Ölkəmizin iqtisadi göstəriciləri durmadan
artmaqdadır
Nəsimi rayonunda sosial-iqtisadi
yekunlar müzakirə
olunub
Nazirlər Kabinetinin 2010-cu
ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına
həsr olunmuş iclasdan irəli gələn vəzifələr
Nəsimi rayonunda şura iclasında müzkirə edilib. Nəsimi rayon icra hakimiyyətinin
başçısı Nəsib
Məhəməliyevin sədrliyi
ilə keçirilən
iclasda Azərbaycan dövlətinin çox uğurlu sosial-iqtisadi siyasət həyata keçirdiyini, yeni iş yerləri açıldığını və regionların yüksək inkişafının
təmin olunduğu vurğulanıb. Regionların sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramına uyğun olaraq, Azərbaycanın sosial-iqtisadi uğurlarının
paytaxtla yanaşı,
bütün bölgələrini
əhatə etdiyini bildirən Nəsib Məhəməliyev əsası
ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş
iqtisadi strategiyanın
Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirildiyini qeyd edib.
Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına toxunan rayon rəhbəri Azərbaycanda 2009-cu ildə
iqtisadi inkişaf baxımından çox yüksək göstəricilərin
əldə olunduğunu
bildirib: "2010-cu ildə
davam edən iqtisadi inkişaf iqtisadiyyatımızın
bütün sahələrini əhatə
edir, Altı ayda iqtisadi inkişaf
3,7 faiz təşkil etmişdir. Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində
atılan addımlar nəticəsində qeyri-neft
sektorunun 15 faizdən çox artması Azərbaycan iqtisadiyyatının
çoxşaxəli iqtisadiyyat
olduğununun gösəricisidir".
Ölkəmizdə davam edən
inkişaf tendensiyasının
Bakının Nəsimi
rayonunun sosial-iqtisadi inkişafında da özünü gösərdiyini
vurğulayan icra başçısı Nəsib
Məhəməliyev qeyd
edib ki, 2010-ci ilin yanvar-iyun aylarında rayon sənayesində 74,3 mln. manatlıq və ya əvvəlki ilin səviyyəsindən 10,7 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Şura iclasında icra başçısı diqqətə
çatdırıb ki,
rayon üzrə
2010-ci ilin 6 ayında istehlakçılara 50,1 mln.
manatlıq və ya bütün sənaye istehsalının
102,0 faizə qədər
sənaye məhsulu göndərilmişdir: "2010-cu ilin 6 ayında istehlak bazarının dinamik inkişaf etməsini, rayon əhalisinə 606,3 mln. manatlıq və əvvəlki ilin eyni dövründəkindən
35,8 faiz çox geniş çeşidli istehlak mallarının satıldığını və
pullu xidmət göstərilib".
2010-cu ilin birinci yarımilliyində
rayonda bütün maliyyə mənbələri
hesabına 46,8 mln. manat dəyərində əsas fondlar istifadəyə verilib. Cari ilin yanvar,
iyun aylarında rayonda 145,4 min kv.metr yaşayış sahələri istifadəyə
verilmiş, iqtisadi və sosial sahələrin inkişafı
üçün bütün
maliyyə mənbələrindən
əsas kapitala 63,1 mln. manat məbləğində
investisiya yönəldilmişdir.
Yanvar-may aylarında rayon üzrə işçilərin orta sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7342 nəfər
artaraq, 153,693 nəfər
olmuşdur. Cari ilin yanvar-may
aylarında əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə işçilərin
orta aylıq normal əmək haqqının səviyyəsi
9,4 faiz artaraq, 352,7 manat olmuşdur. 6 ayda rayonda 639 yeni iş yeri
açılıb ki,
bunun 22-i yeni yaradılan, 65-i mövcud müəssisə və təşkilatlar, 552
fiziki şəxslərdir.
Eyni zamanda, məşğulluq
mərkəzi vasitəsilə
işlə təmin olunanların 71,3 faizi və 293 nəfəri, peşə kurslarına cəlb olunanların 85,0 faizi və yaxud,
148 nəfəri gənclər
olmuşdur. Dövr ərzində rayon üzrə işsizliyə
görə 64 nəfərə
müavinət verilmişdir.
Rayonun təhsil sahəsinə də toxunan rayon rəhbəri
rayonun ümumtəhsil
məktəblərində yeni
dərs ilinə hazırlıq məqsədilə
məktəblərdə cari
təmir işləri
aparılıb. Rayonun
bir sıra məktəbəqədər müəssisələlərində
orta ümumtəhsil məktəblərində zəruri
olan istilik sistemləri bərpa olunub, dam örtüyü
dəyişdirilib.
Bununla yanaşı, Nəsimi rayonunda böyük abadlıq-quruculuq
işləri davam etdirilir, "Ekologiya ili" çərçivəsində
rayon ərazisinin küçə və prospektlərində ümumilikdə
12 mindən artıq ağac və dekorativ gül kolları əkilmişdir.
Rayonun bir sıra prospekt və küçələrini
əhatə edən
88257 kv. metr asfalt örtüyü salınmışdır. Bu
istiqamətdə rayon
ərazisində nəzərdə
tutulan quruculuq-abadlıq,
yenidənqurma işləri
davam etdirilir.
E.Hacıyev
Səs.- 2010.- 23 iyul.- S. 8.