıq mübarizələrindən bəhs olunmuşdur. Onun bir sıra nəsr əsərləri vardır ki, bu əsərlər orijinallığı ilə diqqəti cəlb edir.

Qeyd olundu ki, şair öz əsərlərini 1956-cı ildən mətbuatda çap etdirir. O, Azərbaycan Radio Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, AYİ-də beynəlxalq əlaqələr üzrə məsul katib olmuşdur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən AYB-nin katibidir. Onun bir sıra nəsr əsərləri var. "Ölüm ayrılıq deyil", "Hələlik - qiyamətədək" povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.

Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volkner, X.Risal, İ.Taufer başqa ədiblərin yaradıcılığından tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

 Gənclərin qəhrəmanlıq fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 90-cı illər yaradıcılığına görə isə "Humay" mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

 Şairin zəhməti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. Bu günlərdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə F.Qoca "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir.

 Gecədə Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli nazir Əbülfəs Qarayevin yubilyara ünvanladığı təbrik məktubunu oxudu.

 Tədbirdə tanınmış musiqiçilər Fikrət Qocanın şeirlərinə yazılmış musiqiləri ifa edərək, onun şeirlərindən parçalar səsləndirdilər.

 

 

Zümrüd

 

Səs.- 2010.- 20 iyul.- S. 9.