Naxçıvanda milli mətbuat günü qeyd edilib
Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan
milli mətbuatının
135 illik yubileyinin keçirilməsi haqqında"
Sərəncamının icrasının
Naxçıvan Muxtar
Respublikasında təmin
edilməsi məqsədi
ilə Naxçıvan
Muxtar Respublikası
Ali Məclisi sədrinin
təsdiq etdiyi tədbirlər planına uyğun olaraq muxtar respublikada da bir sıra
tədbirlər həyata
keçirilmişdir.
İyulun 22-də isə "Şərq qapısı" qəzeti
redaksiyasının, "Əcəmi"
Nəşriyyat-Poliqrafiya Birliyinin
yeni binasının və mətbəənin açılış mərasimi
keçirilmişdir.
Rəmzi açılışı
bildirən lent kəsildikdən
sonra yeni binanın iclas zalında milli mətbuatımızın 135 illiyinə
həsr olunmuş tədbirdə çıxış
edən Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin sədri
Vasif Talıbov yubiley münasibətilə
muxtar respublikanın bütün mətbuat işçilərini səmimi
qəlbdən təbrik
edərək demişdir:
"Əkinçi"nin ictimai
düşüncəyə gətirdiyi ən böyük yenilik, şübhəsiz ki, millət naminə fəaliyyət olmuşdur.
Bu gün qətiyyətlə
demək mümkündür
ki, Azərbaycan jurnalistikası "Əkinçi"
qəzeti sayəsində
ictimai fikir institutuna çevrilə bilmiş, cəmiyyəti düşündürən problemləri,
dövrün qabaqcıl
ideyalarını və
mütərəqqi fikirlərini
əks etdirmiş, xalqımızın maariflənməsində,
milli və bəşəri dəyərlərin
təbliğində mühüm
rol oynamışdır.
Münbit Azərbaycan ictimai
mühitinə səpilən
"Əkinçi" toxumu
yeni pöhrələr
vermiş, məhz bu hesaba milli
ziyalılarımızın böyük bir nəsli yetişərək
formalaşmışdır. Bu amili yüksək dəyərləndirən ümummilli
liderimiz Heydər Əliyev demişdir: "Əsası Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti
ilə qoyulmuş, şərəfli tarixə
və zəngin ənənələrə malik
milli mətbuatımız
Azərbaycan ictimai fikrinin inkişafında, xalqımızın milli-mənəvi
təkamülündə mühüm
rol oynamışdır.
Milli-azadlıq hərəkatının daim ön sıralarında
getmiş Azərbaycan
jurnalistikası cəmiyyət
qarşısında duran
vəzifələrin müəyyənləşdirilməsi
və həlli işinə əhəmiyyətli
töhfələr vermişdir".
Ali Məclisin sədri qeyd etmişdir ki, milli mətbuatımızın
və jurnalistikamızın
yolu hamar olmamış, xalqın oyanışını, milli
ruhun və yaddaşın bərpasını
qarşısına məqsəd
qoyan əksər qəzet və jurnallarımız ağır
senzura şərtləri
altında nəşr
olunmuş, qısa müddətdən sonra fəaliyyətləri dayandırılmışdır.
Azərbaycanda azad və müstəqil
mətbuatın yaradılması
ümummilli lider Heydər Əliyevin adı, siyasi və dövlətçilik
fəaliyyəti ilə
sıx şəkildə
bağlıdır. Ulu öndərimiz
kütləvi informasiya
vasitələrinin roluna
böyük əhəmiyyət
vermiş, ölkəmizdə
jurnalistlərin peşə
fəaliyyətləri üçün
geniş imkanlar yaratmışdır.
Kütləvi informasiya vasitələrinin
dövlət qayğısı
ilə əhatə olunması ənənəsi
bu gün Prezident İlham Əliyev tərəfindən
davam və inkişaf etdirilir. Mətbuat orqanlarının
əlavə dəyər
vergisindən və keçmiş borclarından
azad olunması, kütləvi informasiya vasitələrinin inkişafının
stimullaşdırılması, mətbuat işçilərinin
mükafatlandırılması dövlət orqanları ilə mətbuat arasında qarşılıqlı
inam və etimad körpüsünün
yaranmasına səbəb
olmuşdur. Ölkəmizdə söz, fikir və məlumat azadlığının təmin
edilməsi, tam sərbəst
şəraitdə yüzlərlə
qəzet və jurnalın nəşri, mətbu fəaliyyətin maneəsiz həyata keçirilməsi yaradılmış
şəraitin, mətbuata
dövlət qayğısının
əyani ifadəsidir.
1993-cü ildən ötən dövrdə ölkəmizdə
kütləvi informasiya
vasitələrinin fəaliyyəti
ilə bağlı 36
qanun, fərman və sərəncam qəbul olunmuş, qanunçuluq bazasının
təkmilləşdirilməsi mətbuatın maddi-texniki
bazasının möhkəmləndirilməsinə
də imkan yaratmışdır.
Ali Məclisin sədri mətbuat orqanlarının
hərtərəfli dövlət
qayğısı ilə
əhatə olunması
prinsipinin Naxçıvan
Muxtar Respublikasında
da ardıcıl şəkildə həyata
keçirildiyini bildirmişdir. Qeyd olunmuşdur
ki, hal-hazırda muxtar respublikanın kütləvi informasiya vasitələrində 400-ə yaxın
işçi çalışır.
Onların fəaliyyəti
gündəlik həyatımızda
hiss olunur. Aydın məsələdir ki, bu fəaliyyət kifayət qədər çətin və məsuliyyətli iş sahəsinə aiddir. Jurnalistika doğrunu, həqiqəti əks etdirmək, onu olduğu kimi başqasına, cəmiyyətin digər üzvlərinə çatdırmaq
sənətidir. Bu yolda
fərqlənənlərin əməyi layiqincə qiymətləndirilmiş, muxtar
respublika jurnalistlərindən
2 nəfəri Prezidentin
fərdi təqaüdünə
layiq görülmüş,
7 nəfər müxtəlif
orden və medallarla, 28 nəfər isə Azərbaycan Respublikasının və
Naxçıvan Muxtar
Respublikasının fəxri
adları ilə təltif olunmuşdur.
Bildirilmişdir ki, milli demokratik mətbuatın "Əkinçi"
qəzeti tərəfindən
bəyan edilmiş başlıca prinsipləri
- maarifləşmə, müasirləşmə,
məfkurə saflığı,
ümummilli məqsədlərin
təbliği, bəşəri
dəyərlərin milli
dəyərlərlə üzvi
vəhdəti, hadisələrin
obyektiv işıqlandırılması
kimi vacib məsələlər bu gün də aktualdır. Bu mənada
muxtar respublika mətbuatı bir daha "Əkinçi"
qəzeti ilə başlanan ənənəyə
qayıtmalı, daha çox informasiya-maarifçilik
işi görməlidir.
Mətbuat orqanları, jurnalistlər
keçmiş tarixlə
yanaşı, bu gün gedən proseslərə də diqqəti artırmalı və müasir dövrün tarixini yaratmalıdırlar.
Ölkə rəhbəri
cənab İlham Əliyev Azərbaycan mətbuatının qarşısında
duran vəzifələrdən
danışaraq demişdir:
"Bu gün Azərbaycan
mətbuatı müasir
informasiya cəmiyyəti
quruculuğunda, sosial ədalət və şəffaflığın təmin
edilməsində, milli
həmrəyliyin və
tolerantlığın möhkəmləndirilməsində,
demokratik özünüdərkin,
siyasi mədəniyyətin
inkişafında... mühüm
rol oynamalı, tədris və maarifləndirmə sahəsində
fəaliyyətini gücləndirməlidir".
İnanırıq ki, mətbuat
orqanlarımız ölkə
rəhbəri tərəfindən
qarşıya qoyulan vəzifələrin yerinə
yetirilməsində səylərini
bir daha artıracaq, informasiya cəmiyyətinin formalaşmasına
öz töhfələrini
verəcəklər.
Sonra "Şərq
qapısı" qəzeti
redaksiyası və
"Əcəmi" Nəşriyyat-Poliqrafiya
Birliyinin iş otaqlarına, xidmət sahələrinə və
mətbəəyə baxış
olmuşdur. Yeni mətbəənin fəaliyyəti üçün
hərtərəfli şərait
yaradılmış, burada
ən müasir avadanlıq yerləşdirilmişdir.
Ali Məclisin sədri idarəetmə düyməsini basaraq mətbəəni işə
salmış, texnoloji
prosesləri izləmişdir.
"Şərq qapısı"
qəzetinin ilk rəngli nüsxəsi çap olunmuşdur.
Səs.- 2010.- 23 iyul.- S. 6.