Azərbaycan Milli Mətbuatının 135 illik yubileyi ilə bağlı təntənəli mərasim keçirilib

 

Dünən Azərbaycan milli mətbuatının yaranmasının 135 illik yubileyi ilə bağlı təntənəli mərasim keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev açıb. Azərbaycan mətbuatının çətin, lakin şərəfli bir yol keçdiyini deyən akademik Azərbaycan mətbuatını ilki olan "Əkinçi" qəzeti ətrafında mütərəqqi fikirli insanların toplandığını bildirib. Qəzetin özündən sonra da gözəl bir məktəb qoyduğunu deyən R.Mehdiyev Cümhuriyyət dövründə mətbuatın inkişaf etdiyini qeyd edib. O, bu dövrdə 129 mətbuat orqanını fəaliyyət göstərdiyini vurğulayıb. Sovet dönəmində mətbuatın inkişaf etdiyini vurğulayan Administrasiya rəhbəri bu mətbuatın həyatın bütün sahələrini əhatə etdiyini ifadə edib. Müstəqillik illərində, daha doğrusu 1993-cü ildən sonra azad söz fikir azadlığı üçün imkan yaradıldığını deyən R.Mehdiyev Mətbuat İnformasiya Nazirliyinin ləğvi ilə mətbuat üzərinəd dövlət nəzarətinin aradan qaldırıldığını qeyd edib. Mətbuata dövlət qayğısının dövlətçilik prinsiplərə sadiq olan bütün mətbuat orqanlarına edildiyini bundan sonra da ediləcəyini diqqətə çatdıran R.Mehdiyev məqsədyönlü siyasətin nəticəsi olaraq mətbuat orqanlarının sayına görə,Azərbaycanda mətbuat orqanlarının sayının MDB Şərqi Avropa məkanında birinci yerdə olduğunu bildirib. O, Azərbaycanda 4200-dən çox KİV-in qeydiyyatdan keçdiyini dilə gətirib. Daha sonra çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə mətbuat nümayəndələrinə "Əməkdar jurnalist", "Əməkdar mədəniyyət işçisi" fəxri adlarının "Tərəqqi" medalının verildiyini diqqətə çatdırıb. Ə.Həsənov həmçinin bildirib ki, dövlət başçısının səırəncamı ilə mətbuatın 135 illik yubileyi ilə bağlı tədbirlərin keçirilməsi mətbuat orqanlarına birdəfəlik yardımların ayrılması üçün 2010-cu il üçün nəzərdə tutulan Prezidentin Ehtiyat Fondundan 1 milyon, həmçinin jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün Ehtiyat Fonddan KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli mətbuatın inkişafının daim dövlət başçısının diqqət mərkəzində olduğunu dilə gətirib. Yubileylə bağlı Fondun müsabiqə keçirdiyini deyən icraçı direktor müsabiqəyə 53 yazının təqdim edildiyini, lakin 30 qalibin olduğunu hər bir qalibə 1000 manat məbləğində pul mükafatının xüsusi diplomun veriləcəyini bildirib. Daha sonra Fondun təyin etdiyi pul mükafatları diplomlar qaliblərə təqdim olunub. Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında mətbuatımızın "Əkinçi" qəzeti kimi bir qəzetlə başlanmasının qürurverici olduğunu söyləyib. Şuranın yubiley münasibətinə mətbuat nümayəndələrinə "Ali Media Mükafatı" təyin etdiyini deyən Ə.Amaşov mükafatın 3 dərəcədən ibarət olduğunu qeyd edib. O, bildirib ki, 1-ci dərəcə bir, 2-ci dərəcə 2, 3-cü dərəcə isə 3 mükafatdan ibarətdir. Qaliblərə "Ali Media Mükafatı" təqdim edilib. Mərasim rəsmi hissədən sonra konsert proqramı ilə davam etdirilib.

 

 

Səs.- 2010.- 23 iyul.- S. 5.