Alim Qasımov və qızı Fərqanə Qasımova ilə birgə beynəlxalq festivalın iştirakçısı olublar

 

Xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə birlikdə nüfuzlu beynəlxalq festivalda iştirak edib. Bu, onların Avropa turnesi çərçivəsində baş tutub. F.Qasımova İspaniya, FransaBöyük Britaniyada festivallarda iştirak etdiklərini bildirib: "İspaniyada "Ruhi səslər" və "Dəniz və səs" beynəlxalq festivallarında iştirak etdik. Oradan Liona yollandıq və burada sayca 65-ci dəfə keçirilən festivala qatıldıq. Sonda isə Londonda "Dünya, musiqi və rəqslər" adlı festivalda iştirak etdik. O, ənənəvi olaraq, dünyanın bir neçə şəhərində eyni vaxtda keçirilir". Qeyd edək ki, İspaniyaFransada Qasımovları Amerikanın "Kronus" musiqi kvarteti müşayiət edib.

 

 

Zümrüd

 

Səs.- 2010.- 29 iyul.- S. 12.