Dünya musiqisevərlərinin
diqqəti Qəbələ
şəhərinə yönəlib
Bu günlərdə dünya musiqisevərlərinin
diqqəti Azərbaycana
- Qəbələ şəhərinə
yönəlib. Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
baş tutan Qəbələ 2-ci Beynəlxalq
Musiqi Festivalının
ilk günü konsert proqramları ilə yadda qalıb.
Tamaşaçılara əvvəlcə
Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Oqtay Zülfüqarovun
"Bayram üverturası"
təqdim olundu. Azad Əliyevin dirijorluğu ilə orkestr hər bir partituranın emosional məzmununu tamaşaçılara dəqiqliklə
çatdırdı. Fikrət
Əmirov və Elmira Nəzirovanın
"Fortepiano və orkestr üçün konsert"i xalq artisti, professor
Fərhad Bədəlbəylinin
ifasında dinlənilib.
Qəbələnin möhtəşəm
təbiətində bu
musiqinin yaratdığı
işıqlı, nikbin
ovqat musiqisevərlərdə
xoş əhvali-ruhiyyə
yaradıb. Azərbaycan
klassik musiqisinin inkişafında əvəzsiz
xidmətləri olan bəstəkarlarımızdan biri
də Qara Qarayevdir. Konsertdə Yalçın Adıgözəlovun
dirijorluğu ilə dahi bəstəkarın
"İldırımlı yollarla" baletindən 3 parça səslənib. Tanınmış musiqiçi
Murad Adıgözəlzadənin
ifasında Vasif Adıgözəlovun "Fortepiano
və orkestr üçün konsert"i gecəyə xüsusi rəng qatıb. Musiqiçilərin
ifası texniki imkanların sərbəstliyi,
virtuoz pasajlar və iti templə
seçildi. Bir sözlə, əsrarəngiz
konsert gecəsi yaddaqalan olub.
Zümrüd
Səs.- 2010.- 29 iyul.- S. 12.