“135 illik yol"
Heydər Əliyev İrsinin Araşdırma Mərkəzi və "Kaspi" qəzeti milli mətbuatımızın
135 illiyi ilə bağlı kitab nəşr edib. Azərbaycan və ingilis dillərində nəşr
olunan kitab "135 illik yol" ("Road of
135 years") adlanır.
Kitabın elmi məsləhətçisi Prezident
Administrasiyası İctimai-siyasi
məsələlər şöbəsinin
müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov yazdığı ön sözündə bildirir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə
qayıdan ümummilli
lider Heydər Əliyev Azərbaycanın
müstəqillik tarixinin
əsasını qoydu.
Heydər Əliyevin siyasi
iradəsi və böyük səyləri
nəticəsində plüralizmi,
söz və məlumat azadlığını
məhdudlaşdıran süni
maneələr aradan qaldırıldı, kütləvi
informasiya vasitələrinin
fəaliyyətini tənzimləyən
qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Azərbaycan Prezidentinin 6 avqust 1998-ci il
tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər KİV-lərdə
dövlət sirlərini
mühafizə edən
baş idarə ləğv edildi. Bununla hərbi senzuranın tətbiq edilməsi haqqında Azərbaycan Prezidentinin 16 aprel 1992-ci il
tarixli Fərmanı və bütün informasiya yayımı üzərində nəzarəti
nəzərdə tutan
15 aprel 1993-cü il tarixli Sərəncamı qüvvəsini itirdi. Senzuranın ləğvi demokratik cəmiyyət olaraq Azərbaycanın perspektiv
inkişaf xəttinə
uyğun gəlirdi.
Fərmanda nəzərdə
tutulan tədbirlərin
həyata keçirilməsi
müstəqil KİV-in inkişafını,
vətəndaşların beynəlxalq
hüquq və Azərbaycan Konstitusiyası
ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığının
təmin edilməsində
mühüm rol oynadı. Bu siyasətin
ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə
Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması ilə dövlətin mətbuat üzərində
nəzarət funksiyasından
imtina edildi.
Hazırda öz inkişafının mühüm
mərhələsini yaşayan
müstəqil Azərbaycan
Respublikasında güclü
iqtisadi potensialın yaradılması, vətəndaş
cəmiyyəti quruculuğunun
sürətləndirilməsi, ölkəmizin beynəlxalq
nüfuzunun artırılması,
ümummilli problemlərin
milli maraqlara uyğun həlli istiqamətində məqsədyönlü
və ardıcıl siyasət həyata keçirilir. Heydər Əliyevin siyasətini
və ənənələrini
müasir dövrün
tələblərinə uyğun
uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev cəmiyyət həyatında
kütləvi informasiya
vasitələrinin rolunu
yüksək qiymətləndirərək
demokratik, müstəqil
KİV-lərin inkişafına
əlverişli şərait
yaradılmasını öz
siyasətinin prioritet istiqamətlərindən biri
kimi müəyyənləşdirmişdir.
Heydər Əliyev
İrsini Araşdırma
Mərkəzinin və
"Kaspi" qəzetinin
birgə ərsəyə
gətirdiyi kitabda Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Azərbaycan milli mətbuatı haqqında çıxışları, fikirləri,
imzaladıqları fərman
və sərəncamlar
iki dildə oxuculara çatdırılır.
Kitab müstəqillik illərində
Azərbaycanda söz və məlumat azadlığının, kütləvi
informasiya vasitələrinin
inkişaf etdirilməsi
məqsədilə həyata
keçirilən dövlət
siyasəti haqqında
obyektiv təsəvvür
formalaşdırılması üçün lazımlı
əyani vəsait, milli mətbuatımızın
135 illiyinə layiqli hədiyyədir.
Səs.- 2010.- 23 iyul.- S. 5.