Media nümayəndələri
Heydər Əliyevin və Həsən bəy Zərdabinin məzarını ziyarət
ediblər
Milli Mətbuatın 135-ci il dönümü ilə əlaqədar olaraq Mətbuat Şurasının,
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun üzvləri,
yazılı və elektron medianın rəhbərləri Fəxri
Xiyabanı ziyarət
edib. SİA-nın məlumatına görə,
media rəhbərləri
ilk öncə Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, ulu öndərin məzarı
önünə əklil
qoyublar. Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı
üzərinə gül
dəstəsi düzüblər.
Daha sonra mətbuat nümayəndələri
Milli Mətbuatın banisi Həsən Bəy Zərdabinin məzarını ziyarət
edib önünə əklil qoyublar. Həsən bəy Zərdabinin həyat və yaradıcılığı barədə
danışan Mətbuat
Şurasının sədri
Əflatun Amaşov Azərbaycan milli mətbuatının əsasını
qoyan "Əkinçi"
qəzetinin keçdiyi
böyük tarixi yol haqqında ətraflı məlumat verib. "Azərbaycan"
qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqov Azərbaycan mətbuatının
bu 135 ildə şərəfli yol keçdiyini qeyd edib. Onun sözlərinə
görə, Həsən
Bəy Zərdabi maddi sıxıntılara baxmayaraq bu cür
tarixi əhəmiyyət
daşıyan "Əkinçi"
qəzetinin nəşrinə
nail oldu. Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzetinin
tarixindən, qəzetin
nəşri zamanı
onun qarşısına
çıxan çətinliklərdən
danışan B.Sadıqov
Həsən bəy Zərdabinin redaktor, naşir, darvinist alim kimi səmərəli
fəaliyyətindən, jurnalist
fədakarlığından, hökumət dairələrinin
onu və ailəsini incitməyinə
baxmayaraq gördüyü
işlərdən danışıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun icraçı
direktoru Vüqar Səfərli Azərbaycanda
1993-cü ildən bəri
media sahəsində həyata keçirilən
dövlət siyasətinin
mahiyyətcə mətbuatın
saflığının qorunmasına,
jurnalistikamızın mütərəqqi
ənənələrinin bərqərar
olmasına yönəldiyini
qeyd edib . "Əkinçi" qəzetinin
milli mətbuat tarixində rolu barədə danışan
Vüqar Səfərli
qeyd edib ki, bu gün
Azərbaycan mətbuatı
inkişaf mərhələsindədir
və mətbuatın inkişafına
dövlət dəstəyi
günü-gündən artır.
Səs.- 2010.- 23 iyul.- S. 6.